Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, bu gün partiyanın mərkəzi qərargahında AİP Baş Məclisinin növbəti toplantısı keçirilib. Məlumatda qeyd olunur ki, toplantıda ölkəmizdəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ problemi və milli-mənəvi dəyərlər mövzusunda məsələlər müzakirə olunub.
“Dağlıq Qarabağ probleminin həllinin uzanması gənclərdə vətənpərvərlik hissini öldürməklə yanaşı, həm də Qarabağın taleyini açıq-aydın sual altına salır. Minsk Qrupu həmsədr ölkələri isə ermənilər tərəfindən işğal olunmuş əraziləri bu günə qədər Azərbaycan ərazisi hesab etmirlər”. Bu sözləri AİP sədri Mövsüm Səmədov səsləndirib. O əlavə olaraq bildirib ki, “belə olan halda, işğal olunmuş Azərbaycan torpaqlarının taleyinin bu qurumlara tapşırılması ölkəmizin müstəqilliyini şübhə altına salır. Bütün bunların əsasında ölkəmizdə insanların milli-mənəvi dəyərlərinə olan neqativ münasibətlərdən, İslam dininə, onun əlamət və atributlarına, məscidlərə, azana, hicaba, dindarlara, dini-elmi kitablara qarşı ağlasığmaz təcavüz və təhdidlərin, məhdudiyyətlər və qadağaların tətbiqi durur”.
Eyni zamanda M.Səmədov 13 fevralda İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatının ildönümü münasibəti ilə Şəhidlər Xiyabanına ziyarətə gedən bir qrup gəncin polis tərəfindən vəhşicəsinə döyülmələrinə və həbs edilmələrinə də toxunub: “13 fevral 2010-cu il tarixdə bir qrup gəncin “Şəhidlər Xiyabanı”na ziyarətə gedərkən Bakının Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən ağlasığmaz kobudluqla qarşılaşmasını, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrini müsəlman Azərbaycan vətəndaşlarına və ümumilikdə bütün müsəlmanlara qarşı təcavüz və təhqir kimi qiymətləndiririk. Xalqına, dininə sədaqətli, günahsız insanların polis tərəfindən bütün qanunları, insanlıq heysiyyatını əzib keçərək döyülməsi, təhqir olunması azmış kimi, həm də həbsə alınması sübut edir ki, ölkəmizdə insan haqları kobud şəkildə pozulur, əqidə və vicdan azadlığı məhdudlaşdırılaraq azad düşüncə tərzinin boğulmasına cəhdlər ğöstərilir”.
M.Səmədov qeyd etdi ki, biz baş verənləri sağlam qüvvələrin planlı şəkildə “zərərsizləşdirilməsi”, cəmiyyətin aktivləşməsini əngəlləmək cəhdi kimi qiymətləndirir, insanları acı sonluqları görməyə çağırırıq: “Ölkəni bu ağır duruma salan, işğal olunmuş torpaqları geri qaytarmaq istəməyən, xalqı mənəvi kökündən ayırmağa çalışan və müstəqil fikirli insanları zindanlarda çürütmək istəyən iqtidarın başında duran prezidentin istefasını tələb edirik”.
Bu haqda videoya baxmaq üçün bu linkə daxil olun: http://faktxeber.com/13915_AZ399RBAYCAN%20304SLAM%20PART304YASINDAN%20304STEFA%20T399L399B304.html
Faktxeber.com
Saytdakı materiallardan istifadə zamanı sayta istinad etməyiniz vacib deyil!
"Vəhdət" vəhdətçilərin saytı
vehdet.blogspot.com

Hiç yorum yok:
Yorum Gönder