25 Şubat 2010 Perşembe

İRAN SƏFİRİ SƏFİRLİYİN YENİ BİNASINDA MƏTBUAT KONFRANSI KEÇİRDİ (İctimai)



İran Dağlıq Qarabağ probleminin həllində yeni vasitəçi bir ölkə olaraq Azərbaycanın xeyrinə, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması çərçivəsində vasitəçilik edəcək.
“İran İslam Respublikası Dağlıq Qarabağ probleminin həllində yeni vasitəçi bir ölkə oldu.” Bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami dünən keçirdiyi mətbuat konfransında söyləyib. Son zamanlar İran Azərbaycan arasında münasibətlərin yeni mərhələsinin başlamasından danışan səfir buna misal olaraq əvvəlcə Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun və bunun ardınca Azərbaycan Parlamentinin Spikeri Oktay Əsədovun İrana olan yüksək səviyyəli səfərlərini vurğuladı. Bundan əlavə İranın da bir çox rəsmilərinin Azərbaycana səfər etdiyini qeyd edən səfir bildirdi ki, bu qarşılıqlı səfərlər Azərbaycanla İran arasında münasibətlərin yeni bir mərhələsinin başlanğıcıdır. Bütün bu səfərlərin nəticəsidir ki, İran Dağlıq Qarabağ probleminin həllində yeni vasitəçi bir ölkə olaraq Azərbaycanın xeyrinə, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması çərçivəsində vasitəçilik edəcək. Azərbaycan müstəqillik qazanan gündən İran bir qonşu dövlət olaraq bu dövlətin ərazi bütövlüyünü tanıyıb və ona hörmətlə yanaşıb. İranın vasitəçi rolu oynamağının 2-ci bir səbəbi budur ki, artıq 17 ildir Minsk qrupu bu məsələ ilə əlaqədar çalışır, lakin bu günə kimi heç bir müsbət addım atılmamışdır. Səbəbi açıqlanmır və məlum deyil ki, qəsdən belə laqeyd yanaşırlar, yoxsa bacarmırlar. Bütün bunlara görə İran regionda və beynəlxalq münasibətlərdə olan öz nüfuzundan, qüdrətindən istifadə edərək sözügedən məsələyə yardım etmək istəyir. İranın bu vasitəçiliyi də İlham Əliyevin razılığı ilədir.Səfir Məhəmməd Baqir Bəhrami son dezinformasiya nəticəsində yayılan yalan məlumatları, yəni İranda Təbriz konsulluğu qarşısında Azərbaycan bayrağının yandırılması məlumatını rəsmi olaraq İran dövləti adından təkzib etdi və israrla bildirdi ki, belə bir şey olmayıb. Həmçinin o bildirdi ki, kiminsə əlində bununla əlaqədar fakt varsa bizə təqdim etsin, ondan sonra biz ölçü götürərik. İrandan Ermənistana qaz kəmərinin çəkilməsi barədə suala isə səfir belə cavab verdi: “ Bizim Ermənistanla hər hansı bir əlaqəmiz regionun sülh içində yaşaması üçündür.” Sonda səfir “Xocalı soyqırımı” ilə əlaqədar ölkəmizə başsağlığı vermiş və bir qardaş müsəlman dövləti kimi narahat olduğunu bildirmişdir.

Cavid Umudlu
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder