1 Mart 2010 Pazartesi

Ayətullah Əli Xamenei Qərbə xəbərdarlıq edib (Xəbərdarlıq)


İranın nüvə proqramı MAQATE-nin Vyanada keçiriləcək bugünki iclasında prioritet məsələ olacaq. Bu ərəfədə İranın ali dini lideri Ayətullah Əli Xamenei növbəti dəfə Vaşinqton və Təl-Əvivin ünvanına kəskin ittihamlarla çıxış edib. O, İranın Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşündə çıxışı zamanı bəyan edib ki, “ABŞ və İsrail dünyada cinayətlər törədir, məzlum xalqlara zülm edir. Bu dövlətlər insan hüquqlarından danışsa da, heç vaxt buna əməl etmir”. Seyyid Əli Xamenei, Qərb ölkələrinə xəbərdarlıq da edib.“İslam Respublikası ona göstərilən təzyiqlərə baxmayaraq nüvə tədqiqatlarında nəzərə çarpacaq uğurlar əldə edib. Bir sıra dövlətlərin, xüsusilə ABŞ, Britaniya və sionist rejiminin nüvə fəaliyyəti ətrafında yaratdıqları hay-küyə baxmayaraq, bu tədqiqatlar davam etdiriləcək. Onlar İranın texnologiya və elm sahəsində kifayət qədər uğura nail olmasına qədər davam etdiriləcək”, - deyə o bildirib. Çıxışı zamanı Ayətullah Əli Xamenei eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi də tənqid edib. Xatırladaq ki, ötən ay MAQATE təqdim etdiyi hesabatında İranı Qum şəhəri yaxınlığında nüvə obyekti tikməsinə görə, mühakimə edib. Bir müddət əvvəl isə agentlik İranın nüvə proqramının dinc mahiyyət daşımasına şübhə ilə yanaşdığını bildirib. Ayətullah Əli Xameneinin sözlərinə görə, agentliyin bəzi son addımları və hesabatları bu beynəlxalq təşkilatın kifayət qədər müstəqil olmadığını göstərir. İranın ali dini liderinin sözlərinə görə, MAQATE Birləşmiş Ştatlar və digər dövlətlərin təsirinə düşməməlidir.

www.islam-azeri.az
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

1 yorum:

  1. "Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
    Hər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.

    YanıtlaSil