
Saytımızın verdiyi xəbərə görə yurd-yuvalarından didərgin düşmüş bəzi soydaşlarımız dünyaya müraciət ediblər. Müraciətdə deyilir: Biz Azərbaycanla Ermənistan arasında gedən müharibədə və Ermənistanın Azərbaycanın 20 % torpaqlarını işğal etməsi nəticəsində didərgin düşmüşük. Hal-hazırda Qarabaq münaqişəsinin sülh yoluyla ədalətli həllindən ötrü dünya dövlətləri və nüfuz sahibi təşkilatlar çalışırlar. Amma biz dünya dövlətlərinə, təşkilatlarına ümumiyyətlə bütün bu işlə məşğul olanlara müraciət edib deyirik ki, bizə Qarabaq və ətraf yeddi rayon lazım deyil. Daşın-kəsəyin, tozun-torpağın içindən çıxıb gəlib şəhərdə məskunlaşmışıq. Yeyirik, içirik, bizə güzəştlər var. Maşınımız, evimiz, bağımız, dükanımız, bazarımız var. Bakılılardan qat-qat yaxşı yaşayırıq. Sizdən xahiş edirik ki, işğal olunan ərazilərimizin boşaldılmasından ötrü əlinizdən gələn hər şeyi əsirgəyin. Biz bundan sonra gedib o toz-torpaq altında yaşayan deyilik! Biz, bizim aqibətimizi yaşayan amma bizə qoşulmayan, tezliklə öz yurdlarına qayıtmaq istəyən vicdanlı, vətən həsrəti çəkən insanlara da səslənib onları bizə dəstək olmağa çağırırıq!
İmza, bir qrup azərbaycanlı qaçqın və məcburi köçkün!
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
İmza, bir qrup azərbaycanlı qaçqın və məcburi köçkün!
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Hiç yorum yok:
Yorum Gönder