1 Mart 2010 Pazartesi

52 UŞAQ VƏ 104 QOCA MÜSƏLMAN ACLIQDAN DÜNYASINI DƏYİŞDİ (Faciə)

Miyanma rejimindən canlarını qurtararaq ölkəni tərk edən arakanlı müsəlmanlar aclıqdan dünyalarını dəyişirlər. Myanmanın Arakan əyalətində yaşayan müsəlmanlar sığınacaq tapdığı Banqladeşdə aclıq və səfalət içində yaşamaqdadırlarBanqladeşdə qaçqınlar şəhərciyində yaşayan arakanlı müsəlmanların 52-si uşaq və 104 nəfər yaşlı insan aclıq səbəbilə dünyalarını dəyişidiyi bildirilmişdir.Miyanma, 1989-cu ilə qədər Birma adı ilə tanınan Asiyanın cənub şərqində olan bir ölkədir. 50 milyonluq əhalisinin 4%-i müsəlmanlardan təşkil olunmuşdur. Hərbi rejimin nəzarəti altında olan ölkədə bütün haqlar və azadlıqlar tapdanmaqdadır. Xüsusilə də bu ölkədə müsəlman toplumunun böyük əksəriyyəti zülm içində yaşamaqdadır. Bir çox müsəlmanlarda ölkəni tərk etməkdədir. Arakan isə Miyanmanın şimal qərbində olan bölgədir. Burada yaşayan əhalini müsəlmanlar və buddistlər təşkil edir. İslam dini Arakana VIII əsrdən etibarən bölgəyə gələn müsəlman tacirlər və dərvişlər vasitəsilə yayılmışdır. Arakanda 1430-cu ildə İslam dövləti qurulmuş, lakin bu dövlət 1784-cü ildə buddist krallığıtərəfindən işğal edilmişdir.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder