4 Nisan 2010 Pazar

Teleməkanlarımız üçün sanki müqəddəs heç nə yoxdu. (Problem)

“Azercell sponsorluğu ilə SPASE tv kanalında yayımlanan “Sən bir nəğmə” mahnı yarışmasında uşaqların hamısı atılmış və kimsəsiz deyil”Azərbaycan tele məkanı hər zaman irəliləyişə can ataraq çoxlu sayda rəngarəng verilişləri ilə tamaşaçılarının qarşısına çıxıb. Türkiyə, Rusiya və s. ölkələrin efirində yayımlanan verilişləri götürüb kopi edərək, ona milli rəng qatıb silsilə verilişlər hazırlayaraq efir məkanına buraxanlar bunun nə qədər bayağı şit olduğunu görmürlərmi?! Məsələn işlərinizin hər zaman yağ kimi getməsini istəyirsinizsə o zaman Siz “Yağ kimi” verilişinə mütləq baxın. Bu verilişdə iştirak edənlərin iç üzü açılır, aparıcı arvad kimi dedi-qodu və aravurmaqla məşğuldur. Bu veriliş özü başqa kanalın verilişinə oxşadılsa da, Buna oxşar veriliş Türkiyədədə yayımlanır, ancaq o bizdəki kimi “orjinal” deyil ona görə ki, onlarda iştirakçıların iç üzü deyil yemək bişirmə fərasəti açılır. Mən açıq etiraf etməliyəm ki, məni ən çox maraqlandıran verilişlərdən biri olduqça “düşündürücü” olan “Oxu Dostum” verilişidi. Burada səmimiliyin ən ifrat dərəcəsi hökm sürür belə ki, verilişdə hamı biri birinə “dostdu”. Sadalamaqla qurtarmayan verilişlər silsiləsinə yeni “Sən bir nəğmə” verilişi qoşulanda düzü kədərləndim. Ən azından ona görə ki, orada ata və ana qayğısından kənarda qalmış uşaqlar yarışacaq, sevinəcəkdir. Sən demə elə deyilmiş Onlardan bəziləri atalı, analı yetimlərmiş, yəni internetda oxuyub amma ordan adi məktəb kimi yararlanan, atılmış, kimsəsiz yetim olmayan və elə ata-analarının yanında qalanlardı. Onları SPACE kanalının yetim kimi evirə çıxarmağına nə ad vermək olar. Digər tərəfdən onların ata-anası necə razı olur ki, övladlarını internat uşağı kimi efirə çıxarıb təqdim etsinlər. Bu işdə internat rəhbərlərinin də əli olduğu güman edilir, çünki onları efirə təqdim edən, amma layiqli kimsəsiz və atılmış yetim uşaqları efirə buraxmayan məhz onlar ola bilər.Ümumiyyətlə teleməkanlarımız üçün sanki müqəddəs heç nə yoxdu, bu bir çox iş adamlarına da aiddir, nə olur olsun onlar pul qazanmaq fikirlərindən əl çəkmirlər. Hətta “daşdan pul çıxarır” ifadəsində təkçə bizim ölkədə işlədirlər. Bu verilişdə iştirak edənlərin bəziləri “atalı-analı yetim” olmaqları bir yana burada sponsorların və kanlın pul qazanmaq fərasətidə göz qarşısındadır. SMS – lə qazanılan səslər, oradan toplanan pullar, görəsən hara, kimin cibinə gedib onu varlandıracaq, o pulları necə yeyəcəklər?! Nə qoyub, nə axtarırırıq bəyəm o uşaqlara ayrılan pulların hamısını onlara verirlərmi?! Əksəriyyəti atılmış, yetim və kimsəsiz olan uşaqların yarışmasını olmazdımı ki, sms-siz keçirsinlər və onları sms dilənməyə məcbur etməsinlər, məgər SPACE-nin, Azecell və digər sponsorların pulları yoxdu?! olmazdı ki, yetimlərin və atılmış uşaqların adıyla pul yığmayasız?! Təmənnasız veriliş açaraq həqiqətən ata və ana qayğısından kənar qalmış uşaqları efirə çıxardaraq qalib gələnə sponsorlar tərəfindən hədiyyələr təqdim olunaydı?! Elədə şou düzəldib heç o yalançı göz yaşları da ortada olmazdı və ya təbii rəng daşıyardı. Əlbəttə yox, ən azından ona görə ki, bizdə səmimilik üzdədi. Bəziləri uşaq evinə gedib konsert proqramı verərək aktivlərinə neçə müsbətlər artırmaq iddiasındadırlar. Elədiklərini də bütün aləmə nümayiş elətdirirlər.

Vahid
BiRLiK
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:

Yorum Gönder