25 Şubat 2010 Perşembe

TÜRKİYƏ PARLAMENTINUN SƏDRİ: “XOCALI FACİƏSİ DÜNYA İCTİMAİYYƏTİ TƏRƏFİNDƏN TANINMALIDIR” (Soyqırım)

Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Mədəniyyət Mərkəzinin binasında “Xocalıya Ədalət” kampaniyası çərçivəsində İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə Türkiyədə nəşr etdirilən “Qarabağ: suallar və faktlar” kitabının təqdimat mərasimi keçirilib.
Məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin tarixi, geosiyasi, hüquqi və mədəni aspektlərini özündə əks etdirən kitab Azərbaycanın tanınmış alimləri və ekspertləri tərəfindən yazılıb. İKGF-nin Türkiyə deputatları ilə birgə təşkil etdiyi bu tədbirdə TBMM-in sədri Mehmet Əli Şahin çıxış edib. Mehmet Əi Şahin çıxışında Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyini xüsusilə vurğulayıb. O, İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevaın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyanın fəaliyyətini yüksək qiymətləndirərək, Xocalı qırğınının dünya ictimaiyyətinə çatdırılması üçün xarici ölkələrdə Türkiyə və Azərbaycan icmalarının birgə səylərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.“Qarabağ: suallar və faktlar” kitabının təqdimat mərasimində Türkiyə parlamentinin deputatları Cünyed Yüksəl, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı, qondarma erməni soyqırımı üzrə tarixçi professor Yusif Halacoğlu, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov çıxış ediblər. Türkiyəli deputatlar öz çıxışlarında kitabın ölkə ictimaiyyətinin Qarabağ münaqişəsi haqqında ətraflı və obyektiv məlumat ala biləcəklərinə ümid etdiklərini bildiriblər. Tədbirin sonunda mart ayının 2-sinə qədər davam edəcək kampaniyanın 1 illik fəaliyyətini əks etdirən “Xocalıya ədalət” fotosərgisinin açılışı olub. Tədbir Türkiyənin aparıcı KİV-ləri tərəfindən işıqlandırılıb.Qeyd edək ki, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” kampaniyasına 2009-cu ilin fevralında start verilmişdir və hal hazırda 30 dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder