17 Mart 2010 Çarşamba

Həzrət Əli (ə) - düşməni tanımaq taktikası (İmamət)

Həzrət Əlinin (ə) hökuməti ilə müxalif qüvvələrin törətdiyi üç hadisədə düşmənin düşmənçılık üsulu da müxtəlif idi. Onlar öz hədəflərinə çatmaq üçün mümkün olan bütün variantlara əl atdılar. “Nakisin” hadisəsində bu düşmənçiliyin ən ciddi forması müşahidə olunur. “Nakisin” iğtişaşını təşkil edənlər Peyğəmbərin (s) əshabı və həzrət Əliyə (ə) ilk beyət edən şəxslərdən ibarət idi. Təlhə və Zübeyr o hadısənin mənfi simvolu kimi yadda qalıb. Belə hadisələri araşdırmaqla zahirdə dost siması ilə maskalanmış, inqilabın kökünü baltalayan düşmənləri daha tez müəyyən etmək olar. “Nakisin” (əhdi pozanlar) hadisəsi mənfi hədəflərdən qaynaqlanan ağrılı bir hadisədir. Bu hadisə ibrətlə doludur. Onların dünya arxasınca olması nəhayət nifaqa gətirib çıxardı və onlar həzrət Əli (ə) ilə mübarizəyə başladılar. Bu, dünyanı imtahan sayan bütün şəxslər üçün ibrət dərsidir. Bu imtahanın ana xəttini Allah eşqi təşkil edir. Həzrət (ə) buyurub: “And olsun Allaha! Müaviyə məndən daha siyəsətçı deyil. O, hiyləyə əl atır. Mən isə hiylə əhli deyiləm.”

Həzrət Əlinin (ə) baxışında düşməni tanımaq metodu.
Müxtəlif təşkilatların müəyyən hədəfə çatmaq üçün birləşib fəaliyyət göstərəməsi çox təsirlidir. Batil, haqsız qruplar aralarında ixtilaf və düşmənçilik olmasına baxmayaraq haqqın müqabilində müttəfiq olub bir qüvvəyə çevrilirlər. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də “əhdi pozanlar”dan söhbət açıb onların müxtəlif qruplardan təşkil olmasına işarə edir. Düşmənlər öz hədəflrinə çatmaq üçün bir-birirləri ilə müttəfiq olurlar. Onlardan Təlhə, Zübeyr, Səhl ibn Üməyyə və Abdullah ibn Amirin adlarını sayaraq buyurur: “Təlhə və Zübeyr, Osmanın əleyhinə üsyan edənlərdəndir. Buna baxmayaraq onlar “Cəməl” müharibəsnində Osmanın məmurları tərəfindən maliyyələşdirılirdi.” Səhl ibn Üməyyə Osman tərəfindən Sənəndə başçı təyin olunmuşdu. Çoxlu mal yığıb Zübeyrə vermişdi. Abdullah ibn Amir də Ömərin məmurlarından biri idi. O da belə bir məbləğlə qoşun təşkil etdi. “Əskər” adlı bir dəvənin qarşılığında altı yüz dirhəm Təlhəyə verdi.” İbn Əl-Hədid yazır: “Təlhə və Zübeyr qiyam etdikləri zaman Müaviyə, Zübeyrə yazdığı məktubda onu əmirəlmöminin adlandırır: “Rəhman və Rəhim Allahın adı ilə. Əbu Süfyan oğlu Müaviyədən Allah bəndəsi əmirləmöminin Zübeyrə! Salam olsun sənə. Mən Şam əhlindən sənə beyət etmələrini istəmişəm və onlar da qəbul ediblər. Hamlıqla sənə itaət etməyə hazırdırlar. Bəsrə və Kufəni nəzərdən qaçırma! Yoxsa Əbu Talib oğlu səni arxada qoyacaq. Bu iki şəhəri ələ keçirdikdən sonra çətinlik qalmayacaq. Mən səndən sonra Təlhə ilə beyət etdim.” Osmanın qanını (intiqamnı) tələb edin və camaatı da buna çağırın. Bu işə ciddi yanaşın və çalışın.” Həzrət Əli (ə) bu birliyin “şeytan qrupu” adlandırıb buyurub: “ Bilin ki, şeytan öz qoşununu toplayıb, öz süvari və piyadalarını çağırıb.” Həzrət Əli (ə) müsəlmanlara məlumat verir ki, düşmənlər öz məqsədlərinə çatmaq, İslam hökumətini devirmək üçün müəyyən birlik və qruplaşmalarla müttəfiq olur, mübarizəyə davam edirlər. Onlar, rədd etdikləri haqdan tökdükləri qanla intiqam almaq istəyir.

Şüarlar və bəhanələr.
Müxaliflərin ən təsirli üsulu camaatın xoşladığı şüarları car çəkməkdir. Düşmən bu yolla ictimaiyyəti ələ alır, lazım olan atmosferi yaradır, qaldırqıları qiyamı xalq hərakatı adlandırmaq üçün münasib şüarlar səsləndirir. Belə şüar və bəhanələr dövrün tələblərinə uyğun olaraq tapılır. Həzrət Əlinin (ə) hökuməti dövründə Osmanın qanı müxaliflər üçün münasib bir bəhanə idi. Qəribə odur ki, Osman hökuməti ilə müxalif olan, onun ölümündən sevincini belə gizləməyənlər, onun intiqamını almaq şüarı altında həzrət Əliyə (ə) qarşı mübarizəyə qalxdılar. İbn Əbilhədid deyir: “Təlhə, camaatı Osmanın əleyhinə qaldıran ən amansız qüvvə sayılırdı. Ondan sonrakı yeri isə Zübeyr tuturdu. Bil –Üzri, Əbu Muhnif və digərlərinə istinad edərək yazır: “Camaat Osmanı mühasirəyə saldıqda, Təlhə mühasirəni darlaşdırmaq və Osmanın ölümünü daha da yaxınlaşdırmaq üçün su və çörəyin ona göndərilməsinin qarşısını aldı. Nəhayət həzrət Əli (ə) bundan qəzəblənib Osman üçün su göndərdi. Həzrət (ə) bu barədə buyurur: “And olsun Allaha! O, (Təlhə) Osmanın qanı (intiqamı) üçün tələsmirdi. Osmanın (intqamını ondan alıncağından) qanının ondan tələb oluncağından qorxudu. Çünki Osmanın qətlində müttəhim o idi. Camaat içində Osmanın qanına ondan çox həris (susayan) tapılmazdı.” Başqa bir yerdə buyurub: “Onlar özlərinin rədd etdikləri haqqı tələb edir, tökdükləri qanın (itiqamını) alınmasını istəyirlər. “Nakisin” camaat arasına şübhə salmaq üçün ümumi fikri əsil hədəfdən yayındırıb, həzrət Əlinin (ə) hökumətini devrimək üçün bir qrup şəxsi intiqam adı ilə topladılar. Həzrət “nakisin” barəsində buyurub: “Gətirdikləri bəhanələrin zahiri rəngi olsa da (üzdə nə isə tələb edirdilərsə də) batində o, heç bir şeydir.” Həzrət Əli (ə) düşmənlərinin bəhanə gətirməsini xatırlatmaqla bizə hər zaman düşmənin bəhanə metodundan istifadə edəcəyini anladır.

Sayılan, seçilən simalardan, şəxsiyyətlərdən istifadə etmək metodu.
Tanınmış şəxsiyyətlərdən və simalardan sui-istifadə etmək məqsədə çatmaq üçün mühüm amillərdən biridir. Düşmən çalışır ki, belə şəxsiyyətlərin nüfuzuna söykənib istədiyi hədəfə çatsın. “Nakisin” də bu üsuldan istifadə etdi. Onlar Peyğəmbərin (s) zövcəsi Aişəni bu məqsədlə özlərinə tərəf çəkdilər. Aişə, peyğəməbrin (s) zövcəsi olmaqla yanaşı, onların əqidəsinə görə həm də (ümmül-möminin) möminlərin anası idi. Bu səbəbdən müsəlmanlar ona hörmət edəcək və həzrət Əliyə (ə) qarşı mübarizəyə qalxacaqlar. Bu plan təsirsiz deyildi. Həzrət Əli (ə) “nakisin”in belə bir üsula əl atması haqqında buyurub: “Onlar qiyam etdilər, Allah Peyğəmbərinin (s) zövcəsini satlıq kəniz kimi öz arxalarınca apardılar. Öz zövcələrini (yad baxışlardan qorumaq üçün) evdə pərdə arxasında saxladılar. Peyğəmbərin (s) zövcəsini (məhrəmini) isə pərdə arxasında saxlamayıb, özlərinin və başqalarının (naməhrəm) gözləri qarşsına çıxardılar.” Təlhə və Zübeyr üçün Aişə ən böyük təbliğat vasitəsi idi. Onu möminlərin anası adlandıraraq bu qondarma əsasdən sui-istifadə etməyə başladılar. Cəməl döyüşündə camaatı həzrət Əlinin (ə) əleyhinə qaldırdılar. Həzrət Əli (ə) düşmənin bu üsuluna belə münasibət bildirir: “Belə bir azğınlığın qarşısını almaq üçün (qurtulmaq üçün) fərdin şəxsiyyətini deyil, haqqı tanımaq lazımdır.” Həzrətin (ə) göstərdiyi bu yol müqəddəs hədəfləri, inqilabı qorumaq üçün ən gözəl üsuldür.

Şübhə yaratmaq.
Batilin əksinə olaraq haqq, insan fitrəti ilə uyğunlaşır. Bu da onunla sonuclanır ki, batil nə qədər gözəl, haqq kimi göstərilsə də, həqiqi haqqın xüsusiyyətlərini daşımayacaq. Batil o zaman təsirli ola bilər ki, ona həqiqət donu geydirilsin. Bu üsulu həzrət Əli (ə) “Nəhcül-bəlağə”də şübhə adlandırıb. Həzrət buyurub: “Şübhə ona görə şübhə adlanıb ki, onun həqiqətə oxşarlığı var.” Allah dostlarını hidayət edən isə onların qaranlıq yoluna işıq salan yəqinlikdir. Allah düşmənlərinin vücudunu saran azğınlıq onları şübhəyə salır. Həzrət Əli (ə) şübhəni düşmənlik üsullarından biri hesab edir, həqiqəti bilməyənlər üçün təhlükə sayır. Çünki camaatın çoxu haqqı batildən ayırmaq üçün məsələnin təfərrüatına diqqət yetirmir, onu təhlil etmir və beləcə həqiqət donuna salınmış batili tanıya bilmir. Düşmən də belə bir fürsət axtarır. Həzrət Əlinin (ə) fikrincə düşmənlər batilə həqiqət donu geyidirərək camaata göstərir. İş o yerə çatır ki, həqiqət carçısı -“natiqi haqq” həzrət Əli (ə), şübhələri dəf etmək, həqiqəti anlatmaq, ona inananları düz yola qaytarmaq üçün çox çalışmalı olur. Həzrət Əli (ə) Bəsrə şəhərinin yaxınlığına çatanda, onun “nakisin”lə necə rəftar edəcəyi barədə məlumat əldə etmək üçün düşmən tərəf bir şəxsi onun yanına göndərdi. İmam (ə) onlarla hansı tərzdə rəftar edəcəyni elə tərzdə açıqladı ki, göndərilən şəxs həzrətin (ə) haqq əhli olduğunu anladı. Həzrət (ə) göndərilən şəxsin haqqı etiraf etdiyini görəndə ondan beyət etməsini istədi.
O isə belə cavab verdi:
- Mən bir qrupun göndərdiyi şəxsəm. Özbaşına bir iş görə bilmərəm.
İmam (ə) buyurdu:
- Onlar səni yağışın yağdığı yeri tapmağa göndərir. Sən də o yeri tapıb, su və yaşıllığın harada olduğunu onlara deyirsən. Onlar su olmayan tərəfə (çölə) üz tutduğu təqdirdə nə edərdin? Dedi:
- Onlardan uzaqlaşardım, su və yaşıllığın olduğu tərəfə gedərdim.
İmam (ə) buyudu:
- Elə isə əlini uzat və beyət et! O şəxs deyir: “And olsun Allaha! Həqiqət mənə aydınlaşanda ona beyət etməkədən imtina edə bilmədim. O həzrətə beyət etdim.” İnqilab üçün ən böyük bəla camaat arasındakı şəkk-şühədir. Bəzilərinin dinə, etiqada aid əsassız məsələləri cəmiyyət arasında yaymaları camaatın etimadını inqilab və nizama qarşı sarsıdır və süst edir. Belə bir təhlükənin qarşısını almaq inqilabçı və mömin şəxslıərin ən zəruri vəzifələrindən biri sayılır. Həzrət Əlinin (ə) bu barədə buyurduğu tövsiyələri ciddi qarşılamalı, onu həyatımızın şüarı etməliyik. Düşmən həmişə cəmiyyəti nadan və məlumatsız görmək istəyir. Biliksiz camaatı istənilən istiqamətə yönəltmək, düşmən üçün daha əlverişlidir. Həzrət Əlinin (ə) nəzərincə, Təlhə və Zübeyr bəsrəliləri biliksiz (nadan) olduqları üçün qiyama qaldıra bildi. Həzrət (ə) bəsrəlilərə xitabən buyurur: “Sizin ölkəniz, suya yaxın, səmaya uzaqdır. Ağlınız yüngül, düşüncələriniz səthidir. Beləcə oxatanlar üçün yaxşı hədəf, müftə loğma axtaranlar üçün yağlı tikə, ovçular üçün ovsunuz.” Biliksiz, nadan fərdlər zirəklərin əlində daha tez alətə çevrilir, İslamın yolunda maneə olurlar. Həmişə dinsız münafiqlər camaatın nəzərində bir (təsadüfi adamı) axmağı müqəddəs göstərməklə onun gölgəsinə daldalanıb İslam hökumətinin əleyhinə qalxırlar.

Hiylə.
Həzrət Əli (ə) hiyləni İslam düşmənlərinin daha kəskin üsulu sayır. Onların bu üsula əl atmasını əxlaq və mənəviyyatdan uzaq olması ilə xarakterize edir. Siyasət onlar üçün hiylədən ibarətdir. Siyasətdən anladıqları təkcə hiylədir. Bəsrəliləri də hiylə ilə qiyama qaldırdılar. Onlar həzrət Əliyə (ə) ilk beyət edən fərdlər idi. Sonra öz əhdlrini pozdular. Cəməl döyüşündə əsir düşən Mərvan ibn Həkəm də onlardan bir idi. İmam Həsən (ə) və Hüseynin (ə) vasitəçiliyi ilə azadlığa buraxıldı. İmam Həsən (ə) və Hüseyn (ə) həzrət Əliyə (ə) onun beyət etmək istəyini çatdırdılar. Həzrət (ə) qəzəbli tərzdə buyurdu: “O, Osmanın qətlindən sonra mənə beyət etmədimi? Onun beyətinə ehtiyacım yoxdur. Onun əli (xəyanətkar və vəfasız olduğu üçün) yəhudi əlidir. Əgər beyət etsə, arxada onu pozacaq.” Bir qrup şəxs “Müaviyə həzrət Əidən (ə) daha siyasətçidir” dedikdə, İmam onların cavabında buyurub: “ And olsun Allaha ! Mən ondan daha siyasətçiyəm. O, hiyləyə əl atır. Mən isə hiylə əhli deyiləm.” Ümimiyyətlə həzrət Əlinin (ə) buyurduqlarından məlum olur ki, düşmənin əsas istifadə etdiyi yollardan biri hiylədir. Hiylə, müxtəlif zamanlarda fərqli şəkillərdə ola bilər.

Təbliğat və mənfi atmosfer yaratmaq.
Batil təbəqənin metodlarından biri hədəfə çatmaq üçün mənfi təbliğata əl atmaq və münasib atmosfer yaratmaqdan ibarətdir. Düşmən azdırıcı metodlarla fərdləri cəlb edir və öz arxasınca çəkir. Həzrət Əli (ə) buyurur: “Ey camaat! Hidayət yolunda (imanlı) fərdlərin azlığından dəhşətlənməyin. Camaat elə bir süfrənin ətrafında toplanıb ki, ondan toxluq müddəti az, aclıq isə çox çəkəcək.” İmam (ə) düşmənin təbliğatını göyün guruldamasına bənzədir. Onların hay-küy salmaqla istəklərinə çatmayaclarını bildirir. Çünki batil məhvə məhkumdur. Onlar şüar əhlidir, əməl əhli deyil. İman əhli isə öncə (ideyasını həyata keçirir) əməl edir, sonra şüar verir. Həzrət (ə) buyurub: “Cəməl”in oyunçuları göy kimi gurladılar. Nəhayət, qopadıqları hay-küylə də uduzdular. Biz isə başqalarını hədələmək üçün guruldamırıq. Onları hədələməklə gurultu qoparmarıq. Yağış yağdırmadıqca sel axıtmırıq.”

Müsəlmalar arasında ixtilaf və ayrıseçkillik salmaq.
Düşmənin ən kəskin silahı müsəlmanlar arasında ixtilaf və ayrılıq salmaqdır. Bununla ilsami birliyə zərbə vurmaq istəyirlər. Həzrət Əli (ə) müsəlmanların vəhdəti mövzusuna diqqətlə yanaşıb bildirir ki, nizamın möhkəmlənməsi və ictimai hərəkat üçün vəhdət zəruridir. Bu baxımdan ixtilaflar zərərlidir. Həzrət (ə) bildirir ki, düşmənlər onun dostları arasında ixtilaf salmaqla Cəməl və Süffeyn müharibəsinin baş tutmasına nail oldular. Camaatı İslam hökumətinin əleyhinə qaldırdılar. Həzrət (ə), düşmənlər haqqında buyurub: “Tabeliyimdə olan məmurları, beytülmal xəzinədarlarını ələ alıb, əhalisinin hamılıqla mənə beyət etdiyi bir şəhərə qədəm qoydular. Onların vəhdətini sındırıb mənim tərəfdarım olan cəmiyyəti qiyama qaldırdılar.” Həzrət Əlinin (ə) nəzərincə müsəlmanlar arasında pərakəndəlik salındıqda ilahi hədəflər unudulur, düşmən, ölkəyə hakim kəsilir və bütün bunlar möminin zillət və məhvinə gətirb çıxarır. Həzrət Əli (ə) üçün vəhdət çox əhəmiyyətli və dəyərlidir. O, İslam cəmiyyətində vəhdəti qorumaq üçün 25 il sükut etməli oldu.

Fürsət.
İslam düşmənləri münasib fürsət yarananda müxtəlif bəhanələrlə İslam hökumətinin əleyhinə qiyama qalxırlar. Əslində düşmənin xüsusiyyətlərindən biri onun fürsət axtarmasıdır. Həzrət Əli (ə), Əbu Süfyanın, “qasitin”in heç bir zaman iman gətirmədiyini və fürsət axtardıqlarını buyurub. Həzrət Əlinin (ə) hökumətinə qarşı onların nümayiş etdirdiyi münasibətlər bütün bunların təsdiqləyicisidir. Peyğəmbər (s), ilahi bir ilhamla Müaviyənin daxili simasını tanımışdı. Hətta əhli-sünnənin rəvayətlərinə əsasən dəfələrlə Müaviyəyə lənət və nifrinlər etmiş, qiyamətdə onun qeyri-islami tayfalara mənsub olduğunu buyurmuşdu. Ona görə də həzrət Əlinin (ə) nəzərincə düşmən həmişə yaxındadır, münasib fürsət yaranan anda hücuma keçəcək.

Müqəddəslərdən alət kimi istifadə etmək.
Müqəddəsləri alətə çevirmək tarix boyu düşmənin öz hədəfi uğrunda istifadə etdiyi variantlardan biri olub. “Süffeyn” mühairbəsində Müaviyənin Qurandan istifadə etməsi, həzrətin tərəfdarlarını aldatmaq məqsədi daşıyırdı. Həzrət Əli (ə) bu fitnədən sonra Müaviyəyə yazmışdı: “Quran əhli olmadığın və onu oxumadığın halda məni Quran hökmlərinə (əməl etməyə) dəvət etdin.” Həzrət Əlinin (ə) nəzərincə xəvaric, dinin müqəddəsliklərinə quru etiqad bəsləyir, onun mahiyyətini anlamırdı. Düşmən də bu yanlış etiqadından yararlanıb onları həzrət Əlinin (ə) əleyhinə qiyama qaldırdı.

Haqq Yolu
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

NƏFSLƏ HEÇ VAXT SÜLH VƏ SAZİŞ ETMƏK OLMAZ (İslam)

Bismillahir- Rəhmanir- Rəhim. Bu gün bir çox insanların qəlbini bağlayan və bizləri cəhənnəmə sürükləyən "Nəfs" barədə danışmaq istəyirəm. Bəzən insanlar cəhənnəmin olduğunu çox kamil və qəti surətdə bildikləri halda yenə də nəfsin qulu olurlar. Amma bilmək lazımdır ki, nəfs bizim ən böyük düşmənimizdir. Daim əql ilə mübarizə aparır. O, şeytanın vəsvəsələrindən ilham alıb öz ordusu ilə əqlə hücum edir ki, onun nurunu söndürsün və ona qalib gəlsin. Əsas məqsədi də bundan ibarətdir ki, mələkləri nəfs ölkəsindən çıxarıb onu işğal etsin və kamil şəkildə şeytanların ixtiyarına versin. Çoxlu üzr gətirən və bəhanə axtaran bu düşməni məğlub etmək o qədər də asan iş deyildir. Bu iş üçün tam qətiyyətli olmaq, güclü müqavimət göstərmək, hətta cihad aparmaq belə lazım gəlir. Özü də bir- iki dəfə deyil, bir- iki gün, yaxud bir- iki il deyil, insan ömrünün axırına kimi davam etməli bir cihaddan, mübarizələrdən ibarətdir. Nəfsin və onun istəklərinin cilovlanması, qərizələrin nəzarət altına alınması üçün çox ciddi mübarizə aparmalıyıq. Peyğəmbər Rəsuli Əkrəmdən (s) və məsum İmamlardan və onların fərmanlarından ilham almalı, əqlə və onun qoşununa kömək etməli, nəfsani təcavüzlərin və yersiz əməllərin qarşısını almalı, müqavimət göstərib onun ordusunun kökünü kəsməliyik ki, əql bədən ölkəsinə hakim olsun, şəriət göstərişlərindən ilham almaqla bizi insaniyyətin kamal yolunda qərar versin, və Allah dərgahına yaxınlaşdırsın. Nəfslə heç vaxt sülh və saziş etmək olmaz və onu məğlub edincəyə qədər və öz yerinə oturduncaya qədər, həmişə onunla mübarizə aparmalıyıq ki, özünün hiyləgərlik işlərindən əl çəksin. Səadətə çatmaq üçün bundan başqa yol yoxdur. Buna görə də nəfslə mübarizə barəsində olan hədislərdə " Nəfs ilə cihad " ifadəsi gözə dəyir. Nümunə olaraq Əmirəlmöminin Əliyyibni Əbutalibin kəlamlarından sizlərə çatdırmaq istəyirəm. Həzrət buyurur " Cihadı davam etdirməklə öz nəfsinizə hakim kəsilin ". Yenə buyurur "Nəfsin istəklərinə, həvayi-nəfsə qalib gəlin və onunla mübarizə edin. Çünki əgər o sizi zəncirə çəkə bilsə həlakətin ən alçaq dərəcələrinə sürükləyəcəkdir ". Yenə buyurur " Aqil o kəsdir ki, öz nəfsi ilə mübarizədə olsun-cihadla məşğul olsun, onu islah etsin, həvəslərdən və ləzzətpərəstlikdən saxlasın, bunun vasitəsi ilə onu cilovlasın və öz nəzarəti altına salsın. Həqiqətən ağıllı və aqil insan öz nəfsinin islahı ilə o qədər məşğuldur ki, dünyaya, onda olanlara və dünya əhlinə diqqət yetirməz." Nəfs ilə cihad müqəddəratı həll edən mühüm bir mübarizədir. Belə ki, necə yaşamağımız, dünya və axirətdə necə olmağımız, hətta bizim nə olmağımız belə ona bağlıdır. Əgər biz cihadla nəfsimizi məğlub etməsək, onu cilovlamasaq o bizi məğlub edərək istədiyi tərəfə sürükləyəcəkdir. Əgər biz onu nəzarət altına almasaq, o bizi əsir və özünə qul edəcəkdir. Əgər biz onu gözəl əxlaqlara və gözəl davranışlara vadar etməsək o bizi çirkin işlərə və yaramaz hərəkətlərə vadar edəcəkdir. Deməli nəfs ilə cihad Allah dərgahına seyr edənlərin öhdəsinə qoyulan ən mühüm və çətin vəzifədir. İnsan bu yolda nə qədər qüvvə sərf etsə, yenə də dəyərlidir. Nəfslə cihadın çox çətin olmasına, müqavimət, səbr, ardıcıl nəzarət və ayıqlığı tələb etməsinə baxmayaraq hər bir halda mümkün və insanın səadəti üçün tam zəruri bir işdir. Əgər insan bu məqsədlə qəti bir qərara gəlib işə başlasa Allah tərəfindən də köməklər gələcəkdir. Müqəddəs Qurani Kərimdə Allah mütəal belə vəd verir " O kəslər ki, bizim yolumuzda cihad edərlər, biz onları öz yolumuza hidayət edib onlara yol göstərərik". Ümumiyyətlə cihad ilə nəfs eyni ilə silahlı cihad kimidir. Düşmənə nə qədər zərbə vurulsa və ordu vasitəsi ilə səngərlər nə qədər fəth edilsə düşmən də həmin miqdarda zəifləyəcək, cihad edənin ordusu bir o qədər güclənəcək və sonrakı zərbələrə, fəthlərə hazır olacaqdır. Elə isə ey əziz bacı və qardaşlarım. Sizi öz nəfsinizlə mübarizəyə, cihada səsləyirəm. Vallah bir addımımızı nəfs və yersiz istəklərimizə qoysaq, ikinci addım bizi Allahın rəhmətinə qovuşduracaqdır. Allah bizlərə elə iradə, elə güc versin ki, bütün ömrümüz boyu öz nəfsimizlə mübarizə aparanlardan olaq. Amin ya Rəbbəl Aləmin ! Nəzər Pənahlı
BİRLİK İnformasiya Agentliyi (www.birlik.az,
www.birlik.ws)
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

İmam Əli (ə)-ın siyasət haqqında hədisləri.

1.”Mülkün idarəçiliyi siyasətdir”.
2.”Başda oturanların bəlası siyasətdə acizlikdir”.
3.”Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb olar”.
4.”Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir”.
5.”Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək gözəl siyasət dir”.
6.” Pis tədbir görmək viran olmağın səbəbidir”.
7.”Siyasətin meyarı ədalətdir”.
8.”Mehribançiliq siyasətin başıdır”.
9.”Dözümlü olmaq siyasətin zinətidir”.
10.”Kim öz nəfsi ilə siyasət apararsa(onun ağası və rəhbəri olarsa)xalq üzərində də siyasət yürütmək məqamına çatar ”.
11.”Öz nəfsinizlə təqva ilə mübarizə aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin”.
12.”Hökmüdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl özü ilə siyasətlə davranmalıdır”.

aidp.azeriblog.com
Azərbaycan İslam Demokrat Partiyasının internet saytı.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Ərdoğan: "Niyə İsrailə olar, İrana yox?" (Türkiyə)


"Nə üçün nüvə silahına malik İsrailə heç kim xəbərdarlıq etmir, amma İrana qarşı bu qədər təzyiqlər var?".İslam-Azeri.az İnternet qəzetinin BBC-yə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Böyük Britaniyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib.Ərdoğan BBC-yə müsahibəsində deyib: "Hesab edirəm ki, dinc məqsədlərlə nüvə enerjisindən istifadə etmək İranın təbii haqqıdır. Nüvə silahına malik ölkələrin İrana "siz nüvə silahı istehsal edə bilməzsiniz" söyləməyə haqqları yoxdur".

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Quran və Əhlibeyt paralelləri (Dəyərlər)

Ayətullah Məkarim Şirazi deyir: “Məsumlar (ə) üçün möhtəşəm binaların inşa edilməsi - bu qəbir sahiblərinin məqamına göstərilən əzəmət və ehtiramdır. Bu məsələ isə Əhli-Beyt (ə) davamçılarının düşmənlərini incidir”.Ayətullah Məkarim-Şirazi bildirdi: “Əhli-Beyt (ə) üçün möhtəşəm binalar inşa etməklə zahiri əzəməti ilə onun həqiqi əzəmətinə qiymət verilər və dünyaya tanıdılar. Alimlər və filosoflar üçün möhtəşəm binaların inşa edilməsi elə bir işdir ki, bütün dünya edir. Bəqi qəbiristanlığında baş verən hadisə zalımlar vasitəsilə həyata keçirilmişdir. Ona görə də Bəqi qəbiristanlığında yatan Məsumların (ə) əzəmətini göstərə bilməmişik. Bəzi insanların: “Niyə Əhli-Beyt (ə) üçün zireh düzəldib, sonra da öpürsünüz?” sualına cavab olaraq, deyirik ki, İslam dünyasının hər yerində Quran üçün gözəl cildlər düzəldilir. Siz özünüz ona ehtiram göstərərək, öpürsünüz. Baxmayaraq ki, Qurani-Kərimin bu gözəl cildlərə ehtiyacı yoxdur. Ancaq onun zahiri gözəlliyi ilə daxili əzəmətini göstərmək istəyirik. Təkfirçilər Əhli-Beyt (ə) mədəniyyətinin inkişafından və bu məktəbin əzəmətindən narahat və əsəbi olurlar. Ona görə də Samirranı viran etdilər. Əgər bacarsaydılar, başqa qəbirləri də viran edərdilər. Ancaq bacarmırlar. Onlar Əhli-Beyt (ə) məkətəbinin əzəmətindən narahatdırlar. Gələcəkdə düşmənlərin gözünü kor edən daha möhtəşəm hərəmlər inşa edəcəyik. Və bu hərəmlərin inşası onlara əziyyət verir və narahatçılıqlarına səbəb olur. “Sonda bu mərcəyi-təqlid mərhum Ayətullah Ziyaləddin Ərakiyə ehtiram mərasiminin təşkil edilməsinə işarə edərək, buyurdu:”Bu böyük insan Nəcəf hövzəsinin müəllimi və mərcəyi təqlid idi”.

Dəyərlər
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

“TƏHLÜKƏLİ” SİLAH (Köşə yazarı)

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
H. Cavid

Xarici telekanalların birində sionoist rejiminin ölkədəki səfirindən müsahibə alan telejurnalist belə bir sual verir: “Sizin əsgərlər nədən əlində daşdan savayı bir silahı olmayan uşağa atəş açırlar? Bu işlərə necə haqq qazandırmaq olar?”. Bəli, sual hamının içini göynədən bir sualdır. Axı nədən bir neçə aylıq uşaq, südəmər körpə dünyanın kor olmuş gözləri önündə məhv olub getməlidir? Düzdür, bu sualın cavabını hərə özlüyündə verə bilər. Mən şəxsən bu sualın cavabını bu cür verərdim ki, bir toplumun ki, ərazisi qəsbi ola - təbii ki, onların orada etdikləri hər bir hərəkət, onların olmayan mənəviyyatlarında öz “müsbət” təsirlərini qoyur. Bu baxımdan zatı haramla yoğrulan toplum, təbii ki, bu cür cinayətlər törətməlidir. İmam Hüseyn (ə), onun moizəsinə səs-küy salaraq mane olmaq istəyən kufəlilərə: “Siz qarınlarınızı o qədər haram tikə ilə doldurmusunuz ki, sizə moizə təsir etməz”, - dedi. Elə o haram tikələrlə ətə-qana gəlmişlər də İmamlarının qatillərinə çevrildilər. Nə isə, məsələdən uzaq düşməyək. Görək bu sionist cəlladın cavabı nə oldu. İnandırım, onun cavabı düşündüklərinizdən tam fərqlidir. Zatları insanlıqdan fərqləndiyi kimi. Jurnalistin sualının cavabında: “Siz heç bilirsiniz ki, daş necə bir silahdır?”. Bəli, zalım, qaniçən düz deyir. Daş cox təhlükəli bir silahdır. Tarixdəki bir hadisə onları rahat buraxmır. O hadisə Davud peyğəmbərlə (ə) bağlı hadisədir. Zəmanəsinin ən son silahlarıyla silahlanan bir ordu ilə gələn sərkərdə meydana girərək Talut (ə) ordusundan igid döyüşçü tələb edirdi. Ordular üz-üzə idi. Amma Talut (ə) ordusundan bir nəfər də olsun cürət edib çıxan yox idi (tanış bir söhbətdir, elə deyil?). Davud (ə) ordu sıralarında deyildi. Qardaşının yanında dayanıb olanları seyr edirdi. Heç kəsin çıxmadığını görüb, çox israr edib meydana çıxır. Bir tərəfdə alnından başqa heç yeri açıq olmayan bir sərkərdə, digər tərəfdə isə əlində sapandan qeyri heç nəyi olmayan cavan bir oğlan (bəzi rəvayətlərdə lap kiçik olduğu qeyd olunub). Sərkərdə qarşısındakına baxıb istehza ilə gülməkdə ikən, Davud (ə) əlindəki sapanda bir daş qoyub atır sərkərdənin o açıq olan alnına. Qoşun bir də görür ki, sərkərdə baltalanmış ağac kimi yerə yıxılır. Bəli, o cür qeyri-bərabər döyüşün həllini bircə daş həll edir. Günümüzün zalımları və cinayətkarları hər əli sapandli fələstinli uşağı Davud (ə) misilli zənn edib, “fürsəti” əldən vermək istəmirlər. Onlar fələstinli uşağın əlindəki daşdan belə qorxurlar.

Mətləb Həmzəli
Dəyərlər.
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

İran Prezidentindən təklif (İran)

İran Prezidenti Mahmud Əhmədinejad İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna məktub yazaraq ona öz müavini vəzifəsinə İslam ölkələrindən ziyalı qadınlardan birinin seçilməsini təklif edib. Bu barədə Trend News İran Prezident Administrasiyasının rəsmi xəbər saytına istinadən məlumat yayıb.Əhmədinejad məktubda bildirib ki, İslam dini qadınlara və onların ictimaiyyətdə roluna böyük əhəmiyyət verir. "İKT-nin qadınların rolunun idarəetmədə artırılması məqsədi ilə verdiyi qərarını nəzərə alaraq, həmçinin onların İslam ictimaiyyətində vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təklif edirəm ki, öz müavinlərinizdən birinin yerinə İslam ölkələrindən olan ziyalı qadınlardan birini seçəsiniz", - məktubda deyilir."Sizin tərəfinizdən atılacaq addım İKT tərəfindən qadınların vəziyyətinin yaxşılaşdırılmasını dəstəkləyən bir addım olacaq", - Əhmədinejad qeyd edib.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

16 Mart 2010 Salı

“Ayətullah Xamenei İslam dünyasının iftixar qaynağıdır”

Tacikistanlı araşdırmaçı Nəzərov “Ayətullah Xamenei kimi bir şəxsiyyət, İslam dünyası üçün bir qürur və iftixar qaynağıdır” dedi. İsra.Az saytının Farsnyusa istinadlı xəbərinə əsasən, İranın Qum şəhərində təşkil edilən “Camiat-ul Mustafa əl-Aləmiyə” adlı qısa müddətli bir kursa qatılmaq üçün Tacikistandan gələn qrupa Başçılıq edən Dövlət Nəzərov, İslami İranla əlaqədar təəssüratlarını izah edəndə “İranda Ayətullah Seyid Əli Xamenei kimi bir dini rəhbərin olmağı bizim üçün də bir qürur və iftixar qaynağıdır” dedi.
Nəzərov həmçinin “Mərkəzi Asiya ölkələrində xalqların çoxu Sünni və Hənəfi məzhəbinə mənsubdur. Biz də Hənəfi olaraq, məzhəbimizin Həzrət Əli (ə) və Əhli Beytə (ə) bağlılıqları baxımından qabaqcıl olduğunu elan edirik” ifadəsini söyləyib, “Mərkəzi Asiya ölkələrində Hənəfi olan ailələr arasında hər uşaqdan ən az birinin adı Əli, Həsən və ya Hüseyndir” deyə əlavə etdi.
Nəzərov həmçinin “Avropada fərqli dinlər və məzhəblərin bir yerdə olmasına baxmayaraq, o ölkələr dünyəvi mənfəətlər uğruna birləşib tək bir güc ola biliblər” deyə xatırladıb, “Əgər İslami məzhəblərin alimləri, bir-birləriylə davamlı surətdə yaxşı əlaqədə olsalar, heç bir əcnəbi araya girib məzhəb qarşıdurması və ixtilaf yarada bilməz” deyə vurğuladı.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

13 Mart 2010 Cumartesi

Sionist: "Silahdaşlarım nasistdirlər" (Etiraf)

Qətərin "Əl-Cəzirə" telekanalı işğalçı İsrail ordusunun hərbçilərinin törətdikləri cinayətləri etiraf etdikləri kadrlar əks olunan videogörüntüləri nümayiş etdirib.İslam-Azeri.az İnternet qəzetinin ərəb KİV-inə istinadən verdiyi xəbərə görə, sözügedən material 1983-cü ildə lentə alınıb, lakin indiyə qədər heç vaxt geniş auditoriyaya təqdim edilməyib. "Əl-Cəzirə"nin tamaşaçıları fələstinli mücahidlər tərəfindən əsir götürülən sionist əsgərləri Yosef Qroff və Nissim Salemin etiraflarıyla tanış olublar.İsraillilər Səbra və Şatila qaçqınlar düşərgəsində sionistlərin törətdikləri kütləvi qırğınlar barəsində ifadə veriblər. Videogörüntülərdə Nissim Salem deyir: "Bizim bayrağımız - dənizdən dənizə dövlət anlamına gəlir. Amma mən dənizdən dənizə istəmirəm. Mənə Xolondakı evim yetər". O, bildirib ki, müharibə istəmir və SAXALdakı silahdaşları canidirlər. Nissim Salem deyib ki, Səbra və Şatilada baş verənləri eşidəndə göz yaşlarını saxlaya bilməyib."Səbra və Şatila qətliamını törədənləri necə adlandırmaq olar?" sualına isə sionist əsir belə cavab verir: "Nasistlər. Belə cinayətləri edən insan Hitler kimidir. Uşaqları qətlə yetirən - Hitlerdir. Hətta yəhudi olsa belə".Yosef Qroff və Nissim Salem 1982-ci ildə mücahidlər tərəfindən əsir götürülüblər, 1985-ci ildə isə fələstinli məhbuslarla dəyişdiriliblər. Bu məhbuslar arasında HƏMAS-ın banisi şeyx Əhməd Yasin də olub.Maraqlıdır ki, sözügedəq kadrlar "Əl-Cəzirə"nin efirində təqdim ediləndən sonra sionist rejim çox təşvişə düşüb. Çox düşündükdən sonra israilli qatillər bu etirafların ciddi təzyiqlər altında edilməsi yalanından daha yaxşı bir şey uydura bilməyiblər.

İslam-Azəri
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Əllamənin kəraməti (İslam)


Qurani-Kərimin böyük müfəssiri Əllamə seyyid Məhəmmədhüseyn Təbatəbai buyurur:İkinci dünya müharibəsi başlamazdan qabaq mən təhsil üçün Nəcəfin elmi hövzəsinə yollandım.Nəslimizin izzəti və şərəfi naminə aylıq tələbə hüququ üçün heç bir mərcəi-təqlidin təqaüd alan tələbələr siyahısına ad yazdırmadım. Dolanışığım üçün hər ay atam Təbrizdən pul göndərirdi.Atamın hər ay göndərdiyi pul mənim bir aylıq xərcimi təmin edirdi. Bircə, hərdən elə olurdu ki, pul gec çatırdı. Bunun da yolunu tapmışdım. Gedib dükançı və çörəkçi ilə danışmışdım ki, pul gələnə qədər lazım olan zəruri alış-verişi nisyə hesablasınlar, pul çatanda hamısını birdəfəlik ödəyim. Belə də edirdim.İkinci dünya müharibəsi başladı, get-gəl çətinləşdi. Neçə ay idi ki, pul gəlib çıxmamışdı. Qəssab, baqqal, çörəkçi, bir gün mənə dedilər: Ağa seyyid, sizin nisyə dəftərində hesabınız çoxalıb, artıq nisyə sata bilmərik; Keçmiş borclarınızı ödəyin, sonra yenə baxarıq.Borclu olmağımın xəcaləti bir tərəfdən, pulsuzluq da o biri tərəfdən məni yaman sıxırdı. Narahat oldum.Əli (ə)-ın hərəminə gedib imama təvəssül etdim və Allahdan bu müşkülümü həll etməsini xahiş etdim.Evə qayıtdım. Elə bu fikirləri zehnimdə götür-qoy edirdim ki, həyət qapısının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm başında papağı, çiynində əbası olan arıq bir seyyiddir.Salaməleyk edib, hal-əhval tutduqdan sonra mənə dedi: Seyyid Məhəmmədhüseyn! Allah sənə salam yetirir və deyir: İyirmi ildir ki, səni pulsuzluq fikrindən və qürbət qəmindən qoruyub saxlamışıq, bundan sonra da darda qoymarıq. Darıxma, bu həftə müşkülün həll olar.Dedim: Siz kimsiniz?Dedi: Mən Şah Vəliyəm. Bunu deyib gözlərimdən qeyb oldu. Evə qayıtdım. Fikir məni götürdü ki: “Allah sənə salam yetirir” nə deməkdir? Çox fikirləşdikdən sonra, nəhayət sualın cavabını tapdım. Rəvayətlərdə gözümə dəymişdi ki, hərdən Allah Cəbrayıl vasitəsilə Salmana, Əbuzərə və sairəyə salam yetirirdi.Öz-özümə dedim: Əgər doğrudan da bu həftə müşkülüm həll olsa, deməli bu qeybi bir müjdə olmalıdır.Qəribə də olsa iki gün sonra Təbrizdən bir-neçə nəfər sövdəgər, tacir Nəcəfə daxil oldu və atamın göndərdiyi dörd aylıq pulu mənə çatdırdılar.Bundan sonra zehnimdə yeni bir sual oyandı ki, iyirmi il hansıdır?Əgər yaşım nəzərdə tutulursa, sinnim iyirmi ildən olduqca çoxdur, əgər Nəcəfə gəldiyim tarix nəzərdə tutulursa, o da hələ iyirmi il olmayıb.Bu əndişədə götür-qoy edirkən, birdən sanki qəlbimə ilham edildi: İyirmi ildir ki, əmmamə qoyub ruhani libasını geyinmişəm. Sonra fikrimdə yeni bir sual baş qaldırdı ki, yaxşı, bəs bu Şah Vəli kim idi? Nə qədər fikirləşsəm də cavab tapa bilmədim. Kimdən soruşdumsa, sorağını verən olmadı. Artıq Nəcəfdən İrana qayıtmışdım. Təbrizdə olarkən şəhərin alimlərindən birinin evinə getdim. Orada olarkən həmin alimin kitabxanasına baxırdım ki, nəzərimi “Min məzar” adlı bir kitab cəlb etdi. Kitabı açıb vərəqlədim, gözümə “Şah Vəli məzarı” ünvanı sataşdı. Oxuyanda gördüm, məzar sahibinin bütün nişanələri mən gördüyüm Şah Vəlinin nişanələri ilə düz gəlir. Qəbrin ünvanını kitabdan götürüb, gedib onu Təbrizin qədim qəbristanlıqlarından birində tapdım. Qəbirin tarixinə nəzər saldım, gördüm təqribən 200 il bundan qabaq vəfat edibdir.

Dəyərlər
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

ƏXLAQSIZLIĞIN “ƏXLAQİ” ŞƏRTLƏRİ

Bu barədə mətbuat konfransı keçirən təşkilatçı şəxslər məlumat verib, bir də qeyd edirəm, təşkilatçı şəxslər, konkret olaraq təşkilatçı qurum və onların bu tədbiri keçirməsi üçün maliyyə, və onu haradan əldə etmələri açıqlanmır. Yenə də smslər böyük maliyyələri ört-basdır edəcək. Mən də nə qoyub, nə axtarıram, məgər dini tədbirdir ki, hüquq-mühafizə orqanları dərhal onun maliyyə mənbəyini, kökünü araşdırıb, casus axtarışına çıxsınlar?! Bunu sadəcə elə-belə qeyd etdim, maliyyə haqda danışmayacağam, danışsam gərək büdcə təşkilatında işləyən, maaşla dolanan məmurların bahalı ev və villalarının maliyyəsindən, adi sahə müvəkkilinin vəzifəyə təyin olandan bir neçə ay sonra bahalı xarici maşın almasından, dövlət adamları, onların yaxınlarının ölkə daxilində və xaricdəki dəbdəbəli həyatlarından, villalarından da danışım. Bu məqalənin mövzusu o deyil, gözəllik müsabiqəsinin maliyyəsini də söhbət əsnası elə-belə qeyd etdim. Bu ümumiyətlə sirr də deyil, artıq bütün bəşəriyyətə bəllidir ki dünyada fəsadı, əxlaqsızlığı, mənəviyyatsızlığı, pozğunluğu yayanların başında heç şübhəsiz ya ABŞ, ya İsrail, ya da Böyük Britaniya- onlara bağlı qurumlar durur. Bu isbata ehtiyacı olmayan bir məsələdir, suyun yaşlığının, piyin yağlılığının, duzun şorluğunun istidlala, araşdrmaya ehtiyacı olmadığı kimi bu məsələnin də bunlara ehtiyacı yoxdur.Gözəllik müsabiqəsinin yeni elanı ilə bağlı xəbəri oxuyanda həmişəki kimi çox narahat oldum. Vaxtilə, daha dəqiq doxsanıncı illərin əvvəllərində ölkəmizdə ilk gözəllik yarışmalarına etiraz edən, aksiya keçirən və bəzi vaxtlarda məqsədinə nail olan dindarlar arasında olmağım məni bir anlıq da olsa nastalji hisslərə qapatdı. Bunu da deyim mən qızlar və ya qadınlar arasında gözəllik yarışmasının keçirilməsinin əleyhinə deyiləm, çox gözəl olar ki, bu müsabiqə qız və qadınlarımızın aşbazlıq, dərzilik, ilk tibbi yardım, ailə, övlad tərbiyəsi, bilik, idarəçilik, psixologiya, tarix, ev bəzəmək, süfrə bəzəmək, yaradıcılıq və sair bu kimi qadınlara xas olan mövzularda keçirilsin, bu mövzulara uyğun müsabiqədə birinci yeri tutan qadın, əsl Azərbaycanlı qadını olar. Bu sahələrdə gözəllik müsabiqəsi keçirilməsini iki əlli dəstəkləyirəm. Amma bu gün dünyada “gözəllik müsabiqəsi” adı altında əsl əxlaqsızlıq, mənəviyyatsızlıq, pozğunluq və fəsada bir yol açılır. Əgər ABŞ və sionistlərdən qorxmurlarsa gözəllik müsabiqəsindən ağız dolusu yazan KİV-lər xalq arasında sorğu keçirsinlər, görək deputatlardan, məmurlardan tutmuş “Torqovı”da “semiçka” satan Nərgiz xalaya qədər hansı Azərbaycan valideyni öz övladının çılpaq və ya yarıçılpaq halda camaatın qarşısına çıxıb öz bədənni nümayiş etdirməsinə razılıq verər. Məlumat verilsin ki, indiyə qədər Azərbaycanda keçirilən gözəllik müsabiqəsinin finalının iştirakçılarının sonrakı həyatı necə olub?! İştirakçı qızların ailələri haqqında, onların etnik mənsubiyyətləri, indiyə qədərki həyat tərzləri və kimlər tərəfindən bu müsabiqəyə cəlb olunduqları haqda məlumat verilsin. Bu qızlar müsabiqədən sonra ya kimlərinsə əyləncə və ya biznes və ya reklam xidmətçisinə çevrilib bir alət kimi istifadə olunurlar, ya da sonradan tüfeyli həyat sürməyə məhkum olurlar. Bu sirr deyil ki bu qızların səs-sorağı başqa yerlərdən gəlir. Əsl araşdırılmalı məsələ bunlardır.Bu yazıda bunu da araşdırmaq istəmirdim, bunları da söz gəlişi xatırlatdım, mənim sözüm bu əxlaqsızlıqda “əxlaqi” dəyərlər axtaranlar, bu pozğunluğa “əxlaqı” şərt qoyanlardır. Müsabiqəyə 18-25 yaş arası, boyu 170 sm-dən az olmayan qızlar müraciət edə bilər, ərdə olan və ya boşanmış qadınlar müsabiqədə iştirak edə bilməz. Bundan əlavə bədənində tatu və ya döymə olan qızlar da yarışa buraxılmır, ən əsası isə pornoqrafik mahiyyətli şəkilləri və video görüntüləri aşkarlanan iştirakşılar da yarışda iştirak edə bilməz, əgər bunu gizlətsələr və sonradan aşkar olunsa həmin iştirakçı yarışdan kənarlaşdırılacaq. Zahirdə əxlaqsızlığın içərisində əxlaqi şərtlər kimi görünən bu qeydlər əslində gələcək əxlaqsızlığın başlanğıcıdır. Çünki sponsorlar qeyd olunan şərtlərlə qızları istəmirlər, onlara tatunu da, döyməni də, onların pornoqrafik görüntülərini də sonradan yaradacaqlar, özləri bildiyi və istədiyi kimi. Onların “ərlərini” də sponsorlar təşkil edəcəklər. Bu sadəcə bir xatırlatma idi, dedim bu şərtləri oxuyanlar birdən gözəllik müsabiqəsi təşkilatçılarının gözəl “əxlaqi” şərtlərinə aldanarlar. Amma inanmıram, çünki xalqımızın ayıq-sayıqlığını özüm müşahidə etmişəm. Xahiş edirəm “mənə geridə qalmış” deməyin, amma əgər qabağa getmək belə gözəllik müsabiqələriylədirsə, ziyarətinə polisin qorxusundan gedə bilmədiyim atamın qəbrinə and olsun, onda, mən elə geridə qalsam yaxşıdı!..

Hacı Namiq Babaxan
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

11 Mart 2010 Perşembe

“AZADLIQ” BLOKU İLHAM ƏLİYEVİ İSTEFAYA ÇAĞIRDI (Maraqlı)


«Ölkədəki korrupsiya piramidasının başında prezident dayanır»“Azadlıq” bloku “The Washington Post” qəzetinin Azərbaycan hakimiyyətini ifşa edən məqaləsi ilə bağlı bəyanat qəbul edib. Sənəddə deyilir:“The Washington Post” qəzetində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın dövlət başçısı Ilham Əliyevin övladlarının adına 75 milyon dollarlıq malikanələrin alınması ilə bağlı məqalə dərc olunub. Bu məqalə beynəlxalq səviyyədə böyük rezonans doğurub, dünyanın nüfuzlu nəşrləri bu məsələyə xüsusi diqqət yetiriblər. Lakin məqalənin dərcindən xeyli müddət keçməsinə, həmçinin yazıda yer alan məlumatların ölkə daxilində və beynəlxalq səviyyədə böyük rezonans doğurmasına baxmayaraq, bu günə qədər nə Ilham Əliyev, nə də hakimiyyət orqanları məsələyə rəsmi münasibət bildirib.“The Washington Post” kimi beynəlxalq səviyyədə çox nüfuzlu qəzet sayılan bir nəşrdə dövlət başçısı ilə bağlı belə bir məqalənin dərci haqlı olaraq Azərbaycan cəmiyyətində də çox böyük marağa səbəb olub. Cəmiyyət şəxsən Ilham Əliyevdən qəzetdə onun övladlarının adına Dubayda 75 milyon dollarlıq mülklərin alınmasıyla bağlı fakta münasibət bildirməsini gözləməkdədir. Lakin Ilham Əliyevin indiyədək susması onun cəmiyyətə bu barədə izahat vermək istəmədiyini və məqalədə yer almış faktları təkzib edə bilmədiyini göstərir.“Azadlıq” bloku bildirir ki, bu məqalədə yer almış faktlar Azərbaycan dövlətinin imicinə beynəlxalq səviyyədə çox böyük zərbə vurur. Eyni zamanda həmin faktlar Ilham Əliyevin ölkədəki korrupsiya piramidasının başında durduğunu təsdiq edir. Ilham Əliyevin məsələyə münasibət bildirməməsi və faktla bağlı beynəlxalq məhkəməyə müraciət etməməsi da sübut edir ki, “The Washington Post”da yazılanlar həqiqətdir və ölkənin sərvətləri Əliyevlər ailəsi tərfindən talan edilərək mənimsənilməkdədir. Bu fakt həmçinin Azərbaycanda korrupsiyanın ayrı-ayrı dövlət məmurlarının özfəaliyyəti olmadığını, Ilham Əliyevin başçılığı ilə dövlət siyasətinə çevrildiyini göstərir.“Azadlıq” bloku bəyan edir ki, məqalədə göstərilən faktlar həqiqəti əks etdirmirsə, o zaman Ilham Əliyev bu məsələdə həqiqətin üzə çıxarılması üçün beynəlxalq məhkəməyə müraciət etməlidir. Eyni zamanda blok bildirir ki, “The Washington Post”dakı məqalə ilə bağlı Ilham Əliyevin bu günədək xalqa heç bir məlumat və izahat verməməsi, beynəlxalq məhkəməyə müraciət etməməsi onun haqqında yazılan faktlarla razılaşdığını göstərir. Bütün bunları əsas götürərək, “Azadlıq” bloku Ilham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən istefa verməsini tələb edir”.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

10 Mart 2010 Çarşamba

TƏBRİZDƏ ALTIMIŞA YAXIN QƏZET NƏŞR OLUNUR, BU QƏZETLƏRİN TƏQRİBƏN HAMISI İKİ DİLDƏ AZƏRBAYCAN VƏ FARS DİLLƏRİNDƏ ÇIXIR ("Birlik" qəzetindən)

Qədim Təbrizdə 60-a yaxın qəzet nəşr olunur. Maraqlı burasıdır ki, İran qanunlarına əsasən, qəzet cəmi bir dəfə müəyyən səbəblərdən çıxmaya bilər, əgər bu hal ikinci dəfə də təkrar olunsa həmin qəzetin dövlət tərəfindən qeydiyyatı dayandırılır və nəşr oluna bilmir. Beləki İranda qeydiyyatdan keçib amma çap olunmalarında uzun fasilə buraxan qəzetlərin lisenziyası dayandırılır. Bu barədə birlik.az Təbriz qəzetlərinə istinadən xəbər verir.Daha bir maraqlı məqam burasıdır ki, İslam düşmənlərinin dediklərinin əksinə olaraq Təbrizdə nəşr olunan altımışa yaxın qəzetin əksəriyyəti Azərbaycan və Fars dillərində çıxır. Ən azından hər qəzetin Azərbaycan dilli bir və ya iki səhifəsi var. Azərbaycan dilli səhifələr qədim Azərbaycan əıifbası olan əski - ərəb əlifbası ilə çıxır. Təbrizdə çıxan qəzetlərin ölkənin bütün regionlarında oxucaları olduğu üçün qəzetlərin səhifələrinin bir neçəsi Azərbaycan, bir neçəsi isə Fars dilində çıxır. Təbriz qəzetçiləri birlik.az-a bildiriblər ki, qəzetin hansı dildə çıxması qəzet rəhbərliyinin öz səlahiyyətlərinə aiddir, sadəcə qəzet əgər bütün İranda yayılmaq və daha geniş oxucu kütləsi əldə etmək istəyirsə fars dilində çıxmaqla buna nail olur, çünki İran çox milətli dövlətdir, azərbaycanlılar yaşamayan əyalətrlərdə qəzetin oxucu kütləsini əldə etmək üçün mütləq hamının bildiyi fars dilində də səhifələrin olması zəruridir. Əlbəttə qədim Təbrizdə tam Azərbaycan dilində və tam Fars dilində, tam İngilis dilində və tam Ərəb dilində çixan nəşrlərin sayı az olsa da vardır. Hətta Azərbaycan dilində - latın əlifbası ilə çıxan nəşriyyə də vardır. Təbrizdə elə bir qəzet yoxdur ki, İranın bütün əyalətlərindən ən azından abunəçisi olmasın. İranda qəzetlərin yayımında İran Poçt Xidməti də əsas rol oynayır. Cənubi Azərbaycanın KİV-ləri barəsində ayrı-ayrılıqda məlumatlar verəcəyik, inşaəllah.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

“Dünya azərbaycanlilarinin iftixari, Həzrət Ayətullahil-üzma Seyyid Əli Hüseyni Xameneyidir” (Münasibət)



Son cümə namazları xütbələrində Ərdəbil Əyalətinin mərkəzi olan Ərdəbil şəhərinin imam cüməsi və ali-dini lider Ayətullah Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Həzrət Ayətullah Seyyid Həsən Amili Xocalı Faciəsini qeyd edib, erməniləri törətdikləri cinayətə görə kəskin tənqid edib.O Dünya Azərbaycanlıları Konqresinə də müraciət edərək bildirib ki, onların dünya azərbaycanlıları adından danışmağa haqqı yoxdur. Ayətullahın sözünü cümə namazında iştirak edən azərbaycanlılar təkbir deməklə dəstəkləyiblər. İmam Cümə daha sonra bildirib ki, dünya azərbaycanlilarinin iftixari, Həzrət Ayətullah əl-üzma Seyyid Əli Hüseyni Xameneyidir”

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

8 MART- BAYRAM VƏ YA ETİRAZ GÜNÜ (Təhlil)


8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi günü kimi qəbul edilir. Bunu qadınların kişilərlə bərabərhüquqlu olmalarından ötrü etdiyi mübarizənin ilk başlanğıcı kimi də qəbul edirlər. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırılır. 1975-ci il, dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq qeyd etdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.Bu günün, yəni 8 martın Beynəlxalq Qadınlar Günü olmasına səbəb olan başqa hadisələr də var, tarixi ardıcıllıqla onları sadalayıram, bəzilərini ardıcıllığa görə təkrarən bir də sadalayacağam, diqqət edin: 1857-ci ildə Nyu-Yorkda qadınlar 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izn verməyərək nümayişi dağıtdı. 1908-ci ildə yenə də Nyu-Yorkda 15000 qadın daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi . Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. 1909-cu ildə Avropadaki qadınlar Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi. 1910-cu ildə Clara Zetkin adlı alman sosialist qadın, Qadın Sosialist İnternasionalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. 1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi. 1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı “çörək və sülh” adlı nümayiş keçirdilər. 8 Martda olan bu tətil daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı. 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi. Bunlar 8 martın tarixi haqqında olan, demək olar, əsas məlumatlardır.8 mart günü beynəlxalq qadınlar bayramı kimi qeyd olunur, sadəcə buna diqqət edək ki, bu gün dünyada, xüsusilə Amerika və Avropa ölkələrində qadın hələ də biznes, reklam və əyləncə obyekti kimi istifadə olunur. Çox təəssüf ki, qadınlar bəlkə də özləri də bilmədən bu istiqamətlərdə bir alətə çevriliblər və bu da bir hüquq pozuntusu, qeyri-bərabərlik və azadlıqlardan məhrum edilmədir. Yaxşı olardı ki, 8 mart onun yaranma tarixinə diqqət edilərək dünyada, əsasən Amerika və Avropada qadınların hələ də bərpa olunmayan hüquqlarının, azadlıqlarının və bərabərliyinin bərpa olunmasına çağırış günü kimi qeyd olunsun. Bu gün qadınlar orta əsrlər və hətta ibtidai dövrlərdə olduğu kimi müxtəlif sahələrdə yenə də kişilərin, işbazların və digər ünsürlərin əlində bir alətdir və başqasının biznes, reklam işlərində və ya əyləncəsində bir vasitə kimi istifadə olunur. Qadınların hüquqları, azadlıqları və kişilərlə bərabərliyi tam pozulur. Bu gün qadın hüququndan danışılan Qərb və Amerikada da bu belədir. Çox təəssüf ki, bizim ölkəmizdə də- Amerika və Qərbə qeyri-təbii formada meyllənmə olduğu üçün- kifayət qədər belə hallar var. Azyaşlıların erkən nikahından danışılır, amma azyaşlıların əxlaqsızlıq yuvalarında səhərə qədər meşşan vaxt keçirməsindən, mənəviyyatsızlığından və əxlaqsızlığından heç söhbət belə etmirlər. Ümumiyyətlə isə qadınların bu gün o qədər problemləri var ki, 8 mart- məhz bu günün yaranma tarixinə diqqət etsək- belə problemlərin həllinə yönəlməlidir. 8 mart bayram yox, tarix boyu və bu gün də davam edən qadınlara olan zülm və haqsızlığa etiraz günü olmalıdır. Çünki bu gün tarixə düşəndən indiyə qədər qadınların problemləri qalmaqdadır, məgər o problemlər həll oldu ki, qadınlar həmin günü bayram edirlər? Hər halda bu gündə bayramlıq heç nə yoxdur. Qadınları hər cür istismara məruz qoyanlar bu günü onlar üçün bayram qərar veriblər. Əgər qadınlar bayram keçirmək istəyirsə (və təbiidir ki, onlar bunu istəyirlər, buna layiqdirlər) bu, dünya xanımlarının xanımı Peyğəmbərimizin qızı Fatimeyi Zəhranın doğum günüdür. Xanımlar üçün qadınlara, hətta kişilərə belə örnək olan bir qadının dünyaya gəlməsindən sevimli, şad və sevinc bəxşedən heç nə ola bilməz. Qadınlara qarşı aparılan istismar siyasəti, əsasən Amerika və Qərb dövlətlərində hələ də davam edir. Zaman-zaman qadınların bir alət olaraq istifadə edilməsinin zahiri görünüşü-forması- dəyişib, zülm və haqsızlıq elə olduğu kimi qalıb. 8 mart qadınların onlara qarşı yönələn zülmə və haqsızlığa etiraz günü kimi qeyd olunmalıdır. 8 martı qadınlar üçün bayram günü elan etməklə qadınlara olan zülm və haqsızlığı pərdələdilər, mən dünya qadınlarını məhz 8 mart günündə bu günün yaradıcıları olan tarixi qadınlar kimi olmağa çağırıram, bu gün - 8 mart- bayram yox, qadınların onlara olan zülmlərə etirazı günüdür.

Hacı Namiq Babaxan
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Qulaqburması (Köşə yazısı)


Qulaq insan orqanizminin eşidən üzvüdür. Əlbəttə, bu müddəanın şərhə ehtiyacı yoxdur. Qulağın vəzifəsi haqqı eşitmək və qəlbən ona iman gətirməkdir. Bəzən qulaq batil də eşidə bilər, amma gərəkdir ki, bu batil, əqidəsinə təsir etməsin. Çox belə şeylər eşidirik – İslamo-faşizm, antisemitizm və s. Əlbəttə ki, İslamı faşizmlə əlaqələndirənlərin özləri faşist və nasistirlər. Antisemitizm də İsrail rejiminin özününküləşdirərək istifadə etdiyi termindir ki, əvvəllər bunun batil olmasını dəfələrlə şərh etmişik. Lakin bəzən gözəl sözlərdən istifadə edərək xalqı azdırırlar. Mənim bu gün toxunmaq istədiyim də məhz bu məsələdir. Məsələn: “Bu gün İmam Sadiq dövrüdür, məscidlər sökülsə belə etiraz etmək səhvdir”. Və ya: “Maarriflənmə dövrüdür, şüar vermək zamanı deyil” və s. Bəli, biz də bu cümlələrin əvvəlini qismən qəbul edirik, amma...“Amma”sı budur ki, “sözü deyərkən kimlərinsə bostanına daş atılması mömin qardaşlara xəyanət deyilmi?” sualı ortaya gəlir. Və yaxud tarixdə İmam Sadiq (ə)-ın qapısı yandırılmasından niyə danışmırsız? , ey bu misalları tez-tez bizlərə xatırladanlar, qapınız bir dəfə olsun yandırıldımı? Və ya “maarif” deyəndə maaarifin içində nəhyəzmünkəri yaddan çıxardınızmı? Allah evinin dağıdılması, hicabla pasportların alınmasındakı əngəl, azan qadağasına cəhd, lap elə möminlərə böhtan, onların qeybəti, məscid bağlananda sevinmək - bunlar balaca işlər deyil axı! Bu pis işləri həyata keçirənlərə bu işin pisliyini başa saldınızmı? Bəzən gündəmdə qalmaq və özünü söz sahibi kimi cəmiyyətə sırımaq istəyənlər də tapılır. Böyük təşkilatları hədəfə alır, onların səhv yolda olduğunu bildirir. Belələri “sapı özümüzdən olan balta”lardan heç də fərqlənmir. Çünki qızıl breloklu bu hacılar nə qədər özlərini böyük şəxsiyyət göstərmək istəsələr də, əslində dünya malına necə aldandıqları göz qabağındadır. Möminlərə “uşaq, elmsiz” və s. adı qoyanda özlərinin uşaq olmalarını niyə anlamadılar? Axı Quran dünyanı oyun-oyuncaq adlandırır, bu baxımdan “mənim maşınım, mənim cariyəm, mənim ayaqqabım” sözləri uşaqlıq deyilmi? Və ya kiməsə “elmsiz” adı qoyanda bu sözlərin təkəbbürdən irəli gəlməsini niyə düşünmürlər? Axı elmi çox olanın təvazösü də çox olmalıdır. Elm təvazökarlıqla düz müntanasiblik təşkil edir axı! Məgər insanı təkəbbürlü olmaqdan çəkindirən elm deyil? Və ya Şeytanın təkəbbür etdiyinə görə Allahın dərgahından qovulmasını bu “elmli” şəxslər bilmirlər?Arada dedi-qodu edənlərə də rast gəlirik. Qulaqlarımız birbaşa eşidir, “çerez-çerez” yox. “Filankəslər” belə eləməsəydilər, əllərində olanı itirməzdilər. Bir neçə il əvvəl haqq sözü dediyinə görə yaxından tanıdığımız qardaşlardan birini hədəfə alanlar, indi bu “filankəslər”i hədəfə alıblar. Ancaq bizim nəzərimizdə haqqı deyib nəyisə itirmək, susub çayxana və saunaların “daimi klienti” olmaqdan daha yaxşıdır. O qardaş kimi təqdim etdiyimiz isə çox keçmədi ki, “filan yerin” bağlanmasına sevinənləri məyus etdi. Ey indi “sevincək düşənlər”! Çox keçməz ki, nəzərinizdə “əllərində olanı itirənlər” sizi yenə məyus edərlər. Bir də ki, unutmayın: bu dünyada hər nə olursa, Allahdan xəbərsiz olmur. Bu dünya bir sınaqdır. Kimi sınaq anında qızıl breloku seçir, kimi də “Allaha təvəkkül” deyib Quran, Peyğəmbər (s) və Əhli-Beytin (ə) göstərişlərinə əməl edir, sonrasını isə Allaha buraxır...Deyəsən, çox üstü örtülü danışdım. Nə isə. Qulağınızı çalışın heç kimin əlinə verməyin. Yavaş-yavaş burub əyri edərlər. “Əyri qulaq”lar isə hər şeyi əyri eşidər, möminlər arasında fitnə salarlar. Allah bizi hər şeyi əyri eşidənlərin şərindən qorusun!

Ramin Bayramov
İslam-Azeri.az internet qəzetinin baş redaktoru
"İslam-Azeri" qəzeti
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com


Bundan da ibrətamiz? "Kökə və qamçı"nı unutma... ("Soyqırım")

Qondarma soyqırım probleminin Qərb dünyası üçün şantaj elementi olması bir daha özünü biruzə verdi. Dünən Birləşmiş Ştatlar Koqresininin alt komitəsində keçirilmiş səsvermənin nəticələri göstərir ki, lobbiçiliklə məşğul olan qüvvələr öz mənfəətlərini əldən verməməklə yanaşı yeni münəqişələr üçün zəmin yaradırlar. Bu gələcək üçün yaxşı heç bir şey vəd etmir. Birləşmiş Ştatlar Konqresinin qurumları son illər ərzində prinsipial məsələlərlə bağlı bir neçə dəfə reallıqların tələbinə cavab verməyən qərarlar qəbul ediblər. Bu qəbildən olan səsvermə nəticələri daim beynəlxalq mühiti gərginləşdirib ki, sabitləşdirməyib. Ədalət və məntiq çərçivəsinə sığmayan qərarların bir qayəsi var – bu da «Kökə və qamçı» siyasətini qüvvədə saxlamaqdır. Amma indiki mühitdə belə yanaşmanın ikibaşlı olması ilk baxışdan gözə çarpır. Elə bu Yaxın Şərqdə, Sudanda, Balkanlarda və digər bölgələrdə öz təsdiqini tapır. MBD məkanı da sözügedən kontekstdə istisna təşkil etmir. Qarabağ probleminin özəlliklərinə kökləndikdə böyük dövlətlərin açıq-aydın riyakar və analşılmaz öyunbazlıqla məşğul olmaları üzə çıxır. İşğalçı Ermənistana daim şans və əlavə imkanlar yaradan Amerika Konqresi, digər dövlətlərin aparıcı qüvvələri problemin həllinə deyil, təhlükə mənbələrinin güclənməsinə əməli şərait yaradırlar. Heç kəsdə şübhə ola bilməz ki, Qarabağda separatçı rejimi cilovlamaq üçün ən sabit yol həm Ermənistanın, həm də qiyamçıların at oynatdığı bölgədə hərbi resursdan təcrid etməkdir. Bunu okeanın o tərəfində yaxşı bilsələr də, 8 milyonluq ünvanlı yardım erməni separatçılarına, necə deyərlər, əlbəəl çatdırılır… Dörd tərəfini ərazi iddialarıyla hədələyən Ermənistanı beynəlxalq hüquqa tuşlamaq, anneksiya siyasətindən uzaqlaşdırmaq lazım gələndə, özlərini demokratiya öncülü sayan dövlətlər təmbehedici tədbirlər əvəzəinə yeni dəhlizlər verməyə çalışırlar. Elə bu günlərdə Gürcüstan-Ermənistan sərhəddində açılmış Yuxarı Lars keçid məntəqəsinin istifadəyə verilməsi bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Artıq heç kəsdə şübhə yoxdur Ki, bu məntəqə gürcülərin deyil, ermənilərin xeyrinə açılıb. Gürcüstan rəhbərliyi buna razılıq vermək isəmədiyi halda Amerikanın səlahiyyətli dairələri rəsmi Tbiliysiyə təzyiq göstərməklə zorla Rusiya qapısını açdırdılar. Ermənistan üçün bu sözün əsl mənasında həyat əhəmiyyətli yoldur. Artıq erməni mənbələri dəqiq hesablayıblar ki, Yuxarı Lars keçid məntəqəsinin istifadəsi 53 faizə qədər daşımaların ucuzlaşmasının təmin edəcək. Nəhayət, daha bir dırnaqarası məhsuldar gediş – qondarma soyqırıma və eləcə də yeni təcavüzkar planlara qol-qanad verə biləcək siyasi sənədə «Hə» cavabının verilməsi. Sözdə bu avantüraya yaşıl işıq yandıran lobbistlər həqiqətə deyil, tarixi yalana, yeni təhlükələrə, iddialara yol açmış olurlar. Onların arzusu hərbi forposta çevrilmiş Ermənitsan dövlətini ətrafla sülh şəraitində darvanmağa deyil, yeni təcavüzləri həyata keçirməyə sövq edəcək. Artıq 100 ildir Ki, erməni etnosu sülh haqqında deyil, istilalar eşqi ilə yaşaşyır. Belə olan halda bu milləti ruhlandıranlar fikirləşirlər ki, nə edirlər? 100 il əvvəl buna bənzər avantüra tək ermənilərin başında deyil, onların ahavadarlaının başında çatladı. Bu dəfə də belə olacaq, tarix təkrar olacaq. Başqa variantın olması mükünsüxdür, çünki güc dəliqanlı əlinə verildikdə, fəsadlar qaçılmazdır.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Bakının 10 məktəb direktoru işdən çıxarıldı (Tədbir)

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə bu ilin yanvar-fevral ayları ərzində 143 müraciət daxil olub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.Qəbul edilən müraciətlərin 36-sı telefonla, 107-si elektron poçtla göndərilib.Müraciətlərin 55 faizi sorğu və məlumat xarakterlidir. Ümumtəhsil məktəblərində IX və XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda müraciətlər ümumi sorğuların 43 faizini təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub.Müraciətlərin 45 faizi məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə bağlıdır. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar müraciətlərdə Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi müəssisələrə uşaqların qəbulu, binaların istilik təchizatı, sanitar-gigiyenik baxımdan yol verilmiş nöqsanlardan bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.“Qaynar xətt” xidmətinə ümumtəhsil məktəbləri ilə əlaqədar 46 müraciət daxil olub. Bu müraciətlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən, Şəki, Abşeron, Tərtər, Xaçmaz, Qazax, Şamaxı, Gədəbəy, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Goranboy, Yevlax, Balakən, Ağdam rayonlarından qeydə alınıb. Müraciətlərdə məktəblərin istiliklə təminatı, bir sıra müəllimlərin tədris prosesində, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb.Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və aparılmış ümumi monitorinqlər nəticəsində yol verdikləri nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 nömrəli məktəblər) direktoru vəzifəsindən azad edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 94 və 270 nömrəli məktəblər) töhmət verilib.Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 18 dekabr 2009-cu il tarixli, 1387 saylı əmrinə uyğun olaraq qış imtahan sessiyası müddətində ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər operativ şəkildə araşdırmaya yönəldilib.Bu ilin yanvar-fevral ayları ərzində nazirliyin “Qaynar xətt” xidmətinə ali təhsil müəssisələri ilə bağlı 38 müraciət daxil olub ki, bu da ümumi müraciətlərin 26,6 faizini təşkil edir. Müraciətlərin 14-ü imtahanların gedişində baş verənlər, 5-i diplomların verilməsində ləngimə, 3-ü ödəniş haqqı, 3-ü kredit sistemi ilə qiymətləndirmə, 3-ü özəl ali məktəblərdə diplom üçün ödəniş tələb edilməsi barədə, digərləri isə sorğu xarakterli olub.2010-cu ilin mart ayının ilk 5 günü ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 200-dək müraciət daxil olub. Onlardan 100-ü anonimdir.Bununla əlaqədar Təhsil Nazirliyində yaradılmış Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun martın 3-də iclası keçirilib, bu müraciətlərin ən qısa müddətdə araşdırılması üçün tədbirlər görülüb. Anonim olmasına baxmayaraq müraciətlərdə göstərilən məktəblərdə monitorinqlər təşkil olunub, şagird və müəllimlər arasında maarifləndirmə işi aparılıb.Təhsil Nazirliyinin “Qaynar xətt” telefonları 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az

Dəyərlər

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçil
ərin saytıvehdet.blogspot.com

7 Mart 2010 Pazar

Dubayda 3 Əliyevin 75 milyonluq mülkü (Korrupsiya)


Məqalə «The Washington Post» qəzetinin 5 mart 2010-cu il nömrəsində çıxıb. Məqalənin müəllifi Endyu Xiqqinsdir. (İxtisarla)«Hətta israfçı şəhərin ölçülərinə görə də alışın həcmi əzəmətli olub: ötən il Azərbaycandan olan 11 yaşlı oğlan dəniz sahilində 9 mülkün sahibinə çevrilib.

1 AZƏRBAYCANLININ 10 MİN İLLİK ƏMƏK HAQQI
Mülkün ümumi dəyəri təxminən 44 milyon dollardır – bu, orta Azərbaycan vətəndaşının 10 min illik əmək haqqı deməkdir. Ancaq belə görünür ki, Dubayın ən bahalı mülklərinin bir hissəsinin sahibi olan bu oğlan orta səviyyəli Azərbaycan vətəndaşı deyil.Dubay Torpaq Departamentinin məlumatına görə, bu...Heydər Əliyevdir, Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin eyni adlı oğlu kimi. Mülkiyyətçinin doğum günü də prezidentin oğlu ilə eyni günə təsadüf edir.Bakıdakı rəsmilər prezidentin oğlunun və yaxud eyni adlı və doğum günlü Azərbaycan məktəblisinin Palm Jumeirahda - multimilyonçu Britaniya futbolçularının və digər pullu adamları ilə tanınan bir yerdə bahalı mülklərin sahibinə necə çevrildiyi barədə şərh verməkdən imtina ediblər.

İLHAM ƏLİYEVİN MAAŞINA DUBAYDA MÜLK YOXDUR
Palm Jumeirah adasında Əliyevlərin sahil boyunca 9 mülkü varİlham Əliyevin prezident kimi illik maaşı 228 min dollardır. Bu məbləğ Dubayda hətta ən kiçik mülk almağa belə çatmır.Prezidentin sözçüsü Azər Qasımov Dubayda alınan mülkü müzakirə etməkdən imtina edib.«Mən heç nəyi şərh edə bilmərəm. Mən bu söhbəti dayandırıram. Sağ olun» – Dubayın Torpaq Departamentinin məlumatlarında qeyd olunan mülkiyyətçinin adını eşidən zaman Qasımovun cavabı belə olub.Qasımov sonradan faks, elektron poçt və SMS-lərə də şərh verməyib.Dubayda əldə edilən mülk barədə əvvəllər məlumat yayılmayıb. Bu hadisə Azərbaycanın var-dövlətini xaricdə gizlədən hakim elitasının nə qədər, hansı yollarla pul yığdığını göstərən nadir misallardan biri ola bilər.Dubayın Torpaq Departamentinin məlumatlarında Heydər Əliyevin 9 mülkü ilə yanaşı, Leyla və Arzu Əliyevaların da adları da hallanır. Prezident Əliyevin eyni adlı və təxminən eyni yaşda olan iki qızı var. Onların dəqiq doğum tarixini müəyyənləşdirmək mümkün olmayıb. Ancaq müxtəlif məlumatlara görə, Leyla Əliyevanın doğum günü Torpaq Departamentində qeyd olunan azərbaycanlı qızın doğum günü ilə eynidir.

3 ƏLİYEVİN 75 MİLYONLUQ MÜLKÜ
Ümumilikdə, prezidentin üç uşağının adı ilə eyni olan azərbaycanlıların Dubayda təxminən 75 milyon dollar dəyərində mülkü var. Dubayın daşınmaz əmlak dilerləri bildirib ki, mülklərin alınması ilə bağlı bəzi əməliyyatlar Azərbaycanın hakim ailəsini təmsil edən şəxs tərəfindən aparılıb. Onlar ödənişin avansla ödənildiyini deyir.Gəlir gətirməyəcəyini bilərək xaricdə əmlak almaq bir sıra neft istehsal edən dövlətlərə xasdır. Korrupsioner elitalar ölkədə siyasi dəyişiklik olarsa, bu yolla var-dövlətlərini sığortalayırlar.İLLİK MAAŞDAN 330 DƏFƏ BAHALI MÜLKDubayda Əliyevlərin mülkləriylə bağlı alış veriş işləri 2008-ci ildə başlayır.Prezident Əliyevin övladları ilə eyni adı daşıyan 3 şəxsin adına Dubayda qeydiyyata alınmış əmlak onun illik maaşından 330 dəfə çoxdur.Ailənin bəzi üzvlərinin, hər halda, pulu var. Prezidentin Rusiyanın zəngin iş adamı Emin Ağalarovla ailə qurmuş böyük qızı Leyla, ölkənin birinci xanımı Mehriban Əliyevanın qohumlarının Azərbaycanda gəlirli biznes maraqları var.

«BİZ BU HAQDA ŞƏRH VERMƏK İSTƏMİRİK»
Emin Ağalarov Dubaydakı mülklə bağlı öz həyat yoldaşına və ya digər Əliyevlərə kömək etməsinə dair suala cavab verməkdən imtina etdi. O dedi ki, «öz xanımı ilə birgə biznesi və mülkiyyəti var».Ancaq elektron poçtla yazdığı məktubda «Biz bu haqda şərh vermək istəmirik» yazıb həmin mülkiyyət barədə detallı məlumat vermədi».

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Natiqdən müdhiş çıxış, tutarlı dəlillər. (Tələb)


Vaşinqton Post qəzeti Əliyevləri tam ifşa etdi. Sadə azərbaycanlılar iqtisadi böhranla çarpışırkən, Azərbaycan əhalisinin 2 milyona qədəri ayda 70-80 manatla dolanmağın sirlərinə yiyələndiyi vaxtlarda ailəyə yaxın işbazlar da İlham Əliyevin 12 yaşlı oğlunun adına 44 milyon dollarlıq əmlak almaqla məşğul imişlər.
Vaşinqton Postun əməkdaşı həmin əmlakın yerləşdiyi Dubayın milyonçular məhəlləsinin şəkillərini də yayimlayib. Araşdırma xarakterli məqalədə ailənin başqa korrupsiya əməllərindən də bəhs edilir.
Maraqlıdır, nə edəcəklər? Bu yazını yazan Elmar deyil ki, ölürtdürələr. Aqil Xəlil deyil ki, bıçaqladıb, sonra da mənəvi terrora məruz qoyasan. Qənimət Zahid, Eynulla Fətullayev, Mirzə Sakit, Emin Milli, Adnan Hacızadə deyil ki, şərləyib həbs etdirəsən. Bəli, cənablar, korrupsiyanı, talanı, oğurluğu gizlətmək mümkün deyil. Siz burada 5-7 min tirajı olan qəzetlərdə ifşa olunacağınızdan ehtiyatlanıb mətbuata divan tutdunuz, indi isə milyonlarla tirajı olan, dünyanın ən məşhur qəzetlərindən biri sizi ifşa etdi.
İqtisadi böhranın təsiri açıq etiraf olunmasa da, son illərdə hökumət xalqa yönəlik bir çox xərclərdən “qənaət” edir. 2009- cu ilin büdcə xərclərindən 15% kəsdilər. 2010-cu ildə də büdcə xərclərini 17% azaldıblar. Bu arada pensiya yaşını yuxarı qaldırmaqla, 10 000-lərlə iş yerini ixtisar etməklə, ən imkansızlar üçün nəzərdə tutulan sosial müavinətləri belə bir müddət verməməklə də hökumət xalqdan xeyli “qənaət” etdi. Necə düşünürsünüz, bu “qənaətlərlə” Dubayda alınan 74 milyon dollarlıq əmlakın arasında bir əlaqə yoxdurmu?
Mənim şəxsən şübhəm yoxdur ki, bu məqalədə yazılanlar korrupsiya aysberqinin yalnız görünən kiçik bir hissəsidir. İlham Əliyev yazılanlarla razılaşmırsa, Vaşinqton Postu məhkəməyə versin. Baxaq görək Azərbaycan məmurlarının nəzarət etmədiyi müstəqil məhkəmədə korrupsioner olmadığını sübut edib, yazılanları təkzib etdirə biləcəkmi? Yox, əgər bunu etməyəcəksə istefa versin! Üzərində təkzib olunmamış, belə ağır ittihamlarla dövləti təmsil etməzlər.

AXCP sədri Əli Kərimli
Qeyd: Məqalə AXCP sədrinin bloqundan götürülmüşdür
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

GERÇƏK “QADINLAR GÜNÜ” (Dəyərlərimiz)


Qadın… Eyni zamanda övlad, bacı, həyat yoldaşı, ana kimi nəcib statuslara sahib olan dünyanın ən zərif məxluqu… Sadalanan statusların hər biri bəşəriyyətin ən zərif vücuduna qarşı hər kəs tərəfindən xüsusi münasibət, diqqət və qayğı tələb edir, əsasən də kişilər tərəfindən. Hər bir qadının sevilib hörmət edilməyə, mehriban və səmimi münasibətə, qayğıya ehtiyacı var. Yalnız belə olduqda qadın özünü əsl mənada xoşbəxt hiss edir.
Qadına verilməsi gərəkən dəyərdən və özəl münasibətdən boş yerə söhbət açmadıq. Belə ki, bu yaxınlarda xalqımız heç bir dini və milli mahiyyəti olmayan bir “bayram”ı – 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edəcək, özü də böyük təmtəraqla, canfəşanlıqla… (həmişə olduğu kimi). Halbuki, dünyada hansısa gün “Qadınlar Bayramı” kimi qeyd edilməlidirsə, bu gün mütləq xanım Fatimənin (s.ə) dünyaya göz açdığı gün olmalıdır. Çünkı məhz bu mübarək gündə qadının taleyində misli görünməmiş inqilabi dəyişiklik baş verdi. Əziz İslam Peyğəmbəri (s) qadının “əlindən tutaraq”, cahiliyyət bataqlığından nicat verdi. Qadın bütün bəşəriyyətə İlahi əmanət kimi təqdim edildi, qadına olan istismarçı, həqarətli baxışlar köklü surətdə dəyişildi. İslama qədərki dövrdə kişi müqabilində heç vaxt layiq olduğu həqiqi məqamı tapa bilməyən, həmişə zəif, bərəkətsiz, bacarıqsız, lazımsız,..., “ikinci dərəcəli” ünsür kimi baxılan qadın mübarək İslamın gəlişiylə – Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək viladəti ilə – həqiqi dəyərini tapır, xeyir və nemət mənbəyinə, İlahi mərhəmət səbəbinə çevrilir. Bu baxımdan qadının əsl mahiyyəti, həqiqəti, dəyəri barədə hər bir düşünən beyin belə qənaətə gəlir ki, sözün tam mənasında qadın heysiyyətinin və şəxsiyyətinin, bütün qadınlıq cilvələrinin vücuda gəldiyi bərəkətli bir günü, insanlığın bütün həqiqətini özündə daşıyan, kamilliyin ən gözəl təcəssümü və qadınlıq simvolu olan xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum gününü kölgədə saxlayıb, hansısa “qondarma” 8 mart gününü “Qadınlar Günü” kimi qeyd etmək - ən azından ədalətsizlikdir. Hələ bu günün kökünü və nə səbəbdən məhz 8 mart günü olduğunu araşdıranda, bu “beynəlxalq bayram”a münasibət tamamilə dəyişir. Yeri gəlmişkən, bilənlər və bilməyənlər üçün “8 Mart” bayramının necə yaranmasını xatırlayaq:
Belə ki, “8 Mart Beynəlxalq Qadınlar Günü”nün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. İlk dəfə 8 mart 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. Azərbaycanın da bir vaxtlar daxil olduğu çar Rusiyasında isə ilk dəfə 1913-cü ildə dövlət səviyyəli bayram kimi gündəmə gəlib.Bəs bu “bayram”ın kökü nədədir? Çox maraqlıdır ki, bəzi tarixçiləri və sosioloqları da ciddi düşünməyə vadar edən əsas məsələ bundan ibarətdir: nə üçün Klara Setkinin seçimi məhz 8 mart olub? Axı nə qadın mübarizliyi ilə bağlı önəmli bir hadisə, nə də heç bir tanınmış qadının doğum günü məhz martın 8-nə təsadüf etməyib?! Elə buna görə də Klara Setkinin seçimi geniş araşdırmaya səbəb olub və bəzi tarixçilərin fikirincə, 8 mart gününün təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ilin həmin gününün “qadın proletariatı”nın ad günü olması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq kifayətdir. Sən demə, yəhudi millətindən olan Setkinin təklif etdiyi gün – 8 mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşür (yəhudi təqvimində bu bayramın yeri dəyişir və onlarda bu bayram qadının ağlı və millətin özünümüdafiə haqlarını simvolizə edir).Belə ki, Tövrat rəvayətlərinə görə, bizim eradan öncə 480-ci ildə yəhudilər Babil əsarətindən qurtuldular. Sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Lakin “özünü tutmuş” yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət İran şahını getdikcə narahat edirdi. İran ordusunun baş komandanı Aman İran şahı Kserksə bu barədə xəbər verir və şah bütün yəhudiləri qırmağı qərara alır. Lakin Kserksin arvadı – özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qərarını dəyişməyə nail olur və İran şahının qərarında yəhudilərin düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Nəticədə İran ordusu darmadağın edilir və Amanın qulağı kəsilir. Hətta bu gün belə Purim bayramında yəhudilər Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, qadın – inqilabçılar günü kimi effektli və ağıllı ideyanı irəli sürən Klara Setkinin təklifinin əsasında məhz onun şəxsi otivləri durub (bu haqda bu qədər geniş yazmaqda məqsəd 8 martın həqiqəti ilə tanışlıqdır). Nədən biz “dünya qadınlarının həmrəylik uğrunda mübarizəyə çağırışı” ilə pərdələnən bir marksist qadının şəxsi maraqlarına söykənən günü əbədiləşdirməliyik? Halbuki, gerçək “Qadınlar Günü” üçün xanım Fatimeyi-Zəhra (s.ə) viladətindən iftixarlı və böyük gün yoxdur. Və sonda sizə təqvimdə qadınlarla bağlı olan bütün tarixləri təqdim edirik:
1 mart – Rəngli qadınların bayramı (Amerika); 3 mart – Qızların bayramı (Yaponiya); 8 mart – Beynəlxalq Qadınlar günü; 21 mart – Analar günü (Misir, İordaniya, Livan, Suriya); 26 mart – Anaların bazar günü (Böyük Britaniya, İrlandiya); 4 aprel – Qadınlar günü (Tayvan); 7 aprel – Analıq və gözəllik günü (Ermənistan); 7 aprel – Qadınlar günü (Mozambik); 7 may – Analar günü (Macarıstan, İspaniya, Litva, Portuqaliya); 10 may – Analar günü (Latın Amerikasındakı əksər ölkələr və daha 8 ölkə); 14 may – Analar günü (Amerika və daha 23 ölkə); 1 iyun – Analar və uşaqlar günü (Monqolustan); 4 iyun – Analar günü (Fransa); 9 avqust – Milli Qadınlar günü (Cənubi Afrika Respublikası); 13 avqust – Qadınlar günü (Tunis);26 avqust – Qadınların bərabərlik günü (ABŞ); 22 sentyabr – Amerikanın biznes xanımlarının günü; 22 oktyabr – Qayınanalar və baldızlar günü (ABŞ); 8 dekabr – Analar günü (Panama); 22 dekabr – Analar günü (İndoneziya).
Əziz qadınlar! Budur sizin “seçim haqlarınız”... Əlbəttə, kamil insan zirvəsinə yüksəlmək istəyən hər bir qadın Həzrət Fatimeyi-Zəhranı (s.ə) özünə ən gözəl ideal seçəcək və qədəmlərini onun mübarək qədəmləri üzərinə qoyacaq və öz qadın idealının mövludunu – gerçək “Qadınlar Günü” kimi qeyd edəcək. Çünki məhz xanım Fatimeyi-Zəhra (s.ə) bəşər tarixində ilk dəfə olaraq pozulmuş hüquqların müdafiəsinə qalxdı, zülmlə mübarizə etdi, kamil qadın kimi yaşadı və qadınlıq tarixində inqilabi səhifələr açdı… Bu günü gerçək “Qadınlar Günü” kimi qəbul edənlər sizə və özümə Allahdan xanım Fatimeyi-Zəhra (s.ə) iffəti, ləyaqəti, zöhdü və təqvası diləyirəm!... Hər birimizə qadının həqiqi dəyərini anlamaq və bütün dünyada gerçək “Qadınlar günü”nü qeyd etmək ümidiylə! Allah amanında!

Nübar Lalayeva
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

ABŞ İLHAM ƏLİYEVDƏN NƏ İSTƏYİR? ("MUSAVAT"dan)


ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı sənəd qəbul olunan ərəfədə Amerika Azərbaycana, konkret olaraq prezident İlham Əliyevə qarşı da təzyiqlər göstərməyə başlayıb. Ekspertlərin deməsinə görə, ABŞ-ın regionda həyata keçirməyi planlaşdırdığı proyektin pozulmasında İ.Əliyevin rolu var və bu səbəbdən ona təzyiqlər başlayıb. Tərəfsiz ekspertlərin rəyincə, prezident Əliyev Qarabağ münaqişəsi mövzusunda gözlənilməyən (amerikalılar üçün) dirəniş göstərməklə Qərbin planlarını pozub.
Müxalifətə yaxın ekspertlər isə israr edir ki, İ.Əliyev ABŞ və Qərb ölkələri qarşısında demokratiya məzmununda götürdüyü heç bir öhdəliyi yerinə yetirmədiyi, əksinə, söz azadlığını məhdudlaşdırmaq prosesinin gedişatında ABŞ-ın regionda yayımlanan radiolarının da səsini kəsdiyi üçün qəzəbə gəlib.İstənilən halda hər iki təsnifat da düzdür. Hətta qərəzli opponentləri də etiraf edir ki, İ.Əliyev Qarabağla bağlı Azərbaycanın zərərinə olan proseslərin gedişatında qətiyyət göstərib. Lakin o, ölkəsində demokratiyanın gəlişməsi, insan haqlarının genişləndirilməsi, media və vətənpərvər müxalifətlə münasibətlərinin normallaşdırılması, xalqla bütünləşmək istiqamətində ciddi addımlar atmadı. Bu da ona və təmsil etdiyi iqtidara problem yaratmaq istəyənlərin, bunu edəcək gücə sahib dövlətlərin əlinə ciddi bəhanələr verir; müxalifətin timsalında isə Qərb üçün təhdid silahı oluşdurmasına, xarici güclərin ölkə işində müttəfiq tapmalarına imkanlar yaradır.Son vaxtlar ABŞ-Azərbaycan münasibətlərinin kəskinləşdiyi açıq hiss olunurdu. Bu münasibətlərin Konqresin komitəsində qondarma “soyqırım”la bağlı qərar qəbul olunan gündən başlayaraq daha da kəskinləşdiyini müşahidə etmək olar. Azərbaycan eynən Türkiyə kimi qərara çox kəskin reaksiya verdi. Bunu Konqresin Azərbaycanın da həyati maraqlarına zidd olan qərarı ilə ilgiləndirənlərlə yanaşı “The Washington Post” qəzetində Əliyevlərin Dubayda dəyəri 75 milyon olan mülklər aldığı haqda baş məqalədən qaynaqlandığını qeyd edənlər də var. Dünənki sayımızda da qeyd etdiyimiz kimi, məqalənin hazırlanması formasından və oradakı faktlardan (doğru və ya yalan olmasından asılı olmayaraq - red.) görünür ki, bunu hazırlayan hətta “The Washington Post”un müxbiri olsa da bir qəzetin hansısa əməkdaşının üzə çıxaracağı faktlar deyil. Üstəlik “The Washington Post”un - bir Amerika qəzetinin ərəblərdən birbaşa məlumat ala bilməsi inandırıcı görünmür. Faktların ən xırda detallarına, ünvanlara kimi göstərilməsi bu məlumatın qəzetə Amerikanın xüsusi xidmət orqanları tərəfindən ötürülməsinə şübhə yeri qoymur. “The Washington Post” hazırkı ABŞ administrasiyasına yaxın media quruluşu sayılır. Bu isə ABŞ administrasiyasının Azərbaycan hakimiyyətinə münasibətinin göstəricisi, həm də ciddi mesajı kimi qiymətləndirilməlidir...
Təzyiq ABŞ-ın hansı marağından irəli gəlir?
Politoloqlar necə düşünür: ABŞ indiki məqamda təzyiqlər göstərməklə İ.Əliyevdən nə istəyir - Qarabağ məsələsində güzəşt, yoxsa demokratiya?İlkin qənaət belədir ki, istənilən variantda ABŞ-ın istəyi ancaq öz maraqlarına hesablanıb. Çünki onsuz da neçə illərdir Azərbaycanda demokratiya, söz azadlığı boğulur, jurnalistlər həbsə atılır, insan hüquq və azadlıqları məhdudlaşdırılır; lakin buna görə hakimiyyətə heç bir təzyiq göstərilmirdi. Görünür, hansısa məsələdə İ.Əliyevə təzyiq göstərmək ABŞ-a öz maraqları üçün lazım olub.Müsavat başqanının müavini, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Amerika bu gün hakimiyyətdən həm demokratiya, həm də Qarabağ məsələsində güzəşt istəyir: “Məncə, onların təzyiqinin arxasında bunların hər ikisi dayanır. Yəni Amerika Azərbaycan hakimiyyətindən həm demokratik islahatlar aparmağı, demokratik institutları bərpa etməyi, həm də Qarabağ məsələsini ABŞ-ın istəyinə uyğun həll etməyə razılıq verməyi istəyir. ABŞ-ın istədiyi odur ki, Qarabağ problemi ermənilərin öz müqəddəratını həll etmək prinsipi ilə həll olunsun. Düşünmürəm ki, ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı təzyiqləri hər hansı nəticə versin. Lakin mümkündür ki, hakimiyyət bu təzyiqlər nəticəsində hansısa demokratik islahatlar istiqamətində addımlar atmağa məcbur qalsın”.“Prezidentin qızlarından biri kifayət qədər maddi imkanı olan ailənin gəlinidir”. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “The Washington Post”un 5 mart tarixli yazısındakı məlumatı şərh edərkən bildirib ki, heç bir qanun prezidentin ailə üzvlərinə, onun həddi-buluğa çatmış uşaqlarına və yaxınlarına hər hansı bizneslə, yaxud kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan etmir. Ə.Həsənov qeyd edib ki, bütün Azərbaycan vətəndaşları kimi onun ailə üzvlərinin və yaxınlarının da hər hansı mülkə sahib olmasında qeyri-adi heç nə yoxdur: “Bir faktı da nəzərə almaq lazımdır ki, cənab prezidentin qızlarından biri kifayət qədər maddi imkanı olan ailənin gəlinidir”.
“The Washington Post” müstəqil, özəl qəzetdir"
ABŞ səfirinin müavini vəzifəsini icra edən Terri Devidson isə qəzetimizə verdiyi açıqlamada “The Washington Post” müstəqil, özəl bir qəzetdir" deyə qeyd etdi: “Onun Dövlət Departamenti ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda Qarabağ münaqişəsinin həlli, ümumiyyətlə, Qarabağ məsələsi ilə də heç bir əlaqəsi yoxdur. Bu qəzetin yazdıqlarından sonra bu kimi iddialar ortaya atmaq məntiqli deyil”.
Elşad MƏMMƏDLİ

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

1 Mart 2010 Pazartesi

“Axund ilə keşişin vəzi” (Felyeton)


Irəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.

Bir gün at ilə həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi, bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfindən bu tərəfinə qaçırdı və pişik mızıldaya-mızıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi. Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər. Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı. İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım.Keşiş uca səs ilə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” erməni dilində “vətən” deməkdir).

Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam. Bu hində küçənin bir tərəfindən müsəlman danışığı eşitdim. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub. Bunların biri Axund Molla Qurbanqulu Molla Qurbanquliyev idi.Bu axundu mən çoxdan tanıyırdım: özü də İran əhlidir. Molla Qurbanqulunun əlində bir kitab var idi.Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar. Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:- Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”. Və nə qədər ki biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının hamidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.

Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi. Molla kitabdan bu sözləri oxuyurdu: “Babi-həftüm (Yeddinci fəsil). Əgər bir şəxs yata, yuxusunda həcəmət* görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”. Keşişin belə səsi gəlirdi:“Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub. Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bunilə belə erməni ölüm halında can verə-verə yenə deyib: “vətən, vətən, millət, hayreniq!” Ey mənim qardaşlarım, nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik. Yaşasın vətən yolunda fəda olan erməni milləti!

Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse (Yaşasın), getse hayreniq!” Molla Qurbanqulu kəndlilərə deyirdi:- Ağacın altında, suyun qırağına bövl etmək* yaxşı deyil, çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər. Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır.İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım...

Mirzə Cəlil
“Molla Nəsrəddin”, 7 iyul, 1906

* ara həkimlərinin xəstədən qan almaq üçün istifadə etdikləri buynuzşəkilli alət
**sidik ifraz etmək

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

NƏCƏF ELMİ HÖVZƏSİ BARƏDƏ MARAQLI MƏLUMATLAR (Araşdırma)


“Bütün mücdəhidlər fəxrlə deyirlər ki, biz Nəcəfə getmişik və hər zaman ki, söhbət Nəcəfdən düşür, onlar bir şirinliklə danışırlar ki, öz şirin söhbətlərindən doymurlar”. Fərid Mudərrisi öz məlumatına Nəcəfi Quçani ağanın “Şərqə səyahət” kitabından götürülmüş yuxarıdakı cümlələri ilə başlamışdır. (“Shie on-line”)

Bu məlumatın adı ”Nəcəf elmi hövzəsindən nə xəbər var?” başlığı altında davam edir: “449-cu hicri qəməri ilində Şeyx Tusi gecə vaxtı Bağdaddan Nəcəfə gedir. O, bilmirdi ki, bir gün gələcək, 12 il qaldığı yer Əhli-Beyt (ə) məktəbinin yeganə mərkəzi olacaqdır. Şeyx Ənsarinin səltənət hakimi kimi hər yerə nümayəndə göndərdiyi, Mirzə Şirazinin xarici ölkələri bir fitvası ilə qaydaya saldığı və İran şahının qarşısında dayandığı, Axund Xorasaninin bölgə xalqlarına rəhbərlik etdiyi zamanlar artıq keçmişdir. Hamı fikirləşirdi ki, İraqın şahları və dövlət başçıları Nəcəfin ruhunu alacaqlar.

Sonralar isə hamı düşünürdü ki, Ayətullah Həkim kimi mərcələrin sükut etməsi Nəcəfin ömrünün sona çatmasını göstərir. Ancaq bu dahilər elə övladlar dünyaya gətirdilər ki, Nəcəfi yenidən cavanlandırdı. Əhli-Beytin (ə) əleyhinə olan İraqdakı diktaturası sanki Nəcəfə cavanlıq şərbəti içirtdi. Cavan tələbələr müəllimləri əhatə etdilər. Ayətullah Seyidəli Sistani otağındakı döşəkcədə əyləşmişdi. Divara söykənmişdi. Onun Nəcəf üzərindəki nüfuzuna baxmayaraq, ancaq hövzə daxilində nəsihətlər verə bilirdi. Ətrafında başqa dahilər: Ayətullah Şeyx Muhəmmədishaq Fəyaz, Seyid Muhəmməd Səid Həkim, Şeyx Bəşir Nəcəfi əyləşmişdi. Bütün bunlar onu göstərir ki, Nəcəf hələ də Nəcəfdir.

Hal-hazırda Nəcəf elmi hövzəsi inkişaf etməkdədir. Ona aid məlumatlar və rəqəmlər günbəgün dəyişməkdədir. Bütün nəzərlər bu hövzəyə dikilib ki, görsünlər burada hansı dəyişiklər baş verəcəkdir. Çünki, onun təhsil vəziyyəti siyasi-ictimai nəticələr qoyur. Nəcəfin indiki vəziyyətini öyrənmək üçün bir neçə tanış tələbə və müəllimin yanına getdim. Oradakı vəziyyət haqda suallar verdim. Baxmayaraq ki, bu insanlar məni tanıyırdılar, ancaq suallardan boyun qaçırtdıqlarını hiss etdim. Bəziləri tamam boyun qaçırdır və bəziləri də sualların ancaq künc-bucağına cavab verirdilər. Buna baxmayaraq, dediklərini cəmləyərək, bir nəticə çıxartdım.

Nəcəfi-Əşrəfin mədrəsələri
Hal-hazırda Nəcəfi-Əşrəfdə 27 qədim mədrəsə vardır. Qum elmi hövzəsinin təhsil təcrübəsi yavaş-yavaş Nəcəfə də nüfuz etmişdir. Burada da elə mədrəsələr təsis edilmişdir ki. qədim mədrəsələrdən fərqlənir. Burada da Qumda olduğu kimi təhsil sistemi vardır, bu mədrəsələrin dərs proqramları, nizamlı imtahanları, müdriyyəti vardır. Hal-hazırda bu cür mədrəsələrin sayı 10-dan 15-ə qədərdir.

Nəcəf tələbələrinin 70%-i Nəcəfin qədim təhsil sistemi olan mədrəsələrdə təhsil alırlar. 30% isə yeni sistemə üz tutmuşdur. Tələbələrin yeni mədrəsələrə xüsusi əhəmiyyət verməsinin səbəbi iki məsələdir: biri qalmaq üçün yer və ikincisi təhsilin əvvəlindən verilən təqaüd.

Qədimi məktəblərin qalmaq üçün olan yerləri şagirdlərin ehtiyaclarını təmin etmir. Səddamın süqutundan əvvəl Nəcəfdə minə qədər tələbə təhsil alırdı. Bu gün isə burada təxminən 8 min tələbə vardır. Ancaq qədim məktəblərin tutum gücü 50-dən 100-ə qədər şagirddir. Yəni, təxminən 2 min şagird burada qala bilər. Həmçinin qədim təhsil sistemində üçüncü sinifdə oxuyan tələbələr imtahan verdikdən sonra təqaüd ala bilərlər. Ondan əvvəl tələbəyə heç bir yardım göstərilmir, öz şəxsi vəsaiti ilə təhsil almalıdır. Bu mədrəsələrdə oxuyan tələbələr ən azı üç il qalmaq üçün yerdən və təqaüddən məhrum olurlar. Ancaq imtahandan keçdikdən sonra onlara təqaüd verilir. Bu imtahanlar Nəcəf mərcəyi-təqlidləri tərəfindən seçilmiş Şura tərəfindən götürülür. Tələbələr aldıqları qiymətə əsasən qədim mədrəsələr tərəfindən qalmaq üçün yerlə təmin edilirlər. Əgər onların aldıqları qiymət aşağı olarsa, bu mədərəsədə qalmaq üçün yer onlara qismət olmayacaqdır. Halbuki, yeni sistemli mədrəsələrdə tələbələr əvvəlcədən həm yerlə və həm də təqaüdlə təmin olunurlar.

Nəcəfdə “Darul-elm” adlı mədrəsə də təsis edilmişdir ki, Ayətullah Gülpayiqaninin Qumda yerləşən mədrəsəsinə oxşayır. Bu mədrəsə Ayətullah Sistaninin himayəsi ilə Nəcəfdə təsis edilmişdir. “Darul-elm” mədrəsəsi bir neçə mədrəsədən təşkil edilmişdir və müəllimlər azad halda tələbələrə dərs keçirlər. Bu mədrəsədə təxminən 500 tələbəyə 20 müəllim tərəfindən təhsil verilir.

Hal-hazırda Nəcəfdə təxminən 15 alim xaric dərsi verir: Ayətullah Muhəmmədsəid Həkim fiqh dərsini, Şeyx İshaq Fəyaz fiqh və üsul dərslərini, Muhəmmədbaqir İrəvani fiqh və üsul dərslərini, Şeyx Hadi Ali Razi fiqh və üsul dərslərini, Seyid Muhəmmədrza Sistani fiqh dərsini, Seyid Baqir Sistani üsul dərsini, Seyid Əli Səbzvari fiqh və üsul dərslərini, Seyid Əli Əkbər Hairi fiqh və üsul dərslərini, Seyid Əla Ğərifi fiqh və üsul dərslərini və başqaları.

Tələbələrin təqaüdləri və hövzənin maliyyə sistemi
Nəcəfdə xaric dərsi alan tələbələrin təqaüdlərinin siyahısı aşağıdakılardan ibarətdir: 170 min dinar - Ayətullah Sistani, 120 min dinar - Ayətullah Xameneyi, 60 min dinar - Ayətullah Həkim, 30 min dinar - Ayətullah Fəyaz və başqaları. Əlbəttə Nəcəf ruhanilərinin maaşları təkcə təqaüd ilə təmin edilmir. “İmamın payı” mədrəsələrin ən mühüm büdcə mənbəyi sayılır.

Nəcəfi-Əşrəf ruhanilərinin xüsusiyyətləri
Nəcəf tələbələri ancaq hövzə silsilə mərəhələlərini keçməyə cəhd edirlər. Hövzədən kənar məsələlər haqda düşünmürlər. Onların proqramında belə şeylər yoxdur. O zaman ki, onların hədəfləri ancaq hövzədaxili bəhslər olur, tələbə məcbur olur ki, daha çox elmi və tədqiqi fəaliyyətlər göstərsin. Bu əsaslar üzərində hövzə silsiləsini başa vurmaq istəyir.

Nəcəf tələbələrinin xarici görünüşü də müəyyən oturuşmuş adətlərə uyğundur. Onlar kostyum geyinmirlər, əllərinə saat taxmırlar, saçları daim qısadır. Mədrəsələr onların bu geyiminə heç bir məhdudiyyət qoymur, ancaq Nəcəf hövzəsinin ürfündə bunlar olmalıdır. Yəni, ürf onların bu standartlara uyğun yaşamaqlarını şərtləndirir.

Hal-hazırda Nəcəf ruhanilərinin mühüm xüsusiyyəti sadə yaşamaqdır. Bu elmi hövzənin məzunları öz elmi səviyyəsinə görə inkişaf edirlər. Nəcəfdə yerləşən hövzələr arasında təbəqə də yoxdur. Onların hamısı eynidir. Onlar bütün mədrəsələrin daxilində baş verənlərdən xəbərdardırlar. Alimlərin arasında olan rabitələr də sadə və gözəldir. Mümkündür ki, onların arasında fikri, fiqhi və siyasi fərqlər olsun, bunun da səbəbi Nəcəf hövzəsinin rəhbərliyinə qayıdır. Belə ki, məsələn Nəcəf hövzəsinin müdiriyyəti alimlərin ixtiyarına müəyyən imkanları verir. Başqa alimlərlə rabitəsinə və çıxartdığı qərarlara qarışmır.

Nəcəfin Qumdan fərqi
Hal-hazırda Nəcəf hövzələri Qum hövzələrindən cavandır. Burada təhsil alanların yaşları da Qumda oxuyanlardan azdır. 1981-ci ilə qədər Nəcəf alimlərinin bəziləri mühacirət etmişdilər və bəziləri də keçmiş rejim tərəfindən öldürülmüşdülər. Ona görə də Səddamın süqutuna qədər Nəcəf hövzəsində ali səviyyədə dərslər keçirilmirdi. O zamanlar ən çox 5 dərslər keçirilirdi. Ancaq indi artıq 30 dərs keçirilir. Bu rəqəmlərlə Nəcəf hövzəsinin inkişafını görmək olar. Bu hövzənin Ayətullah Sistani, Fəyaz və Həkim kimi dahi alimləri vardır. Ancaq onlar azlıq təşkil edirlər. Müəllimlərin təxminən 60%-i Qumda təhsil almışdılar. Bunun nəticəsində Qum elmi hövzəsinin üslub və qaydaları tədricən buraya ötürülür.

Hövzənin əsas işi təhsil işləridir və çox az hallarda haşiyədən kənar məsələlərə qarışır. Çünki buna ehtiyac da yoxdur.

Hövzənin müdiriyyəti elmi bəhslərin qoyulmasında azaddır. Məsələn əvvəllərdə Nəcəfdə fəlsəfənin yeri yox idi. Ancaq bu gün fəlsəfə dərsləri heç bir maneə olmadan keçirilir. Bu gün bu məsələyə heç kim etiraz etmir. Baxmayaraq ki, Nəcəf elmi hövzəsinin elmi binövrəsi fiqh və üsuldur, ancaq başqa elmlərin tədrisinin qarşısı da alınmır.

Hazırladı: Məşhədi Xanım
Dəyərlər

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

“İslam ölkələri Ermənistanla əlaqəni kəssinlər!” (Müraciət)

26 fevral 2010-cu il tarixində İranın Qum şəhərindəki Beynəlxalq Mustafa Universitetinin (BMU) azərbaycanlı tələbələri Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçiriblər. Tədbir universitetin tələbəsi Nicat Yəyhyayevin Quran tilavətilə başladı. Giriş sözü ilə çıxış edən Niyam Aqil Xocalıda qəddarcasına törədilmiş cinayət haqqında qısa məlumat verib, dini və milli dəyərlərdən danışdı. Sonra çıxış edən Tehran Əhli-beyt (ə) universitetinin tələbəsi Mirbaqi Ağayev tarix boyu ölkəmizdə törədilən soyqırımlar haqda məlumat verdi. Daha sonra söz BMU-in məzunu Hacı Zülfüqar Mikayılova verildi. Sözünü xalqımıza başsağlığı ilə başlayan Hacı Zülfüqar vətəni sevməkdə ideologiyanın zəruriliyindən danışıb, torpaqlarımızı azad etmək üçün ölkə daxilində dini ayinlərin icrasına şərait yaradılmasının əhəmiyyətini vurğuladı. Bundan sonra çıxış üçün söz Azərbaycan Respublikasının İİR-dakı səfirliyinin əməkdaşı Kamran Xəlilova verildi. Xocalı haqqında statistik məlumat verən natiq bu barədə səfirlikdə keçirilən tədbirlərdən söz açdı. Daha sonra çıxış edən “Haqq Yolu” Elm və Mədəniyyət İnstitutunun nümayəndəsi, “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktoru Elşən Mustafaoğlu torpaqlarımızın işğal edilməsində daxili və xarici faktorların təsirindən söz açıb, problemin həlli üçün ATƏT-in Minsk qrupuna bel bağlamağın məqsədəuyğun olmadığını vurğuladı, İslam dövlətlərinə səslənərək ümumislam maraqlarını rəhbər tutub, Ermənistanla əlaqələrin kəsilməsini istədi. Sonra universitetin tələbəsi Vüsal Hüseynzadə Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr adından BMT TŞ-a və İKT-yə ayrı-ayrılıqda ünvanlanan müraciətləri oxudu. Müraciətdə beynəlxalq təşkilatlardan Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində ölkəmizi sözlə deyil, əməllə dəstəklənməsi, müsəlman dövlətlərindən isə işğalçı Ermənistanla hər cür əlaqələrin kəsilməsi tələb edilir. Tədbir Hüseyn Mehdiyevin ifasında mərsiyə oxunuşu ilə başa çatdı.

Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com