
Elm və hikməti xəlq edən Allhın adıyla! İslama hücumlar dini maarifin işıqlanmasına səbəb olur Son zamanlar saytlarda İslamın, xüsusilə Quranın əleyhinə olan yazılarla tez-tez rastlaşırıq. İslamdan və Qurandan anlayışı olmayanların uyğun movzularda məqalələr yazmaları mətbuatımızın ağrılı durumundan danışır. Gorən insanı anlayışı olmadığı movzuda yazmağa vadar edən nədir? Özününmu, özgəninmi marağı? Əlbəttə ki, özgənin! Çünki öz marağı olsaydı uyğun mövzuda mütaliə edər və həqiqətdən kənar yazmazdı. Bu yazıda nümunə olaraq Əfqan Eldostun “Quranda elmi möcüzələr” adlı məqalısinə nəzər salacağıq. Oxucuları və uyğun yazının müəllifini bu məqaləni oxuyub, ədalətlə, təəssübdən kənar mühakimə aparmağa çağırıram. Müəllif yazısında deyir:” İslam heç vaxt elmi ola bilməz. Çünki onda şübhəyə yer yoxdur . Şübhə etmək İslamda ən böyük günahdır.” Doğrudan da bu cumlə muəllifin İslamdan nə qədər xəbərsiz olduğunu gostərir. İslamda şubhə etmək muəllifin dediyinin əksinə olaraq bəzən bəyənilmiş işlərdən hesab olunur. Əlbəttə, bəzi hədislərdə şubhənin pisləndiyini muşahidə edirik. Bu kimi, zahirən ziddiyətli hədislərə səthi nəzər salmaq muəllifin dediyi kimi “ziddiyyət görub İslamdan imtina etməyə”səbəb olur. Lakin İslam maarifinə dərindən nəzər saldıqda zahiri ziddiyyətlər aradan qalxır və uca həqiqətlər uzə çıxır. Misal üçün, azca düşünməklə görürük ki, bir sıra şübhələr yalnız mənfi təsir qoya biılir. Məsələn, qorxudan, tamahkarlıqdan, təkəbburdən, vasvasılıqdan və sair bu kimi amillərdən qaynaqlanan şubhələr. Bəzən insan öz var-dovlətindən çox miqdarda ehtiyaclı birinə bağışlamaq istədikdə onun qəlbində şubhə yaranır: verim, verməyim? Bəzən vətən uğrunda döyüşə getmək istəyən insanın qəlbindəki ölum qorxusu onu muxtəlif bəhanələrlə şəkkə salır və muqəddəs hədəflərdən saxlayır. Sözsüz ki, bu kimi şübhələr mənfi təsir qoyur və hədislərdə pislənilən şübhələr uyğun şübhələrə işarədir. Lakin bəzi şübhələr müsbət təsirlidir. O cümlədən, düşüncədən qaynaqlanan şübhə. Qəzali “Mizanul-əməl” risaləsində yazir: “Bizim sözümüzin faydalı olmasına təkcə bu bəs edər ki, bu sözlər səni köhnə və irsi əqidələrlə bağlı şəkkə salır. Çunki şəkk araşdırmanın əsasıdır və şəkk etməyən düzgün düşünə bilməz...” Bəli, elmə səbəb olacaq şubhə İslamda bəyənilir. Hədislərdə oxuyuruq: ” Şübhə yaxşı keçid, pis dayanacaqdır.” Mərhum Hüseyin Cavid “Şeyx Sənan” əsərində din xadimi Şeyx Kəbirin dili ilə deyir: “Şübhədir hər həqiqətin anası Şübhədir əhli hikmətin babası... Şübhə artarsa, həm yəqin artar, Mərifət nuru şübhədən parlar.” Gordüyünüz kimi muəllifin İslamda şübhənin ən boyük gunah olmasını deməsi yalnız və yalnız onun məlumatsızlığından doğur. Müəllif məqaləsinin başqa bir hissəsində belə yazir:” Faktlara istinad etməyən dinlər kor-koranə inanmağı təklif edir.” Unutmayaq ki, bu gün hansısa savadsız mollanın dedikləri İslamın dedikləri deyil. Necə ki, elmin bütün sahələrində şəxslərin səhvi elmin ayağına yazılmır. Müəllimin riyazi tənliyi yanlış həll etməsi riyaziyyat elminin qüsurlu olması deyil! Hal-hazırda bir sıra şəxslər İslama zərbə vurmaq üçün savadsız mollaların dediklkərindən sui-istifadə etməkdədir. İndi isə gəlin görək din insanları kor-koranə inama çağırır, yoxsa yox? İslam dini müəllifin yazdıqlarının tam əksinə olaraq insanları düşünüb, sonra əməl etməyə çağırır. İslamda əqidəvi məsələlərdə təqlidin haram hesab olunması bu dinin düşüncəyə verdiyi dəyərin göstəricisidir. Həzrət Sadiq (ə) buyurur: ”Bəsirətsiz (elmsiz) əməl edən şəxs məqsədsiz yol gedən şəxs kimidir. Belə bir şəxs hər nə qədər tələsərsə, bir o qədər hədəfindən uzaqlaşar.” (“Usule- Kafi”, c.1, s.54) Başqa bir hədisdə yenə həzrət buyurur : ”Allah yalnız elmlə yanaşı olan əməli qəbul edir.” (həmin mənbə) Quranın əksər ayələrində insanlar duşuncəyə çağırılır. Həzrət Məhəmməd (s) buyurur: ”Elmsiz əməl edən şəxsin zərəri (fəsadı), xeyrindən (islahından) çoxdur. (“Usule- Kafi”, c.1, s.55) Həzrət başqa bir hədisdə buyurur :”Ağlı olmayanın dini yoxdur.” (“Muntəxəbe-mizanul- hikmət”, h.4363) Əli (ə) buyrur:” Dini xalqın ağzından eşitməklə yox, dəlillərlə əldə etmək lazımdır.” Həzrət Sadiq buyurur: ”Bir saat düşünmək bir ilin ibadətindən üstündür.” (“Muntəxəbe- mizanul-hikmət”, h.5126) İnsanları bir bu qədər elmə, düşuncəyə dəvət edən İslama müəllifin uyğun iftiranı yaxmasına səbəb ən yaxşı halda onun İslamdan xəbərsizliyidir. Qeyd edək ki, Quranda iman gətirməyənlərin cəzalandırılacağı deyildikdə yalnız açıq- aşkar dəlilləri gördükdən və bildikdən sonra inadkarlıq və sair bu kimi səbəblər uzundən iman gətirməyənlər, həqiqəti inkar edənlər nəzərdə tutulur. Əks halda Allah Quranda dəlillər göndərmədən kimsəni cəzalandırmayacağını vəd edir.(muraciət edin: “İsra”,15) Həzrət Baqir buyurur: Həzrət Musaya vəhy olunan kəlamlardan biri belədir:” Mən bəndələrimi onlara bəxş etdiyim ağılın miqdarına uyğun mühakimə edəcəyəm.” (“Muntəxəbe-mizanul-hikmət, h.4384) Muəllif yazının başqa bir hissısində “ Kim İslamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar “ ayəsindən səthi və səhv baxışalrıyla yanlış nəticə alaraq deyir:”Bu ayəyə əsasən İslamın tanrısı olan Allah müsəlmanlardan başqa bütün insanlara nə qədər yaxşı, xeyirxah olmalarına baxmayaraq əbədi əzab verəcək.” Əvvəlcə qeyd edək ki, bu ayənin dərin mənası bizim qısa məqaləmizin imkanlarına sığacaq ölçüdə deyil. Bu səbəbdən yazıda uyğun mövzu haqda qısa danışmağa məcburuq. Əsl həqiqətdə Allah yanında yalnız bir din var. Yəni bu gün insanlar arasında bir neçə din olmasına baxmayaraq bu dinlər eyni kökdən ayrılmış və parçalanmışdır. Əlbəttə ki, həqiqi dinlər – insanlardan qurban tələb edən qurama dinlər yox! Quranda din kəlməsi cəm formada işlədilməmışdir. Yəni Quranda “dinlər” sözü yoxdur. Həm Musa (ə), həm İsa (ə), həm də bütün digər peyğəmbərlər Allah tərəfindən göndərilmişdir. Quranda isə Allah yanında dinin yalnız İslam olması bildirilir. Qurandakı İslam kəlməsi təkcə bu gün İslam adı ilə tanınan din deyil. Bu ifadə Allahın göndərdiyi bütün şəriətlərə aid olur. İslam təslim olmaq deməkdir və bütün şəriətlərin əsası insanların Allahın hökümləri qarşısında təslim olmalarıdır (əlbəttə kor-koranı yox). Elə buna görə bütün dinlər (yəni peyğəmbərlərin gətirdiyi fərqli şəriətlər) İslam adlanır. Dinlərin (dinlər dedikdə müxtəlif peyğəmbərlər tərəfindən gətirilmiş şəriətlər və müqəddəs kitablar nəzərdə tutulur, əks halda Quranda əvvəldə dediyimiz kimi bir din olduğu bildirilir ) bir-birlərindən fərqi isə hər bir şəriətin özündən əvvəlkindən fərqli və kamil olmasıdır. Yəni İsanın (s) gətirdiyi şəriət Musanınkından (s), Məhəmmədin (s) gətirdiyi isə İsanınkından daha kamildir. Müəllifin qeyd etdiyi ayəyə ondan öncəki ayə ilə birlikdə nəzər salaq: ”De: Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə də Musaya, İsaya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik onların heç birisinin arasında fərq qoymuruq və biz yalnız Ona təslimik. Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir.( “Ali- İmran”, 84,85) 84-cü ayədən məlum olur ki, ayədə İslam dedikdə Allah qarşısında təslim olmaq nəzərdə tutulur və bu kəlmə bütün həqiqi şəriətlərə aid olur. Ayədə Quran insanları bütün peyğəmbərlərə inanmağa çağırır. Əlbəttə, Allah qarşısında təslim olmağın şərtlərindən biri də bütün peyğəmbərlərin ardıcıllarının sonrakı peyğəmbərin şəriətini qəbul etməsidir. Çünki bütün peyğəmbərlər öz ardıcıllarına sonrakı peyğəmbərin haqq olması barədə məlumat vermişdir .Lakin bu gün misal üçün hansısa xristian şəxs Məhəmmədin (s) gətirdiyi şəriətə və ya Qurana uyğun əməl etməyi zəruri bilmirsə ( yəni İsanın bu haqda sifarişindən xəbərsizdirsə ) bu ona bağışlanır və o ayrı günahlara yol verməzsə mömin hesab olunur. Qurani- kərimdə oxuyuruq:” Şübhəsiz, iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara nə qorxu var, nə də qüssə!” (“Bəqərə”, 62) Göründüyü kimi Quranda müəllifin böhtanlarının əksinə olaraq başqa dinlərin ardıcıllarına yaxşı işlər görəcəkləri halda mükafatlar vəd olunur və onların mömin olması bildirilir.” Müəllif öz yazısında İslama və Qurana bir sıra başqa yersiz və məntiqsiz nöqsanlar da tutmuş. Əlbəttə, bütün deyilənlərin cavabı var. Və bu kimi iradlar İslamı yaxından öyrənməyimizə, xurafatlarla mübarizə aparmağımıza, nəticədə dini maarifin işıqlanmasına səbəb olur. Bu yazıda deyilənlərlə kifayətlənməli oluruq.
Məhəmməd Əhməd
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Məhəmməd Əhməd
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Hiç yorum yok:
Yorum Gönder