…Bu işdə peşəkarlıq zirvəsinə yüksələn Azərbaycan polisinin dəyənəyi metodik qalxır və enir, yenə qalxır və yenə enir, artıq sayını da itirmişəm. Digər azərinin müdafiəsiz başı, əzaları, yalın əlləri tədricən qana bulaşır… Bu kadrları izlədikcə yumruqlarım nə vaxtsa sıxılır, əzələlərim ağrıyır. Qəzəb, hiddət, nəhayət acizlik. O gözlərini qan tutmuş əli dəyəniklinin qarşısını almaqda, onun amansızcasına kötəklədiyi məzluma yardım göstərməkdə aciz idim…Boş yerə deməyiblər, "adamın adı çıxınca, canı çıxsın". Bir də görürsən kiməsə elə "damğa" vururlar ki, bu dünyanı tərk edir, amma "damğası" qalır, gələcək nəsilləri elə hey çaşdırır, rəhmətlik haqqında yanlış fikir yaradır. Sözümün canı nədir? Tez-tez Azərbaycanın dahi satiriki Mirzə Ələkbər Sabirin qatı anti-İslamçı, qəlbində müsəlmanlara qarşı nifrət bəsləyən birisi olduğu iddia edilir. Bu iddiaların təməlində isə Şamaxı torpağının dünyaya bəxş etdiyi dahinin qələmə aldığı aşağıdakı misralardı:
"…Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..
Bisəbəb qorxmuram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!.."
Bu misraları yadda saxlayaq, onlara hələ dönəcəyik…İndiki gənclərə bu hiss yaddı. Onlardan əksəriyyəti hətta ərazisi işğal altında olmayan dövlətin vətəndaşının özünü necə hiss etdiyini belə bilmirlər. Amma orta və yaşlı nəsil bu prosesi yaxşı xatırlamalıdır. Nəhəng və qüdrətli bir dövlətin vətəndaşısan, amma günlərin bir günü pərdələr yırtılır, səddlər yıxılır və hər cəhətdən zəif, cırtdan, faktiki olaraq müdafiəsiz bir Respublikanın sakininə çevrilirsən. Ağır hissdir. Dünən sən özünü tam əmniyyətdə hiss edirdin, bu gün isə əksinə, düşmənə yalnız istəmək kifayətdir ki, torpaqlarını zəbt etsin, səni rəzil etsin. Bu hisslər artıq unudulmaqdaydı. İllər öz işini görür. Və torpaqlarımızın 20 faizinin işğal altında olması hissi ilə yaşamağı öyrənmişik. Bir vaxtlar Topxana meşəsində erməninin baltasının taqqıltısına Azadlıq meydanına milyonlar yığışırdısa, indi zəbt olunmuş torpaqlarımızda dığaların tanklarının səsi heç kimin vecinə də deyil. Hərə öz işində, öz biznesində… Amma unutduğumu düşündüyüm o hisslər fevralın 13-də yenidən baş qaldırdı. Cüzi əmniyyət görüntüsü, nazik pərdə vardısa da, artıq qeybə çəkildi. Niyə? Çünki mənə kimsə demədi, mən hardansa oxumadım. Öz gözlərimlə gördüm o sifəti, öz qulaqlarımla eşitdim onun dediklərini - "Təkbir gətirmirsiniz!". İlahi! Allahım! 1432 il əvvəl Peyğəmbərimiz Məkkədən hicrət edəndə də ona bu sözləri deyirdilər. On dörd əsrdən artıq bir zaman ötüb. Amma Azərbaycanda bu gün Peyğəmbərimizə düşmən kəsilənlərin törəmələri yaşamaqdadır. "Allahu Əkbər" eşidəndə yamanca qıcıqlanırlar. O dərəcədə qıcıqlanırlar ki, bu sözləri deyəni xirttəkləyərək yanındakı fərraşlara «atın bunu içəri!» əmrini verirlər. İndi "Allahu Əkbər" deyənlər özlərini necə əmniyyətdə hiss etsinlər? Amma bu heç də o demək deyil ki, artıq Azərbaycanda təkbir sədaları eşidilməyəcək. Bu heç də o demək deyil ki, "içəri düşmək" təhlükəsi Allahın sadiq qullarını ondan üz döndərməyə vadar edəcək. Əsla! Çünki Allah elə Əkbərdir. Əkbər elə ODUR! Başqasını "əkbər" etmək cəhdləri də əvvəlcədən iflasa məhkumdurlar. Çünki əsrlər boyu belə cəhdlər çox olub, "əkbərlər" gəliblər, gəldikləri kimi də tarixin yaddaşına gömülüblər. "Allahu Əkbər" isə həmişə deyilib və deyiləcək də. Möminlər yalnız ONUN qarşısında əyiliblər və əyiləcəklər. Çünki qeyri əyilməyə layiqi olmayıb və olmayacaq da. "Allahu Əkbər" deyəcəklər. Əmniyyətdə olmadıqlarını bilsələr belə.…İndi isə dahi ustadın müsəlmanlar qorxusu haqda. Qəti şübhəm yoxdur ki, təkbirə «qadağa qoyan» da, müdafiəsiz, əli yalın insanları amansızcasına döyənlər də, onlara "qeyri-müsəlman" desək, çox narahat olarlar, bəlkə də bunu təhqir kimi qəbul edərlər. Yəni, öz aləmlərində onlar "müsəlmandılar". Bax, Mirzə Ələkbər Sabirin qorxduğu da, ey əzizlər, məhz belə müsəlmanlar» idi. Həqiqətən də, mömin kimsə belə "müsəlmanlardan" qorxmasın, neyləsin?..Vəssəlam. Və… Əlbəttə ki, Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər!
Vüsal Əliyev
www.islam-azeri.az
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:
Yorum Gönder