28 Şubat 2010 Pazar

Ay alan! Məmləkət-i Rey satıram (Tənqid)

Görəsən Kommunizm Üsul İdarəsinin şum və nəhs irslərindən yazıq Qafqaz xalqları ələlxüsus Azərbaycan Respublikası adlanan məkanın əhalisinin canı nə zaman qurtaracaq . Görün "müstəqillikdən" neçə il keçir və kommunistlərin 70 ilə yaxın qara istilası dövründən neçə il fasilə almışıq? Bu fasiləyə baxmayaraq hələ də kommunizm təfəkkürünün dağıdıcı siyasətləri və tədbirlərinin təzahürünü hətta o qara 70 illik dövr ilə müqayisədə daha kəskin şəkildə müşahidə edirik . O zaman məscidləri muzeyə , kitabxanaya yaxud hansısa zala çevirirdilərsə indi yerli-dibli dağıdır və buna qarşı çıxanları belə həbsə alır , əzişdirirlər . Dinə və etiqada dəlalət edən hər bir təzahürü yerindəcə boğmağa çalışırlar və maraqlısı bu ki vaxtilə Stalinin dəmir yumruq siyasəti nəticəsində həyata keçirilən "repressiya"da olduğu kimi bu təzyiqlər və daha doğrusu yeni "repressiya" məhz müsəlman kütləyə qarşı, ələlxüsus şiələrin əleyhinə həyata keçirilir. Dini ədəbiyyata qarşı qadağalardan tutmuş , etiqadi ayinlər əleyhinə oyunlar və məscidlərin dağıdılmasına qədər geniş vüsət alan tədbirlərin kökünü harada axtarmalıyıq? Bu sualın bəlkə heç yeri də yoxdur , çünki ata-babalar demişkən "görünən kəndə nə bələdçi?" Az. R-da baş verənlərin kimlərin xeyrinə olduğunu düşünsək daha heç bir sual işarəsi qalmaz . Hərçənd onsuz da Az. R-nın Sionist qəsbkarlar tərəfindən tapdaq altında olması heç kimə sirr deyil . Hələ bəzi tarixi faktlar Az. R. və ona oxşar digər Post Sovet məkanında yerləşən müsəlman ölkələrin sionistlərin tapdağı altında olmasının Fələstinin işğalından belə qabaqkı illərə təsadüf etdiyini göstərir. Həmin faktlara əsasən kommunizm də Nasionalizm kimi Sionizmin qondardığı oyunlardan biridir . Beləliklə Post Sovet məkanında yerləşən müsəlman ölkələrin hətta Fələstindən qabaq sionistlərin işğalı altına düşməsi fikri yersiz görünmür. Bütün bunlarla yanaşı bəzi tarixçilərin müsəlmanlara qarşı "Səlib yürüşü"-nün də Sionizmin təməl daşını qoyan yəhudilərin məkrləri nəticəsində baş verdiyi üzərindəki təkidlərini nəzərə alsaq "Qarabağ" əleyhinə ermənilər tərəfindən həyata keçirilmiş işğal siyasətinin arxasında belə sionizmin əlinin olduğuna da şübhə etməməliyik. Buna şübhə edənlərin nəzər diqqətini, sionistlərin köləsi olduğuna şübhə yeri olmayan və "Kommunizm Üsul İdarəsi"nin sürü ilə yetişdirdiyi "akademiklər", "xalq şairləri" sırasından birinin son günlərdəki "İfazatına" çəkmək istəyirəm. "Sionizmin" bəşəriyyətin başına dərd etdiyi "Kommunizm Üsul İdarəsi" tərəfindən "xalq şairi" ləqəbinə nail olmuş və hazırda Sionizmin "Erqenekon" adlı terror hörqütünə mənsubiyyəti üzə çıxan sözü gedən adam son çıxışlarından birində uca səslə bağırıb ki, " Ay canım gəlin bu "Qarabağı qoşaq Ermənistana canımız qurtarsın". * Bu əhvalat məni bu Erqenekon-çu satqın və Sionist köləsinin batmış adilə eyni adda olan məşhur satira şairi "Sabirin" "ay alan məmləkət-i Rey satıram" ** nəqəratlı şerinin yadına salır. Kaş mənim əziz oxucularım o şerə əlləri çatır və onun hansı məsələlərlə bağlı söyləndiyini bilir və elə bu gün onu bir daha oxuyur və göz yaşları axıdırdılar.Şerin bu bəndinə bir baxın: "Mağazmada tapılır hər cürə zad Cam-i-Cəm, rayət-i Key, təxt-i Qubad Gərçi bazarimi etməkdə kəsad Səy elir bir para "irani"-nəjad Lik mən baxmayıram hey satıram Ay alan! Məmləkət-i Rey satıram". Siz Allah göz yaşlarınızı gizlətməyə çalışmayın ,qoyun axsın və bunu bütün dünya duysun. Axı bir xalqın bəs hansı gününə ağlayarlar?

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder