25 Şubat 2010 Perşembe

İRANIN QARABAĞIN HƏLLİNDƏ ADDIMLAR ATMASINI RƏSMİ BAKI TƏSDİQ ETDİ (Region)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov İran səfiri Məhəmməd Bagir Bəhraminin “İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə başlayıb” fikirlərini APA-ya şərh edib. O burada təəccüblü bir şey olmadığını deyib: “Burada yeni heç bir şey yoxdur. İranın Azərbaycanla sərhədi var. Bildiyiniz kimi bu sərhədin bir hissəsinə hal-hazırda Azərbaycan tərəfindən nəzarət edilmir. Və İran regionda tezliklə sülh və əmin-amanlığın bərpa olunmasında, bu sərhədlərə nəzarətin Azərbaycana qaytarılmasında maraqlı olardı. Digər tərəfdən İran Azərbaycan və Ermənistan ilə qonşu ölkədir və bu tərəfdən maraqlı olardı ki, regionda tezliklə münaqişənin həllinə nail olması üçün inkişaf yaratsın. Bu səbəbdən İran bu prosesə öz dəstəyini verməyə hazırdır”. Elxan Poluxov İranın münaqişənin ədalətli həllinə nail olmaq üçün Ermənistan tərəfinə kifayət qədər təsir mexanizminə malik olduğunu da deyib: “Bu mexanizmlərdən istifadə edərək ümid edirik ki, bu münaqişənin beynəlxalq normala və standartlara uyğun olaraq həllinə nail ola.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder