28 Şubat 2010 Pazar
Ay alan! Məmləkət-i Rey satıram (Tənqid)
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
26 Şubat 2010 Cuma
XOCALI SOYQIRIMINDAN 18 İL ÖTÜR (Dəhşətli soyqırım)

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
25 Şubat 2010 Perşembe
TÜRKİYƏ PARLAMENTINUN SƏDRİ: “XOCALI FACİƏSİ DÜNYA İCTİMAİYYƏTİ TƏRƏFİNDƏN TANINMALIDIR” (Soyqırım)
Məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin tarixi, geosiyasi, hüquqi və mədəni aspektlərini özündə əks etdirən kitab Azərbaycanın tanınmış alimləri və ekspertləri tərəfindən yazılıb. İKGF-nin Türkiyə deputatları ilə birgə təşkil etdiyi bu tədbirdə TBMM-in sədri Mehmet Əli Şahin çıxış edib. Mehmet Əi Şahin çıxışında Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyini xüsusilə vurğulayıb. O, İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevaın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyanın fəaliyyətini yüksək qiymətləndirərək, Xocalı qırğınının dünya ictimaiyyətinə çatdırılması üçün xarici ölkələrdə Türkiyə və Azərbaycan icmalarının birgə səylərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.“Qarabağ: suallar və faktlar” kitabının təqdimat mərasimində Türkiyə parlamentinin deputatları Cünyed Yüksəl, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı, qondarma erməni soyqırımı üzrə tarixçi professor Yusif Halacoğlu, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov çıxış ediblər. Türkiyəli deputatlar öz çıxışlarında kitabın ölkə ictimaiyyətinin Qarabağ münaqişəsi haqqında ətraflı və obyektiv məlumat ala biləcəklərinə ümid etdiklərini bildiriblər. Tədbirin sonunda mart ayının 2-sinə qədər davam edəcək kampaniyanın 1 illik fəaliyyətini əks etdirən “Xocalıya ədalət” fotosərgisinin açılışı olub. Tədbir Türkiyənin aparıcı KİV-ləri tərəfindən işıqlandırılıb.Qeyd edək ki, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” kampaniyasına 2009-cu ilin fevralında start verilmişdir və hal hazırda 30 dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
İRAN SƏFİRİ SƏFİRLİYİN YENİ BİNASINDA MƏTBUAT KONFRANSI KEÇİRDİ (İctimai)

“İran İslam Respublikası Dağlıq Qarabağ probleminin həllində yeni vasitəçi bir ölkə oldu.” Bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami dünən keçirdiyi mətbuat konfransında söyləyib. Son zamanlar İran Azərbaycan arasında münasibətlərin yeni mərhələsinin başlamasından danışan səfir buna misal olaraq əvvəlcə Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun və bunun ardınca Azərbaycan Parlamentinin Spikeri Oktay Əsədovun İrana olan yüksək səviyyəli səfərlərini vurğuladı. Bundan əlavə İranın da bir çox rəsmilərinin Azərbaycana səfər etdiyini qeyd edən səfir bildirdi ki, bu qarşılıqlı səfərlər Azərbaycanla İran arasında münasibətlərin yeni bir mərhələsinin başlanğıcıdır. Bütün bu səfərlərin nəticəsidir ki, İran Dağlıq Qarabağ probleminin həllində yeni vasitəçi bir ölkə olaraq Azərbaycanın xeyrinə, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması çərçivəsində vasitəçilik edəcək. Azərbaycan müstəqillik qazanan gündən İran bir qonşu dövlət olaraq bu dövlətin ərazi bütövlüyünü tanıyıb və ona hörmətlə yanaşıb. İranın vasitəçi rolu oynamağının 2-ci bir səbəbi budur ki, artıq 17 ildir Minsk qrupu bu məsələ ilə əlaqədar çalışır, lakin bu günə kimi heç bir müsbət addım atılmamışdır. Səbəbi açıqlanmır və məlum deyil ki, qəsdən belə laqeyd yanaşırlar, yoxsa bacarmırlar. Bütün bunlara görə İran regionda və beynəlxalq münasibətlərdə olan öz nüfuzundan, qüdrətindən istifadə edərək sözügedən məsələyə yardım etmək istəyir. İranın bu vasitəçiliyi də İlham Əliyevin razılığı ilədir.Səfir Məhəmməd Baqir Bəhrami son dezinformasiya nəticəsində yayılan yalan məlumatları, yəni İranda Təbriz konsulluğu qarşısında Azərbaycan bayrağının yandırılması məlumatını rəsmi olaraq İran dövləti adından təkzib etdi və israrla bildirdi ki, belə bir şey olmayıb. Həmçinin o bildirdi ki, kiminsə əlində bununla əlaqədar fakt varsa bizə təqdim etsin, ondan sonra biz ölçü götürərik. İrandan Ermənistana qaz kəmərinin çəkilməsi barədə suala isə səfir belə cavab verdi: “ Bizim Ermənistanla hər hansı bir əlaqəmiz regionun sülh içində yaşaması üçündür.” Sonda səfir “Xocalı soyqırımı” ilə əlaqədar ölkəmizə başsağlığı vermiş və bir qardaş müsəlman dövləti kimi narahat olduğunu bildirmişdir.
Cavid Umudlu
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
İRANIN QARABAĞIN HƏLLİNDƏ ADDIMLAR ATMASINI RƏSMİ BAKI TƏSDİQ ETDİ (Region)
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
TÜRKİYƏDƏ PREZİDENT, BAŞ NAZİR VƏ SİLAHLI QÜVVƏLƏRİN BAŞ QƏRARGAH RƏİSİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB (Problem)

Türkiyə prezidentin Çankaya iqamətgahında keçirilən görüş 3 saat davam edib. Prezident iqamətgahından aşağıdakı açıqlama verilib: “Görüşdə son günlər ictimaiyyətdə müzakirə edilən mövzulara toxunulub. Vətəndaşlarımız gündəmdəki məsələlərin Konstitusiya və qanunlar çərçivəsində həll ediləcəyindən əmin olmalıdır. Bu prosesdə qurumların nüfuzdan salınmaması üçün hər kəsin məsuliyyətlə hərəkət etməsinin vacibliyi vurğulanıb”. Xatırladaq ki, fevralın 22-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, 1-ci Ordunun sabiq komandanı, istefada olan ordu generalı Ergin Sayqun, Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan ordu admiralı Özdən Örnək, 1-ci Ordunun keçmiş komandanı, istefada olan ordu generalı Çətin Doğan, daha bir neçə istefada və fəaliyyətdə olan generallar, admirallar, polkovniklər – ümumilikdə 49 nəfər həbs edilib. Həbslər “Taraf” adlı qəzetin ortaya atdığı “Balyoz” (gürz, kuvalda) hərbi çevriliş planı ilə əlaqədar həyata keçirilib.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Xocalıda itirdiklərimiz (Faciə)
Ekologya və Təbii Sərvətlər Nazirliyi
www.islam-azeri.az
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
22 Şubat 2010 Pazartesi
FİLOSOFU OYADAN SUAL (Din)
Bismilləhir-Rahmənir-Rahim!
“Od qalayın. Tez bir zamanda od qalayın”. Uzun müddət cəmiyyətdən ayrı gəzən bir dühanın bunu tələb etmə səhnəsi çox heyrətlə qarşılanırdı. Bu tələbi edən şəxs - zamanının fikir və elm zirvələrindən sayılan filosof Əl-Kindi idi...
Əl-Kindi. O, Bəsrədə dünyaya göz açmışdı. Bağdadın dünya şöhrətli “Hikmət Ev”ində çalışırdı. Mötəzilə xəttinə meylli xəlifələrin sevimlisi idi. Rasional düşüncənin xilafət sarayına qısamüddətli nüfuzundan sonra hakimiyyətə gələn Abbasi xəlifəsi Mütəvəkkilin dönəmində isə təqib olunan bir came alim və mütəfəkkir idi. Qərb fəlsəfi fikrində Alkindus kimi tanınmış Əl-Kindi, Aristotetilin ilk müsəlman tədqiqatçılarından olaraq, müxtəlif sahələrdə 250-yə yaxın elmi traktatın müəllifi idi. Fəlsəfə, məntiq, əxlaq, riyaziyyat, astronomiya, tibb, meteorologiya, optika, musiqi və sair sahələrdə akademik töhfələr sahibi idi. İnterdistiplinar yanaşmaya malik olan Əl-Kindi, pifoqoreizmin əsasında musiqi təlimin əsasını qoymuşdur və bu təlimdə müsiqi sənətilə makro və mikro nizamın bir çox fenomenleri əlaqələndirilmişdir.
Lakin, bir gün bu düha, öz vücui durumu üçün böyük təhlükə kəsb edən bir məşğuliyyətə əl atır. İnsanlardan ayrılaraq inzivaya çəkilmir. Evdə oturaraq “Quranın ziddiyyətləri” adlı bir kitabın tərtibi ilə məşğul olmağa başlayır. Əl-Kindi bir durumda idi ki, onun elminin və savadının qarşısında kimsə irəli şıxıb bir söz deməyə özündə cəsarət edən bir adam ətrafında tapılmırdı. Belə bir şəraitdə onun tələbələrindən biri oyandırıcı bir hadisə ilə üzləşir.
Kindinin şagirdlərindən birinə günlərin birində bir sual ünvanlanır: “Sizin aranızda müəlliminiz Kindiyə cavab verə bilən rəşadətli bir kişi yoxdurmu?”. “Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik”, - deyə şagird cavab verir. Bu halda şagirddən: “Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?”, - deyə soruşulur. Şagird “Bəli!” – deyə cavab verir. “Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, sənin üçün bir məsələ irəli çıxıb və onu ondan başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur”, - deyərək, məsələnin və sualın qoyuluşunu ona öyrədir. Və yekunda: “O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər”, - deyərək, şagirdə son sözünü deyir.
Şagird, ustadı Əl-Kindinin yanına gəlir. Bütün buyurulan məsləhətləri yerinə yetirir. Və müvafiq şərait hazır olduqda, verilən həmin sualla Əl-Kindiyə müraciət edir: “Ola bilərmi ki, bir nəfər bir söz deyib, onda müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?”.
“Hikmət Evinin” parlaq ulduzu olan filosof Əl-Kindi sualı diqqətlə dinlədikdən sonra bir daha təkrarlanmasını istəyir. Şagird sualı təkrar edir. “Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür”, - deyə filosof dərin düşüncədən sonra cavablandırır.
Əl-Kindi şagirdini tanıyırdı. Bu sualın onun zəkasının məhsulu ola bilmədiyini gözəl anlamışdı. “Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?” Şagird deyir: “Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?”. Ustad: “Yoxdur, amma sənin bu məsələni başa düşməyinə hələ çox var. Bu sualı sənə kim deyib?” Şagird: “Doğrusunu bilmək istəyirsinizsə, bu sualı mənə İmam Həsən Əsgəri (ə) öyrədib”. Ustad: “Bax indi düz dedin”. Sonra əlavə edib deyir: “Bu cür suallar ancaq onların ailəsinə yaraşıb. Həqiqəti üzə çıxaran yalnız onlardır”.
Əl-Kindi öz səhvini anlayıb, həqiqəti başa düşür. O, anlayır ki, Qurani-Kərimdə ziddiyyət kimi başa düşdükləri məqamlar, əslində nəzərdə tutulan mənanın onun tərəfindən səhv başa düşülməsinin məhsuludur. Və dahi olduğu qədər də, səhvini etiraf etmək üçün kifayət edən böyükqəlbliliyə malik olan bu alim, bir ocaq qalanmasını əmr edir və öz başa düşdüklərinə əsasən “Quranın ziddiyyətləri” barədə yazdıqlarını oda atıb yandırır.Uca Allahdan hər birimiz üçün gözəl aqibət diləyi ilə.
Hacı İlqar İbrahimoğlu
Dəyərlər
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Binəqədi rayonu 3-cü mədən qəsəbəsində yaşayış evi partlayıb (Faciə)
Binəqədi rayonu 3-cü mədən qəsəbəsində 119-cu korpus ünvanında Elmir Məhərrəmova məxsus ikimərtəbəli yaşayış evində partlayış baş verib.
Ümumi sahəsi 255 kvadrat metr olan ikimərtəbəli binada qeydə alınan partlayış yanğınla müşahidə olunub.
Partlayış dalğası güclü olduğundan ətrafdakı tikililərədə ziyan dəyib. Hadisə zamanı evdə yaşayışın olmadığı bildirilir. Hadisədən dərhal sonra əraziyə cəlb edilən fövqəladə Hallar nazirliyinin xilas etmə qüvvələri dağıntılar altında bir nəfərin qaldığını müəyyən edib. Bu binada gözətçi işləyən 51 yaşlı Xoşbəxt Babayevdir. Onun meyidi təxminən 7 saatdan sonra dağıntılar altından cıxarılıb.
İlkin ehtimala görə Elmir Məhərrəmova məxsus ikimərtəbəli yaşayış evində baş vermiş partlayışa səbəb qaz sızması olub. Hadisə nəticəsində bina tamamı ilə istifadəyə yararsız hala düşüb. Taxta materiallar 3 kv/m sahədə yanıb.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Türkiyə ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyə çağırır (Problem)

Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İspaniyaya rəsmi səfəri zamanı deyib. Məlumatı CNN Turk yayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Milanda Azərbaycanın ərazi bütövlüyünə zidd addım (Xəbər)
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Azərbaycanın dəyənəklənən İslamı (Araşdırma)
2007-ci ilin mayı
Yəqin ki, indi çoxları 2007-ci ilin mayında nə baş verdiyini unudublar. Amma zənnimizcə, məhz təqribən 3 il əvvəl 2010-cu il fevralın 13-nə aparan yolda əhəmiyyətli addım atıldı (yolda ilk addlım isə xeyli əvvəldən atılmışdı). 2007-nin mayında azana qadağa qoyuldu. Daha doğrusu isə, ibadətə çağırışı səsgücləndirilənlər vasitəsi ilə yaymaq Bakı camaatının istirahətinə təcavüz kimi qələmə verildi. O zaman məsələni bir təhər yoluna qoymaq oldu. Hərçənd 2007-ci ilin baharında azana qarşı başlayan kampaniya hələ də davam etməkdədir. Bəzən bu kampaniya daha geniş vüsat alır, bəzən isə sanki unudulur. Amma hər halda o zaman artıq Azərbaycan məkanında İslama, dindarlara qarşı bir dözümsüzlüyün yaranmasını sezmək olardı. Ən qəribəsi isə burasındadır ki, anti-azan kampnaiyası Azərbaycanın müstəqilliyə qovuşmasından 16 il sonra başlanıldı. Bu 16 il ərzində ölkədə bir çox kataklizmlər baş vermişdi - dövlət çevrilişinə cəhdlər, üsyanlar, çörək qıtlığı, saxtalaşdırılmış seçkilər, torpaqlarımızın erməniyə satılması və s. Eyni zamanda Azərbaycanda hakimiyyət dairələrində də dəyişikliklər müşahidə edilmişdi. Amma bütün bu qeyd olunanların fonunda azanın verilməsi qarşısında heç bir maneə yaradılmamışdı. 2007-ci ilin mayında isə bu baş verdi. Və hələ də davam etməkdədir. Və belə gedirsə, hələ davam edəcək. Maraqlıdır ki, 16 il müstəqil Azərbaycan vətəndaşının asudə həyatına mane olmayan azan, qəfildən 2007-ci ilin mayında vətəndaşları "narahat" etməyə başladı. Əslində isə narahatlıq başqa dairələrdə və başqa səbəbdən idi.
Növbə hicaba çatdı
Sonra isə hicaba qarşı dözülməzlik nümayiş etdirilməyə başlandı. Mömin xanımlar dərs otaqlarından, Ali məktəb auditoriyalarından xaric edildilər, təhqir olundular. Müxtəlif instansiyalara müraciət olundu, insan hüquqlarından söz açıldı, yeddi qapı arxasında gizlənən məmurların daş ürəklərini və Allahsız xislətlərini yumşaltmağa cəhd göstərildi. Desək ki, heç bir nəticə hasil olmadı - səhv olar. Amma hicablı xanımların, Allahın buyurduğu bu vacibatın hüquqlarının Azərbaycanda tam bərpa olunmasını da söyləyə bilmərik. Bu gün hicab məsələsi digər özbaşnalıqlar fonunda bir qədər kölgəyə çəkilib. Amma bu heç də hər şeyin yolunda olmasının əlaməti deyil. Bu gün elə bir sistem yaradılıb ki, istənilən təhsil ocağının, şirkətin və ya fabirikin rəhbəri hicablı xanıma qapını göstərə bilər. Və heç kim də ona "gözün üstə qaşın var" deməyəcək. Söhbət, əlbəttə ki, rəsmi dövlət idarələrindən gedir. Dindarlar isə, sözsüz, bu məmura həm "gözü", həm də "qaşı" olmasını həmişəki kimi xatırladacaqlar. Bu nə dərəcədə uğurlu alınacaq - demək çətindir.
Gülməyə taqət qalmamışdı
Azan və hicab "savaşlarından" sonra İslamı və dindarları hədəfləyən dairələr "ağır artilleriyanı" işə saldılar. Bu dəfə hətta rəsmən ateist olduğunu bəyan edən Sovet hökumətinin cürət etmədiyi Allahsızlıqlar həyata keçirildi. Əgər bolşevkilər, kommunistlər məscidləri anbarlara, kitabxanalara çevirirdilərsə, müstəqil Azərbaycanda Allah evləri yerlə yeksan edildi. Əvvəlcə Yasamaldakı Peyğəmbər məscidi dağıdıldı. Sonra isə Neft Daşlarındakı ibadət ocağı nakəslərin qəzəbinə gəldi. Növbəti hədəf Günəşlidəki Xanım Fatimeyi Zəhra məscididir. Burda xüsusi olaraq vurğuya ehtiyac var. Xanım Fatimeyi Zəhra məscidi məhz NÖVBƏTİ hədəfdir. Sonuncu yox. Təbii ki, inanclı insanlar, rüşvəti haram bilənlər, Allahdan qeyrisinin qarşısında əyilməyən zümrə baş verənlərə biganə qala bilməzdi. Qəlblərdə kütləvi surətdə oxunan lənətdən savayı üzdə bu məscid yıxanlara tam sivil bir sual da ünvanlanmalıydı: "Axı niyə? Məscidlərimizi nə üçün dağıdırsınız?". Bu suala da biri-birindən gülməli cavablar eşidildi. Tikili qanunsuzdur, inşaat işləri zamanı səhvlərə yol verilib və s. Cavablar gülməli idi. Bəlkə də başqa vaxt buna ürəkdən qəhqəhə çəkmək olardı. Ancaq məscidlərin dağıdılması görüntüləri və daşlaşmamış qəlblərdən süzülüb gələrək gözlərdən axan yaşlar, halları başqa müstəviyə yönəltmişdi.
Qan axıdılmalıydı, amma…
Əlbəttə ki, bütün bu baş verənlər dindar əhalinin səbrini tükədir, əsəblərini tarıma çəkir, qanını damarlarda qaynadırdı. İslama dözümsüzlük, inanclılara təzyiqlər aşkar, göz önündə olsa da, buna televiziya ekranlarından, qəzet səhifələrindən min bir don geyindirilirdi və bu davam etməkdədir. Sonra isə… Sonra isə fevralın 13-də baş verənlər gerçəkləşdi. Polisin "sücaətini" əks etdirən kadrları çoxları izlədilər. Bəli, torpaqlarının 20 faizi işğal altında olan bir məmləkətin vətəndaşları qan axıtmağa borcludurlar. Həm özlərinin qanını, həm də düşmənin. Əlbəttə ki, əgər torpaqları azad etmək istəyirlərsə. Fevralın 13-də də qan axıdıldı. Bakı küçələrində. Amma bu qanların hamısı bir damardan gəlirdi. Azəri qanı idi bu. Bu qanı axıdanlar da azərilər idi (hər halda ilk baxışdan belə təsəvvür yaranır, yaxşısını isə Allah bilir). Nə qədər paradoksal görünsə də, sonda zindana da məhz qanı axıdılanlar atıldılar. Hərçənd, yuxarıda qeyd olunanlar fonunda burda bir sensasiya aramağına dəyməz. Azanı qadağan edilən, hicablı anası, bacısı, həyat yoldaşı yaşadığı məmləkətin şəxsiyyət vəsiqəsini ala bilməyən, məscidi dağıdılan dindarın sonuncu dayanacağı elə zindan olmalıdır! Ən yaxşı halda!
"Məşhədi Dadaş" hədəfi
Təzyiqlər isə davam edirdi. Bu dəfə hədəf kimi Məşhədi Dadaş məscidi seçildi. Bu da anti-İslam komandasının məntiqinə tam uyğun idi. Axı Bakıda cümə günü ən çox dindarın toplaşdığı iki məkandan biri məhz Məşhədi Dadaş məscididir. Məscidin İmam camaatı olan Hacı Şahin Həsənliyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən şifahi xəbərdarlıq edildi. Məqsəd isə bura hər cümə toplaşan 2000-2500 inanclı insanın sayını azaltmaq idi. Bu mərhələdəki vəzifə məhz bu idi. Maraqlıdır ki, Hacı Şahinin bu tələbə məhəl qoymaması Komitədə qıcıq yaratdı. Və Komitə rəsmisi özü də istəmədən əsl məramlarını faş etdi. APA-ya baş verənlərə dair münasibət bildirən DQİDK-nin şöbə müdiri Gündüz İsmayılov biri-birindən "şok" açıqlamalar verdi. Sən demə, Komitəni hərəkətə gətirən "təxribatların baş verəcəyi haqda daxil olan məlumatlar"dır. Çox maraqlıdır. Görəsən MTN-i, DİN-i, FHN-i mövcud olan bir məmləkətdə təxribat problemlərini nə üçün DQİDK həll edir? Və sadalanan samballı strukturlar, onların peşəkar mütəxəssisləri dura-dura cənab İsmayılov bu məlumatları hansı "agentura" vasitəsiylə əldə edir? Elə tutaq ki, söylənilənlər həqiqətdir. Camaatın məscidin həyətində namaz qılmasına maneə törətmək çıxış yoludumu? Deməli, sabah Milli banka quldur basqını haqda məlumat daxil olsa, Bankın binasını dağıtmalıyıq? Amma şöbə müdirinin "açıqlamaları" bununla bitmədi. O bildirdi ki, Hacı Şahin Həsənli Məşhədi Dadaş Məscidi dini icmasının nə sədri, nə üzvü, nə də QMİ tərəfindən təyin olunan axundudur. Təəssüf ki, APA-nın əməkdaşı cənab İsmayılova labüd olan bir neçə sualla müraciət etməyib. İmkan olsaydı, onun aşağıdakıları cavablandırmasını istərdik. Birincisi, əgər Hacı Şahin Həsənlinin bu məscidə heç bir aidiyyatı yoxdursa, nə üçün DQİDK ona müraciət edir? Eyni uğurla Sanitar-Epidemioloji Stansiyasının rəhbərinə, ya da ki, şanlı Bakı Metopoliteninin başçısına müraciət qəbul oluna bilərdi. İsmayılovun məntiqi ilə hər üçünün Məşhədi Dadaş məscidinə aidiyyatı yoxdur. İkincisi. Bəlkə bu məsciddə Bakıdakı digər ibadət yerləri ilə müqayisədə daha çox izdihamın olmasının məhz onun Axundunun QMİ tərəfindən təyin edilməməsində aramaq lazımdır? Bəlkə camaat artıq mücərrəd nağılları dinləməkdən bezib və real, konkret, günümüzlə uzlaşan problemlər haqda fikirləri dinləmək istəyir? Əlbəttə ki, bu suallar ritorik olaraq qalacaq. Ən yaxşı halda belə sualları səsləndirənlərə "ifratçı və radikal" damğası vuracaqlar.
KİV əvvəlcə "görmədi", sonra isə…
Daha bir məqama da toxunmamaq olmur. Bu da ki, nəzər salınan problemlər fonunda KİV-in mövqeyidir. Maraqlıdır ki, fevralın 13-də polisin dəyənəkləri, təpikləri, yumruqları ilə əzilən vətəndaşlar haqqında yalnız ölkənin bir neçə İslami elektron KİV-ləri xəbər yaydılar. Azərbaycanın ucqar kəndində kiminsə buzovunun oğurlanmasından xəbərdar olan telekanallar, bu dəfə sözü bir yerə qoyaraq, Bakının mərkəzindəki özbaşnalığı "görmədilər". Əvəzində, iki gün sonra "radikal dindar qrupun icazəsiz aksiyasını" kəskin şəkildə pislədilər. Yenə də, sözü bir yerə qoyaraq. Burda hansısa şərhə heç ehtiyac da duyulmur. Hadisələr Azərbaycan KİV-inə olduqca real diaqnoz qoydular. Kor-kor, gör-gör. Lakin sonrakı günlərin hadisələri medianın hələ tam sözünü demədiyini nümayiş etdirdilər.
… "qollarını çırmaladı"
Baş verənlərə cəlb olunan tərəflər olayların əsl mahiyyətini anlayırdılar. Lakin bunu Azərbaycanın bütün vətəndaşları haqqında söyləmək mümkünsüzdür. Elə əksər KİV də bu təbəqəyə hesablanan siyasəti həyata keçirməyə başladı. İslam davamçılarını digər kütlə ilə üz-üzə qoymaqdan daha gözəl nə ola bilər? Yəni, "ey xalq! Bunlar sizə düşməndirlər" deyib, yaxanı bir kənara çəkmək. Qoy məsələni özləri "çürütsünlər" və dəyənəklənənlərə mərhəmət hissi oyanmasın. Yenə də köhnə, dəfələrlə sınanmış strategiya işə düşdü. Hər şeyi qonşu İrana bağlamaq. Bu strategiyanın gerçəkləşdirilməsi yolunda isə istənilən çirkinlikdən və yalandan istifadə edildi. Hətta İslam Respublikasında bayrağımızın yandırılması xəbərləri də yayıldı. Sonradan bu "xəbər" yalanlandısa da, təkzib verməyə heç kim tələsmədi. Zatən, bunun yalan olduğunu özləri elə əvvəldən də bilirdilər. Yenə də DAK meydana atıldı. Bəli, "İranda türkləri boğullar" deyib, köhnə adəti üzrə qollarını çırmaladı. Və yenə də bunlara bir neçə elementar sual verən, bir neçə həqiqəti xatırladan olmadı. Axı ay qardaş, guya bayrağımızın yandırılması ilə yekunlaşan aksiya Tehranda, İsfahanda, Məşhəddə deyil, Təbrizdə keçirilmişdi. Və Azərbaycan konsulluğunun qarşısına gələrək fevralın 13-dəki hadisələrə etiraz edənlər də sizin "müdafiəsinə" qalxdığınız azəri türkləri idi. Və Bakıdakından fərqli olaraq, orda onlara bir çırtma da vurulmadı. Bir də ki, ay qardaş, axı nə üçün İrandakı etirazları belə qabardaraq, Türkiyədəki aksiyanı qulaqardına vurursunuz? Axı İstanbuldakı konsulluğumuzun da qarşısında dindarlar bir araya gələrək, Azərbaycandkı anti-İslam siyasətinə etirazlarını bildirmişdilər, hələ konsulluğun qarşısına "Zalımlara lənət olsun" şuarı yazılmış qara çələng də qoymuşdular. Bunu niyə "görmürsüz"? Əlbəttə ki, "niyə"si bəllidir. Düşünülmüş ssenariyə bu heç cavab vermir.
Qayıdış nöqtəsi
Bu gün Azərbaycanımızda çox xoşagəlməz vəziyyət yaranıb. Müxtəlif vasitələrdən istifadə edilərək, dindarlar, onların dini ayinlərini icra etmələri qarşısında hər cür maneələr yaradılır. Acınacaqlıdır ki, bu maneələrin yaradılmasına ölkəmizin rəsmi strukturlarında müxtəlif vəzifələrdə çalışan məmurlar da dəstək verirlər. Dünyanın istənilən dövlətinə bu ancaq ziyan verə bilər. Xüsusən də torpaqlarının 20 faizi işğal olunmuş Azərbaycana. Hər bir prosesdə qayıdış nöqtəsi mövcuddur. Onu keçmək ağılasığmaz problemlərin, fəlakətlərin meydana gəlməsi ilə nəticələnə bilər. Ümid etmək istərdik ki, nəzər saldığımız məsələdə, ümumiyyətlə Azərbaycan məkanında bu qayıdış nöqtəsi heç vaxt keçilməyəcək.
www.islam-azeri.az
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Yurdlarından didərgin düşmüş bəzi soydaşlarımız dünyaya müraciət ediblər (Tənqid)

İmza, bir qrup azərbaycanlı qaçqın və məcburi köçkün!
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
21 Şubat 2010 Pazar
Ən çox jurnalist tutduran rejim (Hesabat)
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda 2009-cu ildə söz azadlığının durumuyla bağlı hesabatı belə başlayır. Hesabatda daha sonra qeyd olunur ki, 30 il Azərbaycana rəhbərlik edən atasından hakimiyyəti təhvil alan İlham Əliyevin prezident olduğu ölkədə siyasi fəallar və müstəqil fikirli adamların səsi onsuz da yaxşı batırılırdı. 2009-cu ilin martında, ömürlük prezident olmaq üçün Konstitusiyanı dəyişəndən sonra bu təzyiqlər daha da artıb.
MÜSTƏQİL TV VƏ RADİOLAR ARTIQ YOXDUR, OLANLAR DA EŞİDİLMİR.
Hələ referenduma kimi Azadlıq, Amerikanın səsi və BBC radiolarının, xüsusən də FM tezliyində yetərincə populyar olan AzadlıqRadiosunun yayımının dayandırılması ölkədə müstəqil informasiyaya çatımı məhdudlaşdırıb.
Ölkədəki bütün televiziyalar hökumətin nəzarəti altındadır, yeganə ümummilli yayımı olan müstəqil telekanal ANS olsa da, 2006-cı ildə bir müddətliyinə lisenziyası alınandan sonra onlar da artıq tənqidi fikirlərə yer vermir.
QƏZETLƏR VƏ JURNALİSTLƏR SUSDURULUB.
Hesabata görə, qəzetlərin dövriyyəsi çox aşağıdır və ictimai fikrə təsir imkanları zəifdir. Amma məmurların böhtan və təhqir kimi ittihamlarla jurnalistləri cinayət məsuliyyətinə cəlb etməsi və maddi cərimələr üzündən Azərbaycanda ancaq barmaqla sayılacaq qədər düşündüyünü yaza bilən jurnalist qalıb. Xüsusən də prezident Əliyev və ailəsi haqda.
TƏNQİDİ FİKİR ÖLÜMƏ SƏBƏB OLUR.
Jurnalistləri Müdafiə Komitəsinin fikrincə, 2009-cu ilin avqustunda hakimiyyətin tənqidi fikirlərə qarşı dözümsüzlüyü ən amansız həddə çatıb. «Talışi Sədo» qəzetinin redaktoru, 10 il həbs cəzası alan Novruzəli Məmmədov cəzasının 2 ilini çəkəndən sonra ağırlaşan xəstəlikdən vəfat etməsi buna nümunədir. Jurnalistin yaxınları və hüquq-müdafiəçiləri onun xəstəliyinin ağır rəftar üzündən ağırlaşdığını bildirsələr də, rəsmilər vaxtında redaktoru həbsdən azad etmək və ya müalicəsinə icazə verməklə bağlı çağırışlara məhəl qoymadılar. Və 68 yaşlı jurnalist həbsxanada dünyasını dəyişdi.
HƏBSXANALARDA JURNALİST ƏSKİK OLMUR.
İl ərzində «Azadlıq» qəzetinin jurnalisti Sakit Zahidov, «Təzadlar» qəzetindən Asif Mərzili və «İdeal» qəzetindən Əli Həsənov azadlığa buraxılsa da, Beynəlxalq Mətbuat Azadlığı mükafatının sahibi Eynulla Fətullayev və Qənimət Zahid kimi redaktorlar həbsdə qaldı. Onlara qarşı il ərzində müxtəlif yeni iddialar irəli sürülməklə həbs müddətlərini uzatmağa və vaxtından əvvəl azadlığa çıxmalarının qarşısını almağa cəhdlər davam edir. Bundan başqa, il ərzində bir sıra başqa jurnalistlər də müxtəlif iddialarla fərqli müddətlərə həbs olundu.
BLOQQERLƏRİN HƏBSİ.
İyul ayında bloqqerlər Emin Milli və Adnan Hacızadə də xuliqanlıq ittihamıyla həbs edildi. Ancaq istər yerli, istərsə də beynəlxalq institutların nümayəndələri bu ittihamların qurama olduğuna inanır və həbsin bilavasitə bloqqerlərin yerləşdirdiyi «Eşşək» videosuyla bağlı olduğunu düşünür. Noyabr ayında Emin Milliylə Adnan Hacızadə 2 il və 2 il yarım həbs cəzası alıblar.
NAXÇIVANDAN XƏBƏR VERMƏK XÜSUSİLƏ RİSKLİDİR.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin ötən illə bağlı hesabatında Naxçıvan Muxtar Respublikasında söz azadlığının durumuna da toxunulur. Hesabatda qeyd olunur ki, Ermənistan, İran və Türkiyə arasındakı bu yerdən xəbər vermək çox riskli iş olaraq qalır. Ancaq bir-iki müstəqil jurnalist burda baş verənləri işıqlandırır. Amma yerli polis və məmurlar agentlər tərəfindən daim təzyiqlərlə üzləşirlər. Üstəlik, 2009-cu ilin fevralında Naxçıvana səfər edən «Zerkalo» qəzetinin müxbiri İdrak Abbasov kimi gəlmələr də burdan məlumat toplayarkən zorakılığa məruz qalırlar.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
ZİYALI SÖZÜ (Müsahibə)

-Respublikanın ziyalı simalarından biri kimi ölkəmizdə yaşanan mənəvi durumu necə qiymətləndirirsiniz?
-Mən dəfələrlə qeyd etmişəm və növbəti dəfə demək istəyirəm ki, bu gün Azərbcayanın ən böyük, hətta deyərdim faciəyə çevrilməkdə olan problemi mənəviyyat problemidir. Hazırda Milli Mənəvi dəyərlərin aşınma prosesi gedir və bu hər birimizi ağrıtmalıdır. Hər addım başı mənəviyyata olan basqılar, mənəvi dəyərlərə, əxlaqa, islami dəyərlərə yönələn təzyiqlər göz qabağındadır və əvvəllər bunu gizlətməyə çalışırdılarsa, bu gün istiqamət açıq aydın şəkildə mənəviyyatsızlığa yönəlir. Bu çox qəliz məsələdir. Əslində ölkə rəhbərliyi dərk etməlidir ki, mənəviyyat üzərində qurulmayan hər hansı bir dövlət son nəticədə məhvə məhkum olur. Hələ dünyada elə bir şey olmayıb ki, kərpici mənəviyyatdan qurulmayan bina dağılmasın. Məşhur məsəl var ki, ölkənin rifahı onun gözəl küçələri ilə, fasadlı binalarıyla, iqtisadi dirçəlişiylə ölçülmür. Ölkənin rifahı o ölkənin ləyaqətli adamlarıyla ölçülür. Bu gün təəssüf ki, Azərbaycanda ləyaqətli adamlara, mənəviyyatlı adamlara, İslam dinini qəlblərində uca tutan insalara sayğısızlıq baş alıb getməkdədir.
-Ziyalıların bu günkü vəziyyəti sizi qane edirmi?
-Mən sizin birinci sualınıza cavab verərkən orada da bəzi məsələlərə toxundum ki, ləyaqəti uca tutan insanlara münasibət necədir. Ziyalı öz xalqının vicdan daşıyıcısıdır. Onun vicdan göstəricisidir. Əgər siyasətçi onun qüdrətli timsalçısıdırsa, ziyalı onun vicdanını təcəssüm etdirən bir şəxsdir. Əvvəla onu qeyd edim ki, o cür insanlar bu gün çox azdır. Yəni bəzi ziyalılar bir çox halda öz ziyasını itirərək, bir qarın çörək üçün əyilməyə, sınmağa hər hansı orden və medal üçün öz əqidəsindən dönməyə, amalını satmağa, özü-öz vicdanına xəyanət etməyə hazırdılar. Deməzdim bu məsələ hamısına şamil edilir, ancaq bir çoxları bunu elədi. Eləmiyənlərin də maddi durumu aydın məsələdir ki, pis vəziyyətdədir. Biz həmişə deyirik ki, acından ölmək kiçik faciədir, mənəviyyatı itirmək faciə olmaqla yanaşı, çox böyük dərddir. Amma ən pis dövrlərdə belə çörəklə imtahana çəkilməmişdi ziyalılar, ancaq bu gün bu, yaşanır. Nəhayət öz əqidəsinə, Allahına, xalqına və öz vicdanına baxıb xəcalət çəkməyən çox adam qalıb. Amma bu az qalmaq o demək deyil ki, onlar gücsüzdülər. Və inanın, həmin adamların hər biri bir orduya bərabərdir bu gün.
-Biz bilirik ki, mənəvi dəyərlərimiz tarixin çox çətin sınaqlarına sinə gərərək bu günümüzə gəlib çıxıb və bu gündə mənəvi dəyərlərin xalqa təbliğində televiziya, internet, radio və qəzetlərin rolu böyükdür. Bu sahələrin müvafiq addımları yetərincədirmi?
-Əslində Siz adını çəkdiyiniz kütləvi informasiya vasitələri və elektron KİV-lərin fəaliyyəti çox qorxulu tendensiyalardan xəbər verir. Birinci növbədə televizorlarımız adlarını müstəqil qoysalar belə, müstəqil deyillər. Və nə qədər qəribə də olsa məndə belə bir hiss var ki, onlar bir nöqtədən idarə olunurlar. Mən peşəkar televiziya işçisi olduğum üçün bunu deyirəm, diqqət yetirsəniz görərsiniz ki, hətta reklam vaxtları belə bunlar tənzim olunur. Deməli, o televiziyaların koordinasiyası və koordinatorluq edənləri var.Televiziya kanallarının Azərbaycan mənəviyyatına vurduğu zərbəsinin çox illər belə sonra ağrısını çəkəcəyik.
-Televiziya işlərində inkişafdan danışmağa dəyərmi?
-Çox az danışmaq olar, o da məcburdular ki , milli mənəvi dəyərlər sistemini əhatə edən verilişlər versinlər, amma tam əksəriyyəti milli mənəvi və əxlaqi dəyərlərin əksinə olan ideologiya həyata keçirirlər. Demək buradan belə nəticəyə gəlmək olar ki, nə qədər bəsit də olsa Azərbaycanda televiziya vasitəsiylə mənəvi dəyərlərin aşınma prosesini idarə edirlər. Və bunu mənəvi soyqırım kimi də qələmə vermək olar.Fakt budur ki, bu idarə olunur və idarə olunmağı dəhşətli siptomdur, yəni mənəviyyatı aşınmaya uğrayan, əxlaqı korlanan, dəyərlər sistemi dağılan bir məmləkəti idarə etmək asandır. Bu gün mən deyərdim Azərbaycan deyilən dövlətdə məmləkət öz içərisindən deyil, kənardan idarə olunur.
-İsrail Azərbaycan münasibətləri ilə bağlı nə deyə bilərsiniz?
- İsrail Azərbaycanla həmişə stateji əməkdaşlığa çalışıb və bundan artıq Azərbaycan özü çalışıb. Və rəsmi Bakı ağlına da gətirmir ki, əqrəblə və ilanın dostluğu sonda heç də yaxşı olmur. Demək olar ki, həmişə pis olur. Və bu mənim yaralı yerimdir. İsraillə hansı dostluqdan danışa bilərik ? O İsraillə ki, öz dövləti idarə etmə üsulunda əsasən bir prioritetə diqqət verir, terorra, işğalçılığa, islamafobiyaya, irqçiliyə, bu cür dövlətlə dostluq etmək nə dərəcədə düzgündür ? Hətta İsrailin özünün içində öz ziyalıları bunu artıq dərk edib və SOS deyə qışqırırlar ki, “bu cür dövlət olmaz”, daş atıb başlarını tuturlar. Günahsız insanların qətliylə fəxr edən bir dövlətin, kütləvi qırğın silahlarından uşaqlar üçün istifadə edən bir hökumətin axırı ola bilərmi ? Yəni o sonunun əvvəlini yaşayır bu dəqiqə. Bizə bu cür ölkələrlə münasibət qurmaq utanc gətirir. Və mən tam məsuliyyətlə deyirəm ki, Azərbaycana ar olsun ki, bu cür dövlətlə dostluq edir və hər hansı bir əlaqə qurur. Heç olmasa qardaş Türkiyənin baş nazirinin münasibətini götürək. Azərbaycan bu dəqiqə başsız atlı kimidir. Əvəllər belə bir misal vardır ki, kişinin papağı olar. Belə çıxır millətin də papağı olmalıdır. Ancaq çox təssüf ki, Azərbaycan uzun illərdir ki, başına papaq əvəzinə yamaqlı şapka qoyur.
-13 fevral dindarların yürüşü zamanı polislərin hərəkəti ilə bağlı münasibətiniz necədir?
-Bu cür polis zorakılığının Azərbaycanın imicinə xələl gətirəcəyini heç veclərinə də almırlar. Milli Mənəvi dəyərlər sistemini qurmaq olmaz, Əxlaqlı davranmaq olmaz, Şəhidlərə öz ehtiramını bildirib, onu ziyarətə getmək olmaz. Bu gün ürəyi təmiz, namuslu dindarların şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin ruhu qarşısında baş əyib, onların xatirələrini uca tutmaq istəyirlərsə və onlara qarşı zor tətbiq edilirsə, bunun heç bir adı yoxdur. Olmaz! Olmaz! Olmaz! Çox təəssüf ki, “olmazların” arxasında duran nida işarəsinin yerinə polis dəyənəkləri durur. Və bu gün polislərin hərəkətlərini asayiş qorumaq yox, ancaq nadan polis xuliqanlığı adlandırmaq olar. Əslində heç mən polisləri də qınamıram, çünki, polis icraçıdır. Mən bayaq da dedim, o ölkədə ki, ədalət, qanun, mənəviyyat siyasətdən aşağıda dayanır, həmin məmləkətdə belə hadisələr olacaq. Bunlar hamısı sifarişdir və bu sifarişi nəyin bahasına olursa olsun etməlidirlər. Şəhidlər xiyabanına yol alan, əlində gül, qəlbində vətən sevgisi olan bir dindarın başına dəyənək vururlar amma, radikal siyasətçi ilə o cür hərəkət eləmirlər. Mən Azərbaycan Ziyalılar Birliyinin sədri olaraq ətrafımdakı ziyalıların adından bu hadisəni pisləyir və qəti olaraq etirazımı bildirirəm. Sən rüşvətxor ola bilərsən, sən əhaliyə zülm verə bilərsən, ac-susuz saxlaya bilərsən, amma əxlaqımıza dəymə! Mənəviyyatımızla işin olmasın! Milli mənəvi dəyərlər daşıyıcıları olan dindar qardaşlarımıza dəymə!
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
"AĞLI OLMAYANIN DİNİ YOXDUR... DİNİ OLMAYANIN NECƏ?" (Məqalə)

Məhəmməd Əhməd
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Professorla tələbənin söhbəti (İbrətamiz)
Professor dərsdə tələbənin birinə sual verir:- Hər nə varsa, Allah yaradıb?-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.-Allah hər şeyi, həəər şeyi yaradandır?-Əlbəttə, ser.O zaman professor belə dedi:- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər - i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
-Professor, sizə sual vermək olar?-Buyur.Tələbə ayağa qalxaraq sual verdi:-Professor, soyuq mövcüddür?-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.Tələbə davam etdi:-Professor, bəs qaranlıq mövcuddur?-Əlbəttə mövcuddur.- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. Çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.Sonda tələbə bir daha sual verdi:- Professor, bəs şər qüvvələr, şər özü mövcüddür?- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.Buna cavab olaraq tələbə:- Yox,yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. ŞƏR ALLAHSIZLIQ DEMƏKDİR. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur. deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHSIZ qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!Bu tələbənin adı Albert Eynşteyn idi!
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
Qorxunc müsəlmanlar (Tənqid)

"…Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..
Bisəbəb qorxmuram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!.."
Bu misraları yadda saxlayaq, onlara hələ dönəcəyik…İndiki gənclərə bu hiss yaddı. Onlardan əksəriyyəti hətta ərazisi işğal altında olmayan dövlətin vətəndaşının özünü necə hiss etdiyini belə bilmirlər. Amma orta və yaşlı nəsil bu prosesi yaxşı xatırlamalıdır. Nəhəng və qüdrətli bir dövlətin vətəndaşısan, amma günlərin bir günü pərdələr yırtılır, səddlər yıxılır və hər cəhətdən zəif, cırtdan, faktiki olaraq müdafiəsiz bir Respublikanın sakininə çevrilirsən. Ağır hissdir. Dünən sən özünü tam əmniyyətdə hiss edirdin, bu gün isə əksinə, düşmənə yalnız istəmək kifayətdir ki, torpaqlarını zəbt etsin, səni rəzil etsin. Bu hisslər artıq unudulmaqdaydı. İllər öz işini görür. Və torpaqlarımızın 20 faizinin işğal altında olması hissi ilə yaşamağı öyrənmişik. Bir vaxtlar Topxana meşəsində erməninin baltasının taqqıltısına Azadlıq meydanına milyonlar yığışırdısa, indi zəbt olunmuş torpaqlarımızda dığaların tanklarının səsi heç kimin vecinə də deyil. Hərə öz işində, öz biznesində… Amma unutduğumu düşündüyüm o hisslər fevralın 13-də yenidən baş qaldırdı. Cüzi əmniyyət görüntüsü, nazik pərdə vardısa da, artıq qeybə çəkildi. Niyə? Çünki mənə kimsə demədi, mən hardansa oxumadım. Öz gözlərimlə gördüm o sifəti, öz qulaqlarımla eşitdim onun dediklərini - "Təkbir gətirmirsiniz!". İlahi! Allahım! 1432 il əvvəl Peyğəmbərimiz Məkkədən hicrət edəndə də ona bu sözləri deyirdilər. On dörd əsrdən artıq bir zaman ötüb. Amma Azərbaycanda bu gün Peyğəmbərimizə düşmən kəsilənlərin törəmələri yaşamaqdadır. "Allahu Əkbər" eşidəndə yamanca qıcıqlanırlar. O dərəcədə qıcıqlanırlar ki, bu sözləri deyəni xirttəkləyərək yanındakı fərraşlara «atın bunu içəri!» əmrini verirlər. İndi "Allahu Əkbər" deyənlər özlərini necə əmniyyətdə hiss etsinlər? Amma bu heç də o demək deyil ki, artıq Azərbaycanda təkbir sədaları eşidilməyəcək. Bu heç də o demək deyil ki, "içəri düşmək" təhlükəsi Allahın sadiq qullarını ondan üz döndərməyə vadar edəcək. Əsla! Çünki Allah elə Əkbərdir. Əkbər elə ODUR! Başqasını "əkbər" etmək cəhdləri də əvvəlcədən iflasa məhkumdurlar. Çünki əsrlər boyu belə cəhdlər çox olub, "əkbərlər" gəliblər, gəldikləri kimi də tarixin yaddaşına gömülüblər. "Allahu Əkbər" isə həmişə deyilib və deyiləcək də. Möminlər yalnız ONUN qarşısında əyiliblər və əyiləcəklər. Çünki qeyri əyilməyə layiqi olmayıb və olmayacaq da. "Allahu Əkbər" deyəcəklər. Əmniyyətdə olmadıqlarını bilsələr belə.…İndi isə dahi ustadın müsəlmanlar qorxusu haqda. Qəti şübhəm yoxdur ki, təkbirə «qadağa qoyan» da, müdafiəsiz, əli yalın insanları amansızcasına döyənlər də, onlara "qeyri-müsəlman" desək, çox narahat olarlar, bəlkə də bunu təhqir kimi qəbul edərlər. Yəni, öz aləmlərində onlar "müsəlmandılar". Bax, Mirzə Ələkbər Sabirin qorxduğu da, ey əzizlər, məhz belə müsəlmanlar» idi. Həqiqətən də, mömin kimsə belə "müsəlmanlardan" qorxmasın, neyləsin?..Vəssəlam. Və… Əlbəttə ki, Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər!
Vüsal Əliyev
www.islam-azeri.az
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
İlk Avropali tapilib (Maraqlı xəbər)
Bir mağarada olan kəllə sümüyü birləşdirilərək 40 min il əvvəlki insanın üzü yaradıldı. Bu insan Karpat Dağlarında yaşayıb. Elmi axtarışçılar, yeddi il əvvəl bir mağarada olan kəllə sümüyü parçalarından yola çıxaraq İlk köhnə Avropalı insanın üzünü meydana gətirdi. Cinsiyyətin təyin olunması mümkün olmadığından bir qadına yoxsa bir kişiyə aid olduğu bilinməyən bu üzün sahibi, bu gün Rumıniya sərhədləri içində olan Karpat Dağları bölgəsində 35 min il əvvəl yaşayıb.
Mütəxəssis Richard Neave, sümüklərin parçalarında etdiyi ölçümləri və üz sümüklərinin kəlləyə necə yerləşdiyinə dair məlumatı təməl alaraq bu üz modelini yaratdı.Model, BBC'də nəşr olunacaq olan və insan irqinin və təkamülün mənşələriylə əlaqədar 'İnsanın İnanılmaz Səfəri' adlı televiziya proqramında istifadə ediləcək.Proqramı təqdim edəcək olan Antropolo Əli tərəfindən Roberts Independent qəzetinə belə bir açıqlama verib; "Həqiqətən çox qəribədir. Həqiqətən 40 min il əvvəlindən bir insanın üzünə baxıram' və bu çox həyəcan vericidir. Kəlləsi əslində Avropalı, Asiyalı ya da Afrikalı kimi görünmür. Daha çox hamısının qarışığı kimidir. Və bu da Avropaya ilk gələn əhalilər göz önünə alındığında, təxmin edilə bilən bir vəziyyətdir."Mağara arxeoloqları 'ilk müasir insan (homo sapiens) Avropalıya aid çənə sümüyünü 2002'də Karpat Dağlarının cənub-qərbində tapmışdı. Karbon testi nəticəsində, sümüklərin yaşının 34 min ilə 36 min il olduğu ortaya çıxmışdı. İlk homo sapiensin Avropaya Afrikadan gəldiyi bilinir.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı.
vehdet.blogspot.com
«ATAMIN QƏBRİNƏ ZİYARƏTƏ GETMƏYƏ QORXURAM» (Tənqid)
P.S. Əziz xalqım, əgər Novruz bayramı ərəfəsi əzizlərinizin qəbrini ziyarət etməyə gedəndə polis sizi saxlasa və “bu qanunsuz aksiyadır, dağılışın desə”, muğayat olun ha, dərhal dağılışmağınız məsləhətdir, yoxsa sizi də günahsız binəva dindarların gününə salarlar. Diqqətli olun, əzizlərinizin qəbrini ziyarət etmək təhlükəlidir, döyülmək və 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə təhlükəsi var.
Hacı Namiq Babaxan.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com
