25 Şubat 2010 Perşembe

TÜRKİYƏDƏ PREZİDENT, BAŞ NAZİR VƏ SİLAHLI QÜVVƏLƏRİN BAŞ QƏRARGAH RƏİSİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB (Problem)


Türkiyədə yüksək rütbəli zabitlərin həbsi ilə əlaqədar ölkə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ arasında toplantı keçirilib.
Türkiyə prezidentin Çankaya iqamətgahında keçirilən görüş 3 saat davam edib. Prezident iqamətgahından aşağıdakı açıqlama verilib: “Görüşdə son günlər ictimaiyyətdə müzakirə edilən mövzulara toxunulub. Vətəndaşlarımız gündəmdəki məsələlərin Konstitusiya və qanunlar çərçivəsində həll ediləcəyindən əmin olmalıdır. Bu prosesdə qurumların nüfuzdan salınmaması üçün hər kəsin məsuliyyətlə hərəkət etməsinin vacibliyi vurğulanıb”. Xatırladaq ki, fevralın 22-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, 1-ci Ordunun sabiq komandanı, istefada olan ordu generalı Ergin Sayqun, Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan ordu admiralı Özdən Örnək, 1-ci Ordunun keçmiş komandanı, istefada olan ordu generalı Çətin Doğan, daha bir neçə istefada və fəaliyyətdə olan generallar, admirallar, polkovniklər – ümumilikdə 49 nəfər həbs edilib. Həbslər “Taraf” adlı qəzetin ortaya atdığı “Balyoz” (gürz, kuvalda) hərbi çevriliş planı ilə əlaqədar həyata keçirilib.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder