22 Şubat 2010 Pazartesi

Binəqədi rayonu 3-cü mədən qəsəbəsində yaşayış evi partlayıb (Faciə)

Hadisə nəticəsində gözətci işləyən 51 yaşlı Xöşbəxt Babayev dağıntılar altında qalıb
Binəqədi rayonu 3-cü mədən qəsəbəsində 119-cu korpus ünvanında Elmir Məhərrəmova məxsus ikimərtəbəli yaşayış evində partlayış baş verib.
Ümumi sahəsi 255 kvadrat metr olan ikimərtəbəli binada qeydə alınan partlayış yanğınla müşahidə olunub.
Partlayış dalğası güclü olduğundan ətrafdakı tikililərədə ziyan dəyib. Hadisə zamanı evdə yaşayışın olmadığı bildirilir. Hadisədən dərhal sonra əraziyə cəlb edilən fövqəladə Hallar nazirliyinin xilas etmə qüvvələri dağıntılar altında bir nəfərin qaldığını müəyyən edib. Bu binada gözətçi işləyən 51 yaşlı Xoşbəxt Babayevdir. Onun meyidi təxminən 7 saatdan sonra dağıntılar altından cıxarılıb.
İlkin ehtimala görə Elmir Məhərrəmova məxsus ikimərtəbəli yaşayış evində baş vermiş partlayışa səbəb qaz sızması olub. Hadisə nəticəsində bina tamamı ilə istifadəyə yararsız hala düşüb. Taxta materiallar 3 kv/m sahədə yanıb.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder